Pilinq (Peeling) bədənin müxtəlif dəri səthindən ölü hüceyrələrin çıxarılması ilə həyata keçirilən bir növ dəri təmizləmə prosedurudur. Pilinq müxtəlif yollarla edilə bilər və buna uyğun olaraq, pilinqin müxtəlif növləri vardır. Kimyəvi piling dəriyə məhlulun tətbiqi ilə həyata keçirilir və bu üsul dərinin soyulması ilə yanaşı, dərinin təmizlənməsini də təmin edir. Buna baxmayaraq, pilinq düzgün və peşekarlar tərəfindən edilmədikdə, dəriyə faydadan çox zərər verə bilər.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Dəriyə zərər verməməsi, qızartı və ya sızanaq əmələ gəlməsinə səbəb olmaması üçün pilinq tətbiqinin təhlükəsiz şəkildə aparılması vacibdir. Düzgün üsulla edildikdə, dərini dərindən təmizləyir, dəri problemlərini azaldır və dərinin yenilənməsini təmin edir. Hər pilinq növü dəri tipinə uyğun olmaya biləcəyi üçün istifadə ediləcək üsulu seçməzdən əvvəl pasientin dəri tipini müəyyən etmək lazımdır. Pilinq proseduru bədənin müxtəlif yerlərinə tətbiq olunmasına baxmayaraq, günümüzdə ən çox pilinq proseduru üz dərisi üçün istifadə edilir.
Dəri tipinin növünə görə pilinq necə seçilməlidir?
Pilinq proseduru mütəxəssis tərəfindən pasientin dəri tipinin növünə görə seçilib, dəriyə heç bir zərər verməyəcək şəkildə tətbiq edilməlidir. Dəridə orta və ya dərin pilinq proseduru yalnız mütəxəssislər tərəfindən edilməlidir, ev şəraitində isə pilinq tətbiq etmək istəyənlər dəri tipini öyrənməli və ona uyğun istifadə edəcəkləri məhsulları seçməlidirlər.
Quru dəri
Quru dərisi olan insanlar tərkibində yüksək miqdarda spirt olan pilinq məhsullarından uzaq durmalıdırlar. Dəri qurumağa meylli olduğundan, pilinq proseduru həftədə ən çoxu bir və ya iki dəfə edilməli, daha sonra güclü nəmləndirici kremlər tətbiq edilməlidir.
Yağlı dəri
Yağlı dəri tipi yüksək tolerantlığa malikdir. Bu səbəblə, istifadə olunan məhsula görə pilinq həftədə beş dəfəyə qədər tətbiq oluna bilər. Bununla belə, pilinq prosedurundan sonra nəmləndirici kremlərdən həddindən artıq olmayacaq şəkildə istifadə edilməlidir.
Normal dəri
Normal dəri üçün isə həftədə iki və ya üç dəfə pilinq etmək uğundur.
Qarışıq dəri
Qarışıq dəri tipində T zonası yağlı, yanaqlar isə quru dəridir. Buna görə də qarışıq dərilərdə pilinq tətbiqləri daha çox T zonasına tətbiq edilməlidir. Quru dəri sahələrinə daha az pilinq və daha sıx nəmləndirici istifadə edilməlidir, yanaq və T zonası üçün fərqli tərkibli məhsullara üstünlük verilməlidir.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Pilinq (Peeling) Növləri Hansılardır?
İnsanın dəri tipinə görə tətbiq edilən pilinq üsulu da müxtəlif növlərə ayrılır. Çünki hər növ pilinq hər dəri tipinə uğun olmamaqla yanaşı, ciddi şəkildə fəsadlar törədə bilər. Bu səbəbdən ilk növbədə dərisi müalicə olunacaq şəxsin dəri tipi müəyyən edilməlidir. Dəri tipi müəyyən edildikdən sonra isə tətbiq oluna biləcək pilinq növündən istifadə edilməlidir. Pilinq növləri haqqında aşağıdakı şəkildə ətraflı izah edilmişdir:
KİMYƏVİ PİLİNQ (CHEMİCAL PEELS)
Kimyəvi pilinq ölü dəri hüceyrələrini çıxarmaq üçün dəriyə kimyəvi məhlulun tətbiq olunduğu dərinin yenilənməsi üsuludur. Kimyəvi pilinq, digər adı ilə bilinən sarı pilinq prosesindən sonra yenilənmiş dəri daha hamar və daha gənc görüntüyə malik olur. Dərinin rəngsizləşməsi, məsamələri daraltmaq, çapıq və qırışları müalicə etmək məqsədilə kimyəvi pilinq prosedurundan istifadə olunur. Bu pilinq növündən tək başına və ya digər kosmetik tətbiqlərlə də birlikdə edilə bilər. İstənilən nəticədən asılı olaraq, pasinetlərin istəyinə uğun şəkildə kimyəvi pilinq müxtəlif dərinliklərdə (yüngül, orta və ya dərin) həyata keçirilə bilər. Fərqli dərinliklərdə edilən hər kimyəvi pilinq növü üçün fərqli kimyəvi məhluldan istifadə edilir. Daha dərin kimyəvi pilinq tətbiqlərinin daha yaxşı nəticə verməsinə baxmayaraq, bərpa müddəti digər növlər ilə müqayisədə daha uzun olur.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Kimlərə Kimyəvi Pilinq Tətbiq Olunmalıdır?
Kimyəvi pilinq proseduru aşağıda göstərilən maddələrə uyğun olan insanlara tətbiq olunmalıdır:
- Dəri rənginin dəyişməsini müşahidə edən insanlar və ya dəri səthində qəhvəyi ləkələri olanlar
- Dərisində qırışları olanlar və ya çox günəş işığından dərisi zədələnmişlər
- Sızanaq problemi olanlar
- Ağız ətrafından və göz altından incə xəttləri olanlar
- Bədənində dəri çatları olanlar
- Çillərindən narahat olanlar
- Yağlı dəri problemi olanlar
- Yaş ləkələri olanlar
Buna görə də kimyəvi pilinq proseduru yuxarıda göstərilən maddələrdən bir və ya bir neçəsi olan insanlara tövsiyə olunur. Bundan əlavə, kimyəvi pilinq dəri ləkələrinin müalicəsində istifadə edilən ən məşhur üsullardan biridir.