Prostat Vəzi Nədir? Prostat Vəzi Böyüməsi Hansı Şikayətlərə Səbəb Olur?

prostat

Prostat sidik kisəsinin çıxışında yerləşən və əsas funksiyası çoxalma ilə bağlı olan 18-20 qramlıq vəzdir. Yaşlanma ilə birlikdə əksər kişilərdə sidik kanalından keçən və normal ölçüsündən böyüyən prostat vəzi xəstəliyi bütün kişilərdə eyni deyil. Bəzi kişilərdə prostat vəzinin içərisindən keçən sidik kanalına doğru böyümə müşahidə edilərkən, bəzi kişilərdə isə sidik kisəsinin böyüməsi müşahidə edilir. Bu tip böyümədə ultrasəs görüntülərində prostat vəzi bir qədər böyümüş kimi göründüyü halda, xəstədə ciddi şikayətlər yarana bilər. Prostatın xaricə böyüdüyü hallarda, prostat çox böyük olsa da, xəstənin eyni sürətlə baş qaldıran şikayətləri olmur.

Prostat Vəzi Niyə Böyüyür?

Kişilərdə erkən yetkinlik dövründə prostat iki qat böyüyür. 30 yaşdan sonra prostat vəzi bütün kişilərdə müxtəlif ölçülərdə böyüməyə başlayır və bu böyümə ömrünün sonuna qədərə davam edir. 50 yaşdan yuxarı kişilərin yarısında prostat vəzi böyüməsi müşahidə edilərkən, 60 yaşdan sonra bu nisbət 65%-ə yüksəlir. 80 yaşdan sonra isə böyümə sürəti 90%-i keçir. Prostatın böyüməsinin səbəbləri bu gün hələ də tam olaraq bilinmir və bu böyümədə kişi hormonu (testosteron) və estrogenin ciddi rolu olduğu düşünülür və xəstəliklərinin əhəmiyyətli bir hissəsi dərman və ya əməliyyatla müalicə olunur.

Prostat Vəzin Böyüməsi Hansı Şikayətlərə Səbəb Olur?

Prostat illər keçdikcə yavaş-yavaş böyüyür və içindən keçən sidik yollarını sıxmağa başlayır. Sidik ifrazını təmin edən orqan sidik kisəsidir və əzələlərdən ibarət bir quruluşa malikdir. Vəz sidik kanallarını sıxsa da, buz vəziyyətə cavab olaraq sidik kisəsinin əzələləri genişlənir və nəticədə sidik kisəsi daha güclü büzülməyə başlayır. Bu mərhələlərdə xəstənin sidik kisəsinin həddindən artıq aktivliyinə görə tez-tez sidiyə getmə, gecələr oyanaraq sidiyə getmə, qəfildən tualetə getmək ehtiyacı və bəzən sidik ifrazı kimi şikayətləri ola bilir.

Zaman keçdikcə prostatda böyüməyə davam edərkən, sidik kisəsi əzələlərində yorğunluq yaranır. Bu zaman xəstələrin sidik axını yavaşlayır, fasilələrlə sidiyə getmə, sidiyə getdikdən sonra içəridə hələ də sidiyin olması hissə yaranır. Müalicə görməyən xəstələrdə sidik kisəsi əzələləri əriyir və sidik kisəsində yaranan yüksək təzyiq böyrəklərin fəaliyyətini də pozmağa başlayır. Bu mərhələdən sonra müalicə başlanılsa belə, sidik kisəsi və böyrək funksiyaları çox vaxt əvvəlki vəziyyətinə qayıtmır.

Prostat Vəzinin Müalicəsi Necə Olmalıdır?

Xoşxassəli prostat böyüməsi zamanı xəstənin həyat tərzinin dəyişdirilməsi, dərman qəbulu və cərrahi müdaxilə ilə müalicə olunur. Prostat təbii prosesdə yaşla böyüyən bir orqan olduğundan dolayı, onun qarşısını almaq mümkün deyil. Ancaq bu dövrdə xəstənin şikayətlərini minumuma endirən və həyat keyfiyyətini artıran müalicələr tətbiq edilir. Xəstəyə dərhal cərrahi müdaxilə tövsiyə edilmir, yalnız şikayətlərə və onların şiddətinə uyğun şəkildə müalicə tətbiq olunur. Ümumiyyətlə, ilk növbədə xəstənin tualet vərdişləri və həyat tərzi ilə bağlı tənzimləmələr aparılır. Lazım gələrsə, ikinci addım olaraq dərman müalicəsinə başlana bilər. Çünki bu gün istifadə edilən dərmanlar prostatın böyüməsinə müalicəvi təsir göstərmir. Prostat böyüməsində dərman müalicəsi xəstənin şikayətlərini azaltmaq üçün tətbiq edilir.

Dərman müalicələrinə baxmayaraq, xəstənin sidiyə getmə şikayətləri davam edərsə, təkrarlayan sidik yolu infeksiyaları ilə sidikdə ciddi qanaxma olarsa və ya xəstə sidiyə çıxa bilmədiyi üçün kateter taxmaq məcburiyyətində qalırsa, əməliyyat tələb oluna bilər. Bütün bu şikayətlərə baxmayaraq, əməliyyat gecikərsə, sidik kisəsi və böyrək problemləri yaranar və xəstə böyrək çatışmazlığı ilə üzləşər. Bu gün tətbiq edilən yeni üsullar sayəsində prostat vəzi əməliyyatları xəstənin sağalma müddətini qısaldan və ona həyat rahatlığı təmin edən xüsusiyyətlərə malikdir. Prostat vəzinin xoşxassəli böyümə olan xəstələr uroloqlar tərəfindən qiymətləndirilir və xəstəyə ən uyğun cərrahiyyə növü planlaşdırılır. Bəzi cərrahi üsullarda isə prostat ölçüsü çox önəmlidir.