Skip to content

Botoksun Zərəri Varmı? | Botoks Haqqında Bilməli Olduğunuz Hər Şey

botoks zererleri

Botox (Botolinium toksini) Clostridium botolinum baktersiyasından əldə edilən toksindir. Estetik və kosmetik məqsədlərlə edilən botoks proseduru, mimik əzələlərin hərəkətindən yaranan üz qırışlarını azaltmaq, qırışların əmələ gəlməsinin qarşısını almaq, həddindən artıq tərləmə olan bölgələrdə tərləməni azaltmaq və xroniki miqren müalicəsində istifadə edilə bilir.

Botoks Necə Tətbiq Olunur?

Prosedur iynə şəklində tətbiq edilir və ağrılı bir proses olmamasına baxmayaraq, inyeksiya zamanı cüzi və yüngül ağrı hiss oluna bilər. Pasientlərin tətbiq etmək istədikləri prosedur növündən asılı olaraq, iynə mimik əzələlərin hərəkətlərində azalma istənildikdə əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə vurulur. Prosedurun təsiri iynə vurulduqdan sonra 3-4 gün ərzində başlayır və ilk həftədən tam oturur. Botoksun təsir və qalıcılıq müddəti isə 4-6 aydır və təsir müddəti bitdikdən sonra prosedur təkrar tətbiq oluna bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Botoksun Zərəri Varmı?

Prosedurun ortaya çıxma səbəbi ümumiyyətlə, xəstəlikləri müalicə etmək olsa da, estetik müdaxilələr də istifadə olunduğu və müvəffəqiyyətli olduğu üçün əslində bu prosedur ziyansızdır. Lakin prosedur zamanı yüksək keyfiyyətli məhsullardan istifadə olunmadıqda və botoks proseduru peşekar mütəxəssislər tərəfindən edilmədikdə aşağıdakı şikayətlərə səbəb ola bilir:

  • Yanlış tətbiqlər lazımsız şişkinliyə;
  • Allergiyanız varsa, botoksla tətiklənə bilər və bədəndə şişliyə;
  • Uğun olmayan dozalarda bədən müxtəlif reaksiyalar göstərə bilir.

Botoks Effekti Nə Qədər Davam Edir?

İlk dəfə botoks üz qırışlarına tətbiq edildikdə, prosedurun təsiri orta hesabla 4-6 ay davam edir və təkrarlanan tətbiqlərlə bu müddət zamanla 8-10 aya qədər davam edə bilir. İlk dəfə qoltuqaltına tətbiq edildikdə isə orta hesabla 10-12 ay tərləməni tənzimləyir və təkrarlanan müraciətlərlə bu müddət 16-18 aya qədər uzanır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Botox yerinə baxım kremləri istifadə edilərsə eyni effekt əldə edilərmi?

Təəssüf ki, bu sualın cavabı yoxdur və qətiyyən bu effektin əldə edilməsi mümkün deyildir. Çünki botoks proseduru mütəxəssis həkim tərəfindən əzələyə yeridilir. Baxım kremləri isə dəriyə xaricdən və səthi formada tətbiq edilir. Buna görə də, hər iki prosesin göstərdikləri təsir çox fərqlidir. Baxım kremləri yalnız səthi incə xətlərə təsir edə bilsə də, botoks tətbiqi dinamik qırışları aradan qaldırır. Baxım kremlərinin dərini qidalandırmaq, dərini nəmləndirmək və kollagenin əmələ gəlməsini sürətləndirmək kimi funksiyaları vardır. Onlar həmçinin qırışların görünüşünü azaltmağa da kömək edir. Bundan fərqli olaraq botoks isə qırışlara səbəb olan əzələləri rahatlaşdırır və müəyyən müddət ərzində dəridə qırışların yaranmasının qarşısını alır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com