Skip to content

Revmatizm Nədir? Revmatizmin Əlamətləri və Müalicəsi

revmatizm mualicesi

Revmatizm sözü qədim yunan mənşəlidir və oynaqlarda iltihablı mayenin yığılması deməkdir. Revmatik xəstəliklər ümumiyyətlə xroniki (davamlı) xəstəliklərdir. Yəni insana revmatizm diaqnozu qoyulanda həmin insan müəyyən mənada xəstəliklə yaşamağı öyrənməlidir. Həmçinin, revmatizm daimi və müntəzəm həkim nəzarəti və dərman istifadəsi tələb edir.

Revmatizm demək olar ki, hər yaşda müşahidə oluna bilən və müdafiə mexanizmində müxtəlif pozuntulara səbəb ola bilən bir xəstəlikdir. Ümumiyyətlə, revmatizmin isti və ya soyuq havadan qaynaqlandığı düşünülsə də, bu yanlış bir fikirdir. Revmatizm artıq çəkili insanlarda daha çox ağrılara səbəb olur və oynaqlarda şişlik, istilik və ağrı ilə özünü göstərir. Əgər revmatizm xəstəliyi müalicə olunmazsa, xəstələrdə ciddi narahatlıqlar yarada bilər.

Revmatizmin Əlamətləri Nələrdir?

Xəstəliyin simpromlarına əzələ zəifliyi və əzələ ağrısı, bel ağrısı, dəri səpgiləri, dırnaq dəyişiklikləri, dəri sərtliyi, göz yaşlarının azalması, ağızda quruluq, gözlərin qızarması, görmənin qəfil azalması və itirlməsi, uzun müddətli yüksək hərarət, dəri rənginin dəyişməsi və s. daxildir. Eyni zamanda xəstəliyin əlamətlərinə;

  • Həzm sistemi şikayətləri,
  • Böyrək funksiyasının azalması,
  • Nevroloji simptomlar,
  • Ürək və qan dövranı sistemindəki neqativlər daxildir.

Bu həm də revmatik xəstəliklərin əlamətidir. Özünəməxsus simptomları olan və orqan tutulmasına səbəb olan revmatik xəstəliklərin müalicəsi mümkündür. Həmçinin, oynaq və onurğa revmatizmi olan kəslərdə ümumi şikayətləri aşağıdakı kimi sıralamaq olar;

  • Oynaqlarda ağrı şişlik və hərəkətlərin məhdudlaşdırılması,
  • Səhər oynaqlarda sərtliyin olması sonra isə tədricən yumşalması,
  • Soyuqda barmaqların ağarması, saralması və solması,
  • Əllərdə və ya bədənin başqa yerlərində dəri sərtliyi,
  • Zəiflik, pilləkənləri qalxıb enə bilməmək,
  • Otura bilməmək və əzələ ağrıları və s.

Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

revmatizm mualicesi

Revmatizm Necə Müalicə Olunmalıdır?

Son illər revmatizmin müalicəsi yeni dərman preparatlarının tətbiqi ilə müalicəsində mühüm uğurlar əldə edilib. Lakin, revmatik xəstəliklərin əksəriyyətini tamamilə aradan qaldırmaq mümkün deyil. Revmatizmin müalicəsi daimi həkim-xəstə əlaqəsi tələb edir. Xəstəliyin zaman-zaman yenidən baş qaldıracağı da bilinməlidir. Qeyd etməliyik ki, revmatizmin müalicəsi bəzi hallarda ömür boyu davam edə bilir. Revmatizmin müalicəsində məqsəd şikayətləri aradan qaldırmaq, mümkün orqan tutulmalarının qarşısını almaq və xəstənin həyat rahatlığını ən yüksək səviyyədə saxlamasını təmin etməkdir. Revmatizm xəstəliklərinin müalicəsində xüsusilə, revmatoloji, fizioterapiya və reabilitasiya mütəxəssisi, ortoped mütəxəssisi və digər ixtisaslar lazım gəldikdə komanda şəklində çalışmalıdır.

Revmatizm diabet və hipertoniya kimi xroniki bir xəstəlikdir. Bu səbəbdən revmatizm müalicəsi müəyyən müddət deyil, ömür boyu davam edə biliər. Xəstəliyin şiddətindən asılı olaraq, müalicə zamanı zaman-zaman az və ya çox dərman istifadə etmək lazım gələ bilər. Revmatizmi tamamilə aradan qaldırmaq mümkün olmasa da, onu nəzarət altında saxlamaq olar. Nəzarət altında olan revmatizm birdən-birə baş qaldıracağı üçün heç bir şikayət olmasa belə, həkim nəzarəti vacibdir.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - sweet bonanza oyna - Betosfer