Skip to content

Uşaqlarda Qurdun Əlamətləri və Müalicə Üsulları Nələrdir?

usaqlarda qurdun elametleri

Uşaqlar arasında geniş yayılan xəstəliklərdən biri də qurd xəstəlikləridir. Qurd xəstəliklərindən ən çox müşahidə olunanı isə bağırsaq qurdudur. Bağırsaqlarda yaşayan və bir hüceyrədən metr uzunluğuna çatan müxtəlif ölçülərdə ola bilən parazitlərdir. Qurd növü bağırsağın həzm sistemində yaşayır və qəbul edilən qidalarla qidalanır. Bağırsaq qurdları orqanizmə daxil olduqdan sonra, bağırsaqlarda yetkinləşir və illərlə bağırsaq mühitində yaşaya bilirlər.

Bağırsaq Qurdunun Əlamətləri Nələrdir?

Uşaqlarda bağırsaq qurdunun əlamətləri, əsasən aşağıdakı simptomlar ilə özünü göstərə bilir:

  • Qarın ağrısı;
  • Ürəkbulanma;
  • İştahsızlıq;
  • Qusma;
  • İshal;
  • Şişkinlik;
  • Çəkinin azalması;
  • Anemiya;
  • Diş qıcırdatma;
  • Və ağız qoxusu

Bu kimi bir çox əlamətlər uşaqlarda müşahidə edildiyi zaman, bu hallarda ailə həkimə müraciət etmək və qurd xəstəliklərindən test analizi vermək lazımdır.

Bağırsaq Qurdları Nələrə Səbəb Olur?

Uşaqlarda inkişaf geriliyinin və ləngiməsinin mühüm səbəblərindən biri olan qurd xəstəlikləri əllər, ağız, nəcis və nadir hallarda isə dəri vasitəsi ilə yoluxa bilir. Buraya çirklənmiş su, qida və ya tualet tutacaqları kimi səthlər vasitəsilə yoluxma halları daxildir. Bağırsaq qurdları çoxlu sayda parazitdə görünə bilir. Bəzi parazitlərin ağciyər və qaraciyər kimi orqanlarda yerləşərək orada xüsusi şikayətlər verə bilir. Onlar həmçinin, pnevmoniya və qanaxma kimi ciddi allergik reaksiyalara səbəb ola bilər. Bağırsaq parazitləri ishala səbəb olduqda, böyük təhlükə susuzlaşmaqdır. Dehidrasuya isə tez bir zamanda ciddi və həyat üçün təhlükə yarada bilər.

Susuzlaşma əlamətlərinə sidiyin tünd rəngdə olması, adi haldan az sidiyə getmə, həddindən artıq susuzluq, baş ağrısı, başgicəllənmə, yorğunluq və çimdikdən sonra qabarıq qalan dəri daxildir. Körpələrdə isə bu əlamətlərə quru ağız və dil, zəiflik, əsəbilik, quru ağlama, batıq gözlər və yanaqlar daxil ola bilir. Xüsusilə, bir yaşa qədər uşaqlarda qanazlığına, iştahsızlığa və mədə-bağırsaq şikayətlərinə səbəb ola biləcək problem, gigiyena qaydalarına diqqət edilərək müalicəyə erkən mərhələ başlamaqla idarə oluna bilər. Bu parazitlər uşaq bezi dəyişdirmək və ya digər anal və nəcislə təmas kimi və insandan insana təmas yolu ilə də yayıla bilər.

Qurd Xəstəlikləri Hansı Səbəblərdən Yaranır?

Qurd xəstəliklərinin yaranmasına və yayılmasına yol açan ən mühüm problem gigiyena qaydalarına diqqət yetirilməməsidir. Bu səbəbdən, uşaqların doğulduğu və qidalanmağa başladığı andan etibarən bağırsaq qurdları ilə qarşılaşma riski var. Uşaqların ana südündən qatı qidalara keçdiyi dövrdə qidaları hazırlayarkən gigiyena qaydalarına riayət etmək çox vacibdir. Əks halda, uşaqların xəstəliyə yoluxma ehtimalları vardır. Bağırsaq qidalarından qaynaqlanan infeksiyalar, adətən simptomlara səbəb olmur. Lakin, gələcəkdə qan azlığına, vitamin çatışmazlığına, fiziki və zehni inkişafın azalmasına səbəb olur. Buna görədə, gigiyeik qaydalara ciddi şəkildə əməl etməli və uşaqların əllərini tez-tez yumaq lazımdır. Həmçinin, uşaqların qidalanmasında paket qidalardan qaçınmalı və cips, çubuq və s. kimi məhsullardan kifayət qədər uzaq tutmalısınız.

Xəstəliyi Necə Müalicə Etmək Lazımdır?

Xəstəliyin müalicəsində ilk addım ailə həkiminə müaricət emək lazımdır və xəstənin şikayətlərinə uyğun olaraq bağırsaq qurdlarının müalicəsi planlaşdırılmalıdır. Lakin, qurdun müalicəsi olduqca asan olmaqla yanaşı, uşaqlara aylarla qurd dərmanlarının verilməsi son dərəcə əsassızdır. Müalicə tək dozada qurd əleyhinə dərmanın qəbul edilməsi ilə, 14 gündən sonra eyni dozanın təkrar qəbulu ilə sona yetirilə bilər. Amma uşaqlarda qurd xəstəliyinə təkrar yoluxma halları da tez-tez müşahidə olunur. Bu hallarda, müalicə bütün ailə fərdləri arasında aparılmalı və gigiyenik qaydalara ciddi şəkildə riayət edilməsi lazımdır.

Beləliklə, uşaqlarda gigiyenik qaydalara müntəzəm və lazimi şəkildə diqqət yetirildiyi və lazım olan müalicənin tətbiq edildiyi halda, ümidvarıq övladınız sizi narahat edən qurd xəstəliyindən azad olacaqdır.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Sohbet odaları - Omegle - Twitch viewer bots - Betnano giriş - buy gopro hero 13