Skip to content

Bel Yırtığı (Qrija) Nədir? | Bel Yırtığının Müalicəsi Necə Olmalıdır?

bel yirtiginin mualicesi

Bel Yırtığı (Qrija) Nədir?

Bel onurğası beş fəqərə və disklərdən ibarətdir və bu bölgə ən çox bədən çəkisini daşıyan yer kimi tanınır. Bu gün çox rast gəlinən bel yırtığı, onurğalar arasındakı disk oynağının kənarlarında cırılma əmələ gələn və disk içindəki maddələrin onurğa kanalına daxil olması, ayaqlara gedən sinirlərə və bəzən də sümüklərə basaraq meydana gələn bir xəstəlikdir. Bu vəziyyət tez-tez şiddətli bel ağrısına və ayağa yayılan ağrıya səbəb olur.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Diskin yırtığının altında yatan əsas patoloji arxa hissədə halqavari bağ quruluşunun qopması və quruluşun bu açılış vasitəsilə kanal daxilində hərəkət etməsidir ki, bu, yaşlanma ilə ortaya çıxan bir vəziyyətdir. Bundan əlavə, bəzi qəfil hərəkətlər və gərginliklər də disk yırtığına səbəb ola bilər. Xüsusilə də, ağır yüklər bel fəqərələrinə böyük təzyiq göstərə bilər və bunun nəticəsində bel yırtığına səbəb ola biləcəyi üçün diqqətli olmaq lazımdır.

bel agrisinin sebebleri

Bel Yırtığının İlkin Əlamətləri Nələrdir?

Bel yırtığının ilkin əlamətləri arasında əsasən bel ağrıları, ayaqlarda uyuşma və yerimə çətinliyi kimi şikayətlər olur və xəstələr adətən bu əlamətlərlə həkimə müraciət edirlər. Simptomlar isə xəstəliyin ilkin vəziyyətindən asılı olaraq, hər bir xəstədə fərqlilik göstərə bilər. Çox vaxt güclü bir hərəkət nəticəsində onurğanın arxasında və qığırdaq quruluşunun qarşısında olan beldə birləşdirici toxuma parçalanır. Bunun nəticəsində xəstəliyin birinci mərhələsində olan xəstə, yalnız bel ağrısı hiss edir. Bir müddət sonra qopmuş bağdan çıxan qığırdaq toxuması sinirlərin yerləşdiyi kanala daşaraq, sinirləri sıxır və bunun nəticəsində beldə yaranan ağrılar ayaqlara da təsir göstərməyə başlayır. Şiddətli bel ağrısı da diskin yırtılması nəticəsində yaranır.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Bütün bu proses tədricən baş verir və bel ağrısına səbəb ola biləəck digər şərtlər arasında isə, bu bölgədəki əzələlər, tendonlar və bağlar kimi birləşdirici toxuma elementlərinin gərginləşməsi daxildir. Bel yırtığında əzələ problemləri və ağrıların diferensiallaşdırılmasında ağrının ayağa yayılması və güc itksi kimi sinirlə əlaqəli digər əlamətlər də nəzərə alınır. Onurğada disk yırtığı inkişaf etdikdən sonra yarana biləcək simptomları aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

  • Ağrı və uyuşma, ümumiyyətlə bədənin bir bölgəsində hiss olunur
  • Ayaqlara yayılan ağrı
  • Gecələr ağrının güclənməsi
  • Hərəkətlə ağrının güclənməsi
  • Qısa gəzintilərdə belə hiss olunan ağrı
  • Səbəbsiz əzələ zəifliyi
  • Təsirə məruz qalan nahiyədə qaşınma, keyimə və yanma kimi problemlər

Bu simptomlar xəstələrin müxtəlif vəziyyətlərinə görə dəyişə bilər. Əgər sizdə də bu əlamətlər varsa, ən qısa zamanda səhiyyə müəssisələrinə müraciət etməyiniz və peşekar həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Bel yırtığından qorunmaq üçün nələrə diqqət edilməlidir?

Bel yırtığının qarşısını almaq həmişə mümkün olmasa da, lakin aşağıda qeyd olunan amillərə diqqət edərək riski azaltmaq olar:

  • Ağırlıq qaldırarkən düzgün texnikadan edin
  • Sağlam bədən çəkisinə sahib olmaq
  • Gəzərkən, oturarkən, dayanarkən və yatarkən sağlam bədən duruşunun inkişafı
  • Uzun oturmadan sonra dartınma məşqləri etmək
  • Hündürdaban ayaqqabılardan az istifadə etmək
  • Kürək və bel bölgəsindəki əzələləri gücləndirmək üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq
  • Tütündən istifadənin dayandırılması
  • Balanslaşdırılmış pəhriz

Bel Yırtığının Müalicəsi Necə Olmalıdır?

Bel yırtığı əlamətləri və xəstəliklərinin xüsusiyyətləri ilə sağlamlıq qurumlarına müraciət edən xəstələrin seçimlərinə görə müalicə planlaşdırılmasında dərman müalicəsi və ya cərrahi müalicəyə üstünlük verilə bilər. Dərman terapiyasında xəstələrin ağrılarını nəzarət altına almaq məqsədi daşıyır. Bu məqsədlə, ilk növbədə qeyri-streoid antiinflamatuar dərmanlarla başlayan müalicədə, lazım gəldikdə opioidlər kimi daha güclü ağrıkəsicilərdən də istifadə edilə bilər.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

bel agrisi ucun derman

Güclü ağrıkəsici dərmanlara belə cavab verməyən xəstələrdə və ayaqlarda şiddətli güc itkisi, disik və nəcis tutmama və cinsi funksiyaların itirlməsi ilə qarşılaşan hallarda təcili cərrahi müalicə tətbiq edilməlidir. Üç həftə ərzində dərmanlara, istirahətə və fiziki müalicəyə cavab verməyən xəstələrdə isə cərrahi müalicə üçün yenidən qiymətləndirmə tələn oluna bilər.

Dərman müalicəsi ilə fayda verməyən problemlər aşkar edilərsə və ya bel yırtığının altında yatan səbəbin onurğa ilə əlaqəli bir əməliyyatla düzəldilməsi lazımdırsa, bu zaman həkimlər bel yırtığının müalicəsində cərrahi müdaxiləyə müraciət edə bilərlər. Cərrahi müalicədən əvvəl rentgen, CT, MRT və EMQ tədqiqatları ortoped və ya neyrocərrahiyyə mütəxəssisləri tərəfindən təkrarlana bilər. Xəstənin yaşı, yırtıq bölgəsi və xəstənin ümumi sağlamlığı da əməliyyatın planlaşdırılmasına təsir edən digər amillərdəndir.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - Betosfer