Skip to content

Skolioz Nədir? Xəstəliyin Əlamətləri Hansılardır? Müalicə Necə Olmalıdır?

skolyoz xesteliyi nedir

Skolioz ən çox döş və ya bel nahiyələrində görünə bilən onurğanın yana əyriliyidir. Tək və ya kifozla (qabırğa; arxadan önə anormal əyrilik) (kifoskolioz) birlikdə görülə bilər. Normal onurğada yuxarıdan aşağıya doğru düz uzanan fəqərələr (onurğa sütununu təşkil edən sümüklər) skoliozla onurğada sağa, sola və yaxud öz oxu ətrafında fırlanır.

Xəstəliyə qızlarda daha çox rast gəlinir. Xüsusilə 30 dərəcəni keçən skolioz gənc qızlarda oğlanlara nisbətən on dəfə çox görülür. Skolioz onurğanın arxa və ya bel nahiyələrinin yana doğru əyilməsidir. Bəzən arxada normal mövcud olan donqarın və ya beldəki çuxurun artması ilə də müşayiət olunur.

Skolioz Xəstəliyi Niyə Yaranır?

Skolioz xəstəliyinin əmələ gəlməsi çox vaxt müxtəlif səbəblərdən qaynaqlana bilir. Ancaq gündəlik həyatda tez-tez rast gəlinən skolioz xəstəliyi, daha çox 10 yaşında ortaya çıxan və səbəbi dəqiq bilinməyən (idiopatik) skolioz və ana bətnində olan və indiki faktorlara bağlı olaraq meydana gələn doğuşdan anadangəlmə skoliozdur. Anadangəlmə skoliozda əsas səbəb faktorları kimi hamiləlik zamanı infeksiyalar, şəkərli diabet və bəzi vitamin çatışmazlığı olduğu düşünülür. Anadangəlmə skolioz xəstəsi olan uşaqlar idiopatik (səbəbi bilinmyən) infeksiya və ya şiş nəticəsində ola bilir. Ailə meyli isə bütün idiopatik olanlarda mövcuddur.

Skoliozun Əsas Növləri Hansılardır?

  • Konjenital (anadangəlmə) skolioz: bu növ skolioz xəstəliyi uşaq ana bətnində ikən yaranır və tədircən inkişaf edir. Adətən onurğada və ya ərimiş qabırğada inkişaf qüsuru səbəbindən baş verə bilir.
  • İdiopatik skolioz: səbəbi bilinməyən bu növ skolioz uşaqlıq və yetkinlik dövründə özünü biruzə verir və bütün skolioz hallarının 75-80%-ni əhatə edir.
  • Poliemielit skolioz: serebral iflic və ya əzələ distrofiyası kimi vəziyyətlərə görə əzələlərin iflic olması nəticəsində baş verə bilir.

Skoliozun Əlamətləri Nələrdir?

Skolioz xəstəliyinin əsas əlamətləri onurğadakı əyrilik dərəcəsindən asılı olaraq dəyişsə də, ümumi olaraq skoliozun simptomlarını aşağıdakı kimi sıralamaq olar:

  • Bədənin sağ və ya sol tərəfə əyilməsi
  • Bel və kürək nahiyələrində ağrı
  • Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
  • Bədən tarazlığının pozulması
  • Kürək sümüklərində hündürlük fərqinin olması
  • Döş qəfəsində asimmetriya
  • Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
  • Ayaqlarda uyuşma, keyimə və zəiflik
  • Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
  • Nəfəs almada çətinlik
  • Halsızlıq və tez yorulma və s. əlamətlər ilə skolioz xəstəliyi özünü biruzə verə bilir.

Bu simptomlar xəstələrin müxtəlif xüsusiyyətlərinə görə də dəyişə bilər. Əgər sizdə bu əlamətlər varsa, ən qısa zamanda səhiyyə müəssisələrinə müraciət edərək mütəxəssis həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.

Skolioz Xəstəliyinin Müalicəsi Necə Olmalıdır?

Skolioz xəstəliyinin müalicəsi haqqında həkimlər tərəfindən qərar verilməsində bir çox mühüm faktorlar var. Bu faktorlara isə əsasən skolioz əyriliyinin dərəcəsi, skoliozun növü və sümük böyüməsinin mərhələsi kimi amillər aiddir. Skolioz xəstələrinin müalicəsinin müvəffəqiyyətində erkən diaqnozun qoyulması çox əhəmiyyətlidir, çünki müalicəyə erkən başlanılması nəticələrə müsbət təsir göstərir.

Skolioz diaqnozu onurğanın bütün hissəsini göstərən rentgen qrafikası ilə qoyulur və onunla bağlı hər hansı başqa problemin olub-olmadığını araşdırmaq üçün MRT tələb olunur. Müalicəsində hər bir xəstə üçün fərqli ola bilər, lakin skolyozun inkişaf sürətinə, əyrilik dərəcəsinə və əlavə patologiyaların mövcudluğuna görə dəyişə bilər. Müalicə üsullarına isə korset və cərrahi müalicə aiddir.

Qeyri cərrahi müalicə: Əyriliyi 20 dərəcədən (40°) çox olan xəstələrdə cərrahiyyə ən uyğun müalicə üsuludur. Cərrahi müalicədə arxa və/yaxud belə yerləşdirilən vintlər və çubuqlar vasitəsilə onurğa sütunu düzəldilir. Bu gün cərrahi texnikalar və cərrahi əməliyyat zamanı tətbiq olunan onurğa beyni funksiyalarının görüntülənməsi (neyromonitorizasiya) kimi köməkçi üsullardakı inkişaflar əməliyyat zamanı xəstədə yarana biləcək problemlərin azaldılmasında və əməliyyatın müvəffəqiyyətinin artırılmasında çox faydalıdır.

Korset müalicəsi: Əyriliyin 25 dərəcədən aşağı olduğu və böyümənin davam etdiyi uşaqlarda edilir. 40 dərəcədən yuxarı əyrilərdə və böyüməsini tamamlayanlarda korsetin təsiri təsirli deyil.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - sweet bonanza oyna - Betosfer