Skip to content

Dəri Xəstəlikləri Hansılardır? | Dəri Xəstəliklərinin Müayinə və Müalicəsi

deri xestelikleri

Dəri bədənin ən böyük orqanıdır və bədənin xarici səthini tamamilə əhatə edir. Xarici mühitlə daim təmasda olan dəri; allergenlər, fiziki amillər, iqlim şəraiti, mikrob elementləri və bir çox digər ətraf mühit faktorları ilə qarşılıqlı təsir göstərir. Bu kimi amillər dərini bir çox xəstəliyə meylli edir ki, ölkəmizdə və dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bölgəyə və yaranma səbəbinə görə bir çox fərqli növləri olan dəri xəstəliklərinin diaqnostikası, müalicəsi və tətbiqi xəstəxanaların dermatolji (dəri) bölmələri tərəfindən həyata keçirilir.

Dəri xəstəliklərinin əksəriyyətində görülən simptomlar bir-birinə bənzəyir. Buna görə də əksər hallarda, diaqnozun gecikməsi və yanlış müalicə üsulları kimi bəzi mənfiliklərə səbəb ola bilər. Dəri xəstəlikləri də bütün digər xəstəliklər kimi çox vacibdir və bu səbəbdən dəri xəstəliklərinə də bütün digər xəstəliklər kimi, ciddi yanaşmaq, erkən diaqnoz və müalicə üçün lazımi tədbirlərin görülməsi vacibdir. Beləliklə, xəstəlik irəliləməmişdən əvvəl müalciə daha uğurla tətbiq oluna bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

AKNE

Akne cəmiyyətdə tanınan sızanaqların ümumi adıdır və müəyyən dövrlərdə bir çox insanda sıx şəkildə görülsə də, bəzi insanlarda həyatları boyu müşahidə edilir ki, sızanaqların əmələ gəlməsinə səbəb olan bir neçə amil var. Ümumiyyətlə, insanlarda müxtəlif səbəblərdən dəri altında yağ əmələ gəlməsinə cavabdeh olan vəzilərin və tük köklərinin tıxanması nəticəsində sızanaq əmələ gəlməsi müşahidə edilir. İnsan bədənində dərini nəm saxlayan sebum istehsalının artması lazımsız sebum hüceyrələrinin ölməsinə səbəb olur. Bunun nəticəsində ölü sebum hüceyrələrinin məsamələrdə sıxılması ağ və ya qara nöqtələrin əmələ gəlməsinə səbəb olur. Buna görə də insan bədəninin müxtəlif yerlərində sızanaqlar əmələ gəlir. Sızanaqlar hər yaşda baş verə bilsə də, daha çox gənclərdə müşahidə olunur və sızanaqlara ən çox alında, sinədə, üzdə və çiyinlərdə rast gəlinir.

AKNE MÜALİCƏSİ

Sızanaqlar hormon balanssızlığı, ətraf mühit amilləri, gigiyena qaydalarına riayət etməməkdən, stress, dərmanlar və həddindən artıq şəkərli qidalar səbəbindən yaranıb, güclənə bilər. Bu səbəbdən insanların qidalanmalarına, həyat tərzlərinə və istifadə etdikləri dərmanlara diqqət emələri və stress faktorlarından uzaq durmalıdırlar. Sızanaqların çoxaldığı və şiddətli səviyyəyə çatdığı bir müddətdə isə həkim nəzarəti altında müayinə olunub, ona uyğun müalicəni tətbiq etmələri tövsiyə olunur.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

EKZEMA

Ekzema dərinin qızarmasına və qaşınmasına səbəb olan bir dəri xəstəliyidir. Sızanaq kimi ekzema da hər yaşda olan insanlarda görülə bilər və daha çox uşaqlarda olur. Elmi olaraq atopik dermatit adlandırılan ekzema bəzi xəstələrdə xroniki ola bilər, bəzi xəstələrdə isə dövri olaraq baş verir. Xroniki ekzema xəstələrinin ömür boyu bu xəstəliklə yaşamağa alışması lazımdır. Bəzi nadir hallarda ekzema astma və ya qızdırma ilə müşayiət oluna bilər. Ekzamanın dəqiq müalicəsi hələ tapılmayıb. Bununla belə, müalicə və şəxsi qulluq, ekzamanın səbəb olduğu qaşınmanın qarşısını ala və yeni alovlanmaların yaranmasının qarşısını ala bilər.

EKZEMA MÜALİCƏSİ

Egzaması olan xəstələr sərt sabunlardan uzaq durmalı, dərisini müntəzəm olaraq nəmləndirməli və həkimin tövsiyə etdiyi kremlərdən faydalanmalı beləliklə də, xəstəlikdən qurtulmalıdır. Əks halda, ekzamanın dərinin digər hissələrinə yayılması da baş verə bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Herpes və ya Uçuq

Suçiçəyinə də səbəb olan Varicella Zoster adlı virusun yaratdığı sinir iltihabına herpes və ya xalq arasında bilinən uçuq deyilir. Suçiçəyi uşaqlıqda baş verir və yoluxucudur və bu xəstəlik sonrakı yaşlarda herpes şəklində yenidən görünə bilər. Su çiçəyi xəstəliyindən sonra sinir köklərində hərəkətsiz qalan virus herpes əmələ gətirir. Bədənin zəiflədiyi bir dövrdə herpes və ya uçuq meydana gəlir. Ümumiyyətlə, ağızda dodaqlarda və diş ətlərində yaralara şəklində özünü göstərir. Bu yaralar maye ilə doludur, ağrılıdır və çoxluq şəklində görünür.

Herpes və ya Uçuq MÜALİCƏSİ

Herpes virusu insan orqanizmində məskinlaşır və insan həyatı boyu bədəndə qalır. Həkimin tövsiyələrinə əməl edərək krem və ya məlhəm xəstəliyi yüngülləşdirməyə kömək edir.

GÖBƏLƏK İNFEKSİYALARI

Göbələk infeksiyaları dəri xəstəliklərində böyük paya malikdir və bu infeksiyalar müalicə edilmədikdə xəstəliyə başqa infeksiyaların əlavə olunmasına səbəb ola bilir. Limfangit adlanan limfa düyünlərinin iltihabına səbəb olma ehtimalı yüksəkdir. Göbələk infeksiyalarının bir çox növləri mövcuddur və bunlardan ən çox rast gəlinənləri dırnaq göbələyi, qasıq göbələyi, bədən göbələyi və genital bölgə göbələyidir. Dırnaq göbələyi dırnağın deformasiyasına və qırılmasına səbəb olur. Ümumiyyətlə, göbələk xəstəliyi bədənin hər hansı yerində görünə bilər və o həmçinin, qızartı və qabarıqlıq şəkilində özünü göstərir. Həkimin tövsiyə etdiyi krem və məlhəmlərdən istifadə edərək göbələk infeksiyalarını müalicə etmək mümkündür.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - Betosfer