Hepatit A Nədir və Nədən Yaranır? Hepatit A Əlamətləri və Müalicəsi

hepatit a nədir

Xalq arasında sarılıq kimi tanınan Hepatit A, hepatit A virusu və ya HAV tərəfindən törədilən və insandan insana keçən ciddi qaraciyər xəstəliyidir. Qeyri-gigiyenik şəraitdən ötürülən və çox yoluxucu xəstəlik olan Hepatit A-nın qarşısını ancaq peyvəndlə almaq mümkündür. Xəstəliyin sürətlə ötürülməsinin ilk səbəbi əlləri düzgün yumamaqdır. Hepatit B və ya Hepatit C-dən fərqli olaraq, xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Bunun əksinə qaraciyəri zəiflədir və kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Ümumiyyətlə sanitar və gigiyena şəraiti zəif olan ölkələrdə müşahidə olunan Hepatit A virusunun müalicəsi yoxdur. Xəstəlikdən qorunmanın əsas yolu peyvənd olsa da, digər yol əlləri düzgün yumaq, təzə tərəvəz və meyvələri təmiz su ilə yaxşıca yumaq və buna uyğun istehlak etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-cı ildə dünyada 7134 nəfər hepatit A səbəbindən kəskin qaraciyər çatışmazlığı ilə dünyasını dəyişib. Bu ölümlər viral hepatitdən ölənlərin 0.5 faizini təşkil edir.

Hepatit A Nədən Yaranır?

Hepatit A virusu adətən nəcislə çirklənmiş su və ya qida qəbulu vasitəsi ilə ötürülür. Düzgün olmayan əl gigiyenası xəstəliyin yaranma və yayılmasının əsas səbəblərindən biridir. Bundan əlavə, kanalizasiya suları ilə qidaların təmas olunması və çiy və ya az bişmiş qidalar hepatit A virusunun yoluxma səbəbləri arasında yer almaqdadır. Gigiyena şəraiti çox zəif olan ölkələrdə hepatit A virusunun müşahidə olunması çox sıxdır. Qeyri adekvat təmizlənməmiş su da xəstəliyi yoluxmuş insandan yoluxmamış şəxsə ötürür.

Hepatit A Əlamətləri Nələrdir?

Hepatit A simptomatik bir xəstəlikdir və bu simptomları aşağıdakı kimi sıralamaq olar:

  • Qızdırma
  • İştahsızlıq
  • Halsızlıq
  • Ürəkbulanma
  • Qusma
  • Oynaq ağrıları
  • Şiddətli mədə ağrısı və ishal (xüsusilə uşaqlarda)
  • Sarı dəri, gözlər, tünd sidik və gil rəngli nəcis

Bu əlamətlər xüsusilə Hepatit A virusuna məruz qaldıqdan sonra 2-6 həftə ərzində görünür. Xəstəlik adətən iki aydan az davam etsə də, bəzi insanlarda sağalma prosesi altı aya qədər çəkə bilər. Hepatit A virusu sizi işləmək və ya məktəbə getmək üçün çox xəstə edə bilər. Uşaqlarda simptomlar ümumiyyətlə müşahidə edilməsə də, böyüklərdə simptomlar tez-tez olur. Bu simptomlar xəstələrin müxtəlif xüsusiyyətlərinə görə də dəyişə bilər. Əgər sizdə bu əlamətlər varsa, səhiyyə müəssisələrinə müraciət edərək mütəxəssis həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.

Hepatit A Necə Müalicə Olunmalıdır?

Xəstəlik üçün xüsusi müalicə üsulu yoxdur. Ümumiyyətlə, həkim tərəfindən xəstələrə evdə dincəlmələri, alkoqoldan qaçınmaları və sağlam qidalanmaları tövsiyə olunur və buna əlavə olaraq isə xəstələrin müalicəsi yaxından izlənilir. Hepatit A-da qaraciyər çatışmazlığı və qaraciyər transplantasiyası tələb olunan hallar nadirdir. Müalicələrdə istifadə olunan dərmanlar da virusu deyil, qaraciyəri dəstəkləmək məqsədi daşıyır. Xəstələrdən az yağlı, ac qalmaqdan və qaraciyəri yormadan yemək tələb olunur. Bununla yanaşı, qida qəbulu elə seçilməlidir ki, asan həz olunsun. Xəstələr həkimin xəbəri olmadan dərman istifadə etməməli və evdəki digər şəxslərdən uzaq durmalıdırlar.