Skip to content

Təbii Dolğu Nədir? | Təbii Dolğu Haqqında Bilinməsi Lazım Olanlar

tebii dolgu

Son illərdə ən çox seçilən, ən çox tövsiyə olunan və ən çox istifadə olunan dolğu növü “təbii dolğu hialuron turşusu”dur. Digər maddələrlə müqayisədə tərkibində kimyəvi maddələr olmayan və orqanizmdə mövcud olan hialuron turşulu təbii dolğular orqanizmə asanlıqla qarışır və qalıcılığı daha yüksəkdir. Bu təbii dolğular üzümüzdəki incə xəttlər, dərin qırışlar, dodaq dolğunluğu, dekoltə cizgilərinin və boyun qırışlarının aradan qaldırılması, yaşı ən çox ortaya qoyan əllərin cavanlaşması üçün istifadə edilə bilər.

Dəridə hialuron turşusundan istifadə edilən təbii dolğular son illərdə ən çox seçilən və istifadə edilən üsuldur. Bu təbii turşu toxumaya həcm və nəm əlavə edərək suyu saxlamağa imkan verir. İstədiyiniz yaxşılaşma səviyyəsinə nail olmaq üçün dəriyə həcm əlavə edir. Dəridə olarkən maddələr mübadiləsinin normal işləməsinə imkan verir. Bununla da, yavaş-yavaş parçalanır və dəriyə qarışır. Keyfiyyətli olan təbii dolğular dərinin təzə, sıx və sağlam görünməsini təmin edir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dolğu Hansı Məqsədlə İstifadə Olunur?

  • Alın nahiyəsində olan qırışların aradan qaldırılması
  • Qaşın ortasında yaranan qırışların yüngülləşdirilməsi
  • Burun formasının korreksiyası və burun ucunun qaldırılması
  • Dodaqlara forma və həcm vermək və əgər varsa, burunda olan asimmetriyanı düzəltmək
  • Çənə xətiinin formalaşdırılması (jawline)
  • Çənəni formalaşdırmaq və lazım olduqda həcm vermək
  • Üz dərisində əgər varsa, sızanaq və ya oxşar vəziyyətlərin səbəb olduğu çuxurların aradan qaldırılması

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dolğudan Ən Çox Hansı Bölgələrdə İstifadə Olunur?

Ən çox tətbiq olunan təbii dolğu növlərindən biri üz və dodaq dolğusudur. Üz dolğusu; üz qırışlarından və çapıqlarından şikayət edən insanlara tətbiq edilir və zamanla üz formasının pisləşməsi ilə də üstünlük verilir. Üz ovallığı pozulmuş insanların köhnə üz cizgilərinin bərpa etmək üçün tətbiq edilir və əsasən dodaqlarda və yanaq sümüyü bölgəsində görülən problemlərə görə üstünlük verilir. Bundan əlavə, çənə və qaşlarda olan korreksiyaların düzəldilməsində müraciət olunur.

Üz Dolğusu Necə Edilir?

Təbii dolğu proseduru dəri altına tətbiq olunan sadə inyeksiyalardan ibarətdir. Belə ki, prosedurdan əvvəl dolğu tətbiq olunacaq nahiyəyə lokal anesteziya tətbiq olunur. Təbii dolğu prosesi tətbiq olunaq sahəyə görə dəyişsə də, maksimum 30 dəqiqə davam edən bir prosedurdur və dolğu prosesi 4 aydan 1 ilə qədər davam edir.

dolğu haqqında

Dodaq dolğusu; daha dolğun dodaqlara sahib olmaq, dodaqların kontur xəttlərini müəyyən etmək və dodaqların simmetrik görünməsi üçün ən çox seçilən əməliyyatsız estetik tətbiqlərdən biridir. Tərkibində hialuron turşusu olan qalıcı olmayan dolğulardan istifadə edilən dodaq böyütmə tətbiqləri sayəsində qısa müddətdə təbii görünüşlə daha dolğun dodaqlara sahib olmaq mümkündür.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Təbii Dodaq Dolğusu Necə Edilir?

Çox diqqət edilməsi lazım olan dodaq dolğusu üz anatomiyasını çox yaxşı bilən təcrübəli həkim tərəfindən edilməlidir. Təbii dolğu zamanı dodaqların tamamilə uyuşmasını təmin etmək üçün anestezik krem çəkilir. Bununla da, prosedur zamanı dodaqlar tamamilə uyuşduğu üçün heç bir ağrı hiss olunumur.

Təbii dolğunun tətbiq zamanı hialuron turşusu ehtiva edən dermal dolğulardan istifadə olunur və dodaq dolğusu əvvəldən razılaşdırılmış nahiyələrə inyeksiya yolu ilə dərinin altına yerləşdirilir. İnyeksiyon prosesi təxminən 5-10 dəqiqə ərzində tamamlanır. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, prosedurdan sonra iynənin daxil olduğu yerdə qanaxma, göyərmə və s. hallar yaranmır.

Təbii Dolğu Proseduru Nə Vaxt Təsirini Göstərir?

Təbii dolğu prosedurlarının sağalma müddəti bir-birindən fərqlənə bilir. Çünki dolğunun tətbiq olunduğu nahiyədən asılı olaraq, onun sağalma və təsir zamanı dəyişir. Tətbiq edilən kimi qısa müddətdə öz təsirini göstərən üz dolğusu 10-15 gün ərzində öz yerini alır. Mütəxəssislər tərəfindən prosedurdan sonra üz dərisində yaranan şişkinlik və ödəmi azaltmaq üçün bol su içmək tövsiyə olunur.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Dodaq Dolğusu Kimlərə Məsləhət Görülmür?

Dodaq böyütmə əməliyyatı hamilə qadınlar, iltihablı dəri problemləri olanlar və soyuqdəymə xəstəliyi olanlar üçün uyğun deyil. Ancaq qeyd olunan hallardan başqa, hər bir kəs asanlıqla dodaq dolğusu prosedurunu tətbiq etdirə bilərlər. Təbii dodaq dolğusu tətbiqinin dodaqların həcmli görünməsindən başqa digər bir səbəbi isə, yaşlanmanın təsiri ilə də yarana bilən dodaq sallanması problemlərini aradan qaldırmaqdır. Bunların xaricində dodaq böyütmə əməliyyatı dodaqlarına forma vermək və ya dolğunlaşdırmaq istəyən və dodaqlarında simmetriya olan hər bir kəsə tətbiq oluna bilər.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com - sweet bonanza oyna