QİÇS Nədir? QİÇS-in Simptomları və Müalicə Üsulları Hansılardır?

qics xesteliyi nedir

QİÇS ingilis dilində Qazanılmış İmmun Çatışmazlığı Sindromu adlanan viral immun problemidir. Xəstəliyə səbəb olan HİV virusu orqanizmin müdafiəsində rol oynayan mühüm hüceyrələri məhv edərək immunitet sisteminin boğulmasına səbəb olur. Tez-tez İİV/QİÇS kimi qısaldılmış bu xəstəlikdə immun sisteminin zəifləməsi nəticəsində ağır yoluxucu xəstəliklər, hətta xərçəng və buna bənzər xəstəliklər yarana bilər. Virusuna məruz qalmış insanlarda xəstəliyin erkən mərhələdə aşkar edilməsi və onun sağlam insanlara keçməsinin qarşısının alınması üçün əlamətlər və simptomlar bilinməlidır. Xəstəliyin ötürülmə yolları və qorunma üsulları isə məlum olmalıdır.

QİÇS Xəstəliyinin Əlamətləri Nələrdir?

HİV virusu insanın orqanizminə daxil olduqdan sonra uzun illər heç bir əlamət yaratmaya bilər. Buna baxmayaraq, xəstəliyin inkişaf sürəti və ilk simptomların görünüşü, virusun bədənə daxil olma üsuluna görə dəyişir. HİV virusu orqanizmə daxil olduqdan sonra çoxalmağa başlayır və aylar və ya illər ərzində müxtəlif sürətlə çoxalmağa davam edir. Bədəndə virusun səviyyəsi müəyyən həddi keçdikdən sonra QİÇS-in ilk əlamətləri müşahidə olunur. Bunlar isə insanın gündəlik həyatına təsir edən əlamətlər deyil, ona görə də asanlıqla fərqinə varılmaya bilər.

QİÇS xəstəliyinin başlanğıcı ilə yorğunluq, halsızlıq, aralıqlı ishal problemi, ağızda ağ ləkələrin olması və tez-tez xəstələnmə kimi ilkin əlamətlər müşahidə olunur. Bu simptomlar üçün QİÇS-i ağla gətirmək olduqca çətin olduğundan, xəstəlik irəliləməyə davam edəcək. Xəstəlik irəlidikcə isə qeyri-adi sürətli arıqlama, uzun sürən ishal, gecə tərləmələri, tez-tez təkrarlanan qızdırma, ağızda dərin ağ yaralar, bədənin müxtəlif yerlərində çəhrayı, qırmızı və ya bənövşəyi ləkelər, müxtəlif tənəffüs yolları xəstəlikləri və unutqanlıq kimi şikayətlər meydana çıxır.

QİÇS Xəstəliyi Necə Yoluxur?

Virusa yoluxmuş insanların bədən mayelərinin virusla təmasda olmayan insanların orqanizminə daxil olması ilə yayılır. Virusun yayılmasında təsirli olan bədən mayeləri qan, sperma, vaginal ifrazat və ana südü olraq sıralanır.

Cinsi əlaqə yolu ilə ötürülmə: HİV virusunun ötürülməsi hallarının 80-85%-i qorunmayan cinsi əlaqə zamanı baş verir. İİV-ə yoluxmuş kişinin sperma hüceyrəsində və HİV-ə yoluxmuş qadının vaginal ifrazında olan virus cinsi zamanı bütövlüyü pozulan orqanizmin selikli qişalarına daxil olur. Cinsi yolla ötürülmə qorunmayan cinsi əlaqədə olan bütün şəxslər arasında (qadından kişiyə, kişidən qadına, qadından qadına və kişidən kişiyə) baş verə bilər. HİV-ə yoluxmuş şəxslə hətta qorunmayan tək münasibət də QİÇS-in inkişafına səbəb ola bilər.

Qan vasitəsilə ötürülmə: Virus yoluxmuş xəstələrin qanında olur və sağlam şəxslərin bu qanla təması nəticəsində yayılır. Qan vasitəsilə ötürülmə adətən xəstə şəxsin qanı ilə təmasda olan alətlərin zədələnməsi və ya yoluxmuş qanın dəri və ya selikli mayelərlə təması nəticəsində baş verir. Demək olar ki, bu tip çirklənmə üçün ən çox risk altında olan qrup tibb işçiləridir.

Anadan körpəyə keçid: Virusa yoluxmuş ana hamiləlik zamanı, doğuş zamanı və ya doğuşdan sonra ana südü ilə körpəsinə virus ötürə bilər.

QİÇS Xəstəliyinin Müalicəsi Necə Olmalıdır?

Xəstəliyin müalicəsində əsas məqsəd ondan ibarətdir ki, virusun orqanizmə daxil olması ilə azalmağa başlayan CD4 adlı immun sistem hüceyrəsinin azalmasının qarşısını almaqdır. Bu müalicəni həyata keçirmək üçün ən azı üç fərqli dərman tətbiqi hazırlanmışdır. Müalicədə istifadə olunacaq dərman virusun dərmana qarşı müqaviməti ilə müəyyən edillir. Xəstə həkimin təsdiq etdiyi dərman rejiminə fasiləsiz əməl edərsə və müalicəyə kifayət qədər səviyyədə əməl edərsə, xəstəliyə böyük ölçüdə nəzarət etmək mümkündür.