Dərinin cavanlaşmasında cərrahi üsullar yerinə daha asan tətbiq oluna bilən və insanların daha qısa müddətdə sosial həyatına dönə biləcəyi üsullara üstünlük verilir. Bu üsullardan biri də üz dolğusu tətbiqləridir. Üz dolğusu, dəridə əmələ gələn qırışları sallanmaları və çapıqları aradan qaldırmaq üçün istifadə olunur. Yeni nəsil üz dolğuları ilə pasientləri yorğun göstərən göz altındakı çuxurların doldurulması, çənə və burun formalaşdırılması, dodaq böyütmə əməliyyatları artıq asanlıqla həyata keçirilə bilər.
Üz dolğusu proseduru heç vaxt həddindən artıq olmamalıdır. Çünki üz dolğusunun həddindən artıq istifadəsi xoşagəlməz qabartılara, qeyri-mütənasib görünüşə və üzün şişməsinə səbəb ola bilər. Orta hesabla 20-30 dəqiqə ərzində vurula bilən üə dolğular, nəticəsi dərhal nəzərə çarpan tətbiqlərdir. Üz dolğuları dodaq və üz nahiyələrinin formalaşdırılmasında, həmçinin qırışların və qocalma xətlərinin aradan qaldırılmasında da təsirli olan prosedurlardır.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Üz Dolğusunun Tətbiqi Kimlərə Məsləhət Görülür?
Dərinin üz ovallığı pozulmuş insanların köhnə üz cizgilərini bərpa etmək üçün tətbiq edilir. Üz quruluşu tam formalaşmış və son formasını almış hər bir şəxs üz dolğusu prosedurunu rahatlıqla etdirə bilər və həmin insanlara prosedur tətbiqi məsləhət görülür. Dolğu tətbiq etdirilən nahiyədə aktiv infeksiyası olan insanların, açıq yaraların, xüsusilə sızanaqların aktiv olduğu yerlərdə prosedur tövsiyə olunmur.
Üz Dolğusunun Ziyanı Varmı?
Prosedurun ciddi bir ziyanı yoxdur. Lakin üz dolğusu proseduru heç vaxt həddindən artıq olmamalıdır. Çünki üz dolğusunun həddindən artıq istifadəsi xoşagəlməz qabartılara, qeyri-mütənasib görünüşə və üzün şişməsinə səbəb ola bilər.
Üz Dolğusu Prosedurundan Sonra Nələrə Diqqət Etmək Lazımdır?
Xəstələrə prosedur tətbiq edildikdən sonra ilk 4 saat ərzində uzanmamaları tövsiyə olunur. İlk 24 saat ərzində isə üzə toxunulmamalı, üzə masaj edilməməli və makyaj edilməməlidir. Çünki prosedur sonrası ilk 24 saat ərzində üz dərisində qızartılar yaranan biləcəyi üçün isti vanna və duş qəbul edilməməli və sıx günəşə məruz qalmamaq lazımdır.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Üz Dolğusu Necə Edilir?
Dolğu prosesi dəri altına tətbiq olunan sadə inyeksiyalardan ibarətdir. Prosedurundan əvvəl dolğu tətbiq olunacaq nahiyəyə lokal anesteziya tətbiq olunur. Dolğu prosesi tətbiq olunacaq sahəyə görə dəyişsə də, maksimum yarım saat davam edən bir prosedurdur və dolğu prosesi 4 aydan bir ilə qədər davam edir.