Sistit Nədir? Sistit Xəstəliyinin Əlamətləri və Müalicə Üsulları Hansılardır?

Sidik yollarının iltihabı mənasını verən sistit sidik yollarının və reproduktiv sistemin ən çox yayılmış xəstəliklərindən biridir. Qadınlarda daha çox rast gəlinən sistit qadınların ən azı 20 faizində həyatlarında bir dəfədə olsa, xəstəlik diaqnozu qoyulur. Böyrəklərə yayıla bilən xəstəlik olan sistit vaxtında müalicə olunmazsa, sidik kisəsi və böyrəklərə qalıcı ziyan vura bilər.

Sistit Xəstəliyinin Əlamətləri Nələrdir?

Sistit simptomları müxtəlif xəstəliklərdən də yarana bilər. Bu simptomlardan birinin və ya bir neçəsinin yaşandığı hallarda həkimə getmək və əsl səbəbi müəyyən etmək vacibdir. Xəstəliyin ümumi əlamətlərini isə aşağıdakı kimi sıralamaq olar:

  • Sidik ifrazı zamanı yanma və ağrı (bu əlamətlər sidikdən sonra da davam edə bilər)
  • Ani sidik ifrazı və tez-tez sidiyə getmə
  • Ağrının qasıq və anus nahiyəsinə yayılması
  • Sidiyin tün rəngdə və pis qoxulu olması
  • Cinsi əlaqə zamanı ağrı hissi
  • Sidik ifrazı zamanı qanın olması
  • Qarın ağrısı və ürəkbulanma halları (xəstəliyin irəliləmiş hallarında) və s.

Bu simptomlar xəstələrin müxtəlif xüsusiyyətlərinə görə də dəyişə bilər. Əgər sizdə bu əlamətlər varsa, ən qısa zamanda səhiyyə müəssisələrinə müraciət edərək mütəxəssis həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.

Sistit Xəstəliyinin Yaranma Səbəbləri Nələrdir?

Normalda bakteriyalar cinsiyyət orqanlarında və anusda yaşayırlar. Bəzən bu bakteriyalar aşağı sidik yollarını keçərək sidik kisəsinə çatır və sidik ifrazı ilə xaric olur. Lakin sidik kisəsinə çatan bakteriyaların sayı xaric ediləndən çox olarsa, sidik kisəsində və daha sonra isə böyrəklərdə iltihaba səbəb olur. Xəstəliyin yoluxması cinsi əlaqə zamanı və ya cinsiyyət orqanlarının təmizlənməsinin aşağı olduğu hallarda, həmçinin sidik ifrazının uzun müddət saxlanması, sidik yollarını daraldan xəstəliklər və menopozda estrogen səviyyəsinin aşağı olması səbəbindən də baş verə bilər.

Qadınlarda sidik kanalı kişilərə nisbətən çox qısa olduğu üçün xarici mühitdən bakteriyaların sidik kisəsinə çatması daha asan olur. Buna görə də qadınlarda sistit tezliyi daha çox olur. Nadir də olsa, sistitə səbəb olan bakteriyalar sidik kisəsinə böyrəklər və sidik yolları, yuxarıdan aşağıya və ya yaxın toxumlardakı infeksiya ocaqlarından limfa yolu ilə də daxil ola bilir. Sistitin ən çox yayılmış səbəbi Escherichia coli (E.coli, coli bacillus) adlı mikroorqanizmdir. Bu bakteriya normal olaraq yoğun bağırsaqlarda tapıla bilər və cinsi əlaqə yolu ilə sidik kisəsinə keçə bilər.

Sistit Xəstəliyinin müalicəsi Necə Olmalıdır?

Sistit xəstəliyi antibotiklərlə müalicə olunur. Sistitə səbəb olan infeksiya ilə mübarizə aparmaq üçün antibotiklər verilir. Müalicəyə başlanmazdan əvvəl sidik kulturası və antibioqramma üçün nümunə götürülməli və sidik yolları infeksiyalarından nəticə alınana qədər təsirli antibiotiklərdən istifadə edilməlidir. Lazım gəldikdə isə xüsusi hallarda antibioqrammanın nəticələrinə uyğun olaraq bu dərmanlar dəyişdirilə bilər. Xroniki infeksiyalarda isə müalicə müddəti uzadıla bilər. Bununla yanaşı, sistit xəstəliyində əsas səbəb üçün əlavə dərman və ya cərrahi müdaxilə də tələb oluna bilər.