Zob Xəstəliyi Nədir? Zobun Əlamətləri və Müalicə Üsulları Hansılardır?

zob xəstəliyi

Qalxanvari vəzi boyunda yerləşən kəpənək formalı orqandır. İfraz etdiyi hormonlar sayəsində orqanizmdə bir çox funksiyanı tənzimləyir. Çatışmazlıq və ya artıqlıq halında isə çox ciddi narahatlıq və şikayətlərə səbəb ola bilər. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən qalxanabənzər vəz problemləri də bir çox xəstəliyə səbəb ola bilər. Həmçinin, qalxanvari vəzin funksiyaları ümumi bədən sağlamlığı üçün də çox vacibdir. Çünki, qalxanvari vəzi hormonunun səviyyəsindəki balanssızlıq digər orqan və sistemlərin fəaliyyətinə mənfi təsir göstərir. Yorğunluq, arıqlamaq, arıqlaya bilməmək kimi şikayətlərlə ortaya çıxan qalxanvari vəzi hormonunda olan pozuntular insanın həyat keyfiyyətini aşağı salır.

Zob Xəstəliyi Nədir?

Zob – qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balanssızlıq nəticəsində iltihab və bədxassəli şiş ilə əlaqəsi olmayan böyüməsidir. Xəstəlik ilkin mərhələdə özünü biruzə vermədiyinə görə, xəstələr uzun müddət heç bir narahatlıq hissi keçirmir. Tibbdə “boğaz uru” olaraq təyin olunan və xalq arasında “zob” kimi tanınan xəstəlik qığırdaq quruluşunun bir qədər altında yerləşir. Qalxanabənzər vəz endokrin bezidir. Funksiyası isə T3 və T4 adlı hormonları istehsal edir və orqanları qana buraxır. Qanda kifayət qədər miqdarda olması lazım olan bu hormonların, əsas vəzifəsi orqanizmdə maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə etmək və düzgün işləməsini təmin etməkdir.

Zob xəstəiliyi inkişaf etdikcə qalxanvari vəz böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması və şişkinliyi), ətrafında yerləşən orqanlara təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün və qidalanmanın çətinləşməsinə, başgicəllənməsinə və gərginlik hissinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynilik təşkil edir.

Zobun Əlamətləri Nələrdir?

Endokrin bezlərdən biri olan qalxanabənzər vəzi T3 (triiodotironin) və T4 (tiroksin) hormonlarının istehsalı və qan dövranına salınmasından məsuldur. Maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə edən və həyata keçirən qalxanabənzər vəzi bu funksiyaları yerinə yetirə bilmirsə, bir çox müxtəlif sağlamlıq problemləri və bununla bağlı əlamətlər meydana çıxır. Zob simptomları olaraq da təyin olunan, bu vəziyyət qalxanabənzər vəzinin az və ya çox işləməsinə bağlı olaraq bir çox xəstəliklərdən qaynaqlana bilər. Zobun əlamətlərini aşağıdakı kimi sıralana bilər:

  • Yorğunluq və zəiflik;
  • Qidalanmada əhəmiyyətli bir dəyişiklik etmədən çəki qazanmaq və ya itirmək;
  • Daimi yatmaq istəyi və yuxudan oyana bilməmək, gün ərzində yorğunluq hissi və yuxu problemləri;
  • Depressiv əhval-ruhiyyə, konsentrasiyanın olmaması və yaddaşın zəifləməsi;
  • Boğazda göynəmələr və davamlı quru öskürək, boğulma tutmaları;
  • Qollarda və ya ayaqlarda qəfil uyuşma hissi, əzələ və oynaq ağrıları;
  • Menstruasiya zamanı ağrıların artması və menstruasiya dövrünün normaldan uzun və ya qısa davam etməsi;
  • Saç tökülməsi, quru və cansız saçlar, kiprik və qaşların incəlməsi, dərinin quruluğu və dırnaqların qırılması

Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

bogaz agrisinin sebebleri

Zobun Yaranma Səbəbləri Nələrdir?

Xəstəliyin yaranma səbəbləri və etiologiyası kifayət qədər araşdırılmamışdır. Beləki, xəstəliyin yaranma səbəbləri və istər ölkəmizdə, istərsə də bütün dünyada da bu qədər geniş yayılmasının səbəbi də hələki dəqiq olaraq elmə məlum deyil. Lakin, bədəndə kifayət qədər yod çatışmazlığı qalxanabənzər vəzinin xəstələnməsinə və zob xəstəliyinin formalaşmasına təkan verə bilər. Bununla yanaşı, genetik faktorlar (ailə üzvlərində zobun olması), ətraf mühitin zərərli təsirləri (radiasiya, toksik maddələr), mikroelementlərin çatışmazlığı, dərman vasitələrinin təsiri, siqaret çəkmə , stress və depressiya və həmçinin virus və xroniki bakterial infeksiyalar, xüsusilədə xroniki tonzillit zob xəstəliyinin yaranma səbəblərinə aid etmək olar.

Xəstəlik Necə Müalicə Olunmalıdır?

Zob xəstəliyinin müalicəsi həkim-endokrinoloq tərəfindən aparılmalı və müalicənin təyini xəstəliyin növü və yaranma səbəblərinə əsasən seçilməlidir. Qalxanvari vəz hormonlarının çatışmazlığı (hipotireoz) ilə müşayiət olunan zob zamanı, həmin hormon tərkibli dərman preparatları təyin olunmalıdır. Həmin dərmanların dozası müvafiq laborator analizlərin nəticəsinə görə, düzgün seçilərsə xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddəti isə həkim tərəfindən təyin olunur.

Qalxanvari vəz hormonlarının artıqlığı zamanı (hipertireoz) isə vəzin fəaliyyətini azaltmaq üçün müvafiq müailcə üsulu və dərman preparatları həkim tərəfindən təyin olunmalıdır. Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur ki, həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin bir hissəsinin məhv edilməsini və bununla da, hormonların hasilatının azalaraq normal səviyyəyə yaxınlaşması təmin olunsun.

Qalxanvari vəzin böyük ölçülü olması isə, zobun bədxassəli şişə çevrilmə təhlükəsi və ətraf orqanların sıxılması ilə müalicənin mümkünsüzlüyü və ya lazımi effekt vermeməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3ml-dən artıq olmayaraq) saxlanılır. Bu əməliyyatdan sonra isə, xəstə ömrünün sonunadək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul etməlidir.