Microneedlinq Nədir? | Müalicə Növündən Harada İstifadə Olunur?

micronideelinq nədir

Microneedlinq proseduru nədir?

Dəri yeniləmə və cavanlaşdırma proseduru olaraq bilinən Microneedlinq; incə qırışlar, xəttlər, sızanaq izləri, qocalma ləkələri, dəri rənginin dəyişməsi və çillərin azalması kimi problemlərin aradan qaldırılması üçün tətbiq edilir. Microneedlinq proseduru dərinin üst qatında 0,2-0,75 mm-lik mikro iynələrlə yüzlərlə xırda və görünməz yaralar yaratmaqla həyata keçirilir. Bununla yanaşı microneedlinq proseduruna başlamazdan əvvəl dəriyə kollagen və vitaminlərdən ibarət yağ tətbiq edilir. Dərinin prosedura başlamazdan əvvək ehtiyac duyduğu bu yağ, iynələr sayəsində dəri tərəfindən daha asan əmilir. Buna baxmayaraq, dəri zədələndiyini düşünərək müalicə olunan bölgəni özü sağaldır. Və beləliklə, dəri təbii şəkildə yenilənmiş olur.

Ən çox üz nahiyəsinə tətbiq edilən microneedlinq proseduru, boyun və saç kökləri üçündə istifadə edilir. Boyundakı qırışların aradan qaldırılmasında, saç tökülməsinin qarşısının alınmasında və daha canlı görünməsində də çox təsirli bir üsuldur. Effektiv və təbii üsulla dəri problemlərindən azad olmaq, dərinin yenilənməsini və cavanlaşmasını təmin etmək istəyirsinizsə, mütləq Microneedlinq Prosedurunu sınamalısınız.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Microneedlinq Proseduru Necə Edilir?

İlk növbədə peşakar mütəxəssislər tərəfindən Microneedlinq tətbiqinə başlamazdan əvvəl dəri tipi və dəri problemləri müəyyən edilməlidir. Çünki bu şəkildə prosedurun necə tətbiq olunacağına qərar verilir və daha sonra dəri təmizlənir və beləliklə, proses başlayır. Dəri bütün xarici amillərdən təmizləndikdən sonra pasientin ağrı hiss etməməsi üçün anestezik krem çəkilir. Anestezik krem çəkildikdən osnra isə dəriyə kollagen və vitamin tərkibli yağ çəkilir və şəxsi istifadə üçün edilən Philings cihazı ilə dəri stimullaşdırılır. Dərinin 0,2-0,75 mm dərinliyinə nüfuz edən mikro iynələr kiçik yaraları açır və nahiyənin sağalmasına şərait yaradır.

Microneedlinq proseduru orta hesabla 20-30 dəqiqə çəkir və dəri problemlərindən asılı olaraq, prosedur 3-4 seansda tətbiq oluna bilər. Seans intervalları orta hesabla bir ay olmalıdır. İlk seansdan sonra təsirini göstəyəməyə başlayan Microneedlinq Prosedurundan istənilən effekt, bütün seanslar tamamlandıqdan sonra görünəcəkdir. Dərinin təbii yolla özünü sağaltmasını təmin edən microneedlinq digər tətbiqlərə nisbətən, daha təsirli və ağrısız bir prosedur hesab edilir. Prosedurdan əvvəl tətbiq olunan anestezik krem sayəsində iynələrin təsiri ağrı şəklində hiss olunur. Microneedlinq proseduru sayəsində etdiyiniz qayğılar azalacaq və dərinizə qulluq etmək daha asan olacaqdır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

dolğu haqqında

Microneedlinq Prosedurundan Sonra Nə Etməli və Nələrə Diqqət Etmək Lazımdır?

Dərini yeniləndirən və cavanlaşdıran microneedlinq prosedurundan sonra ilk 48 saat çox vacibdir, çünki ehtiyatlı olmasanız, üzdə qızartların yaranma ehtimalı yüksəkdir. Bu səbəbdən, bu müddət ərzində üz su ilə təmasda olmamalıdır. Dərinin nəmə ehtiyacı olduğu üçün mütəxəssisin tövsiyə etdiyi nəmləndirici kremi çəkməyi laqeyd yanaşmamalısınız. Dəri təzələndiyi üçün hər gün qoruyucu günəş kremindən istifadə etmək lazımdır. Əks halda, günəş yanıqları yarana bilər və buna görədə, gündə ən azı iki dəfə üzə günəşdən qoruyucu 50 spf tərkibli krem çəkin.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.