Skip to content

Pilinq (Peeling) Haqqında Məlumat | Bakıda Pilinq (Peeling) Qiymətləri

pilinq haqqinda melumat

Pilinq (Peeling) bədənin müxtəlif dəri səthindən ölü hüceyrələrin çıxarılması ilə həyata keçirilən bir növ dəri təmizləmə prosedurudur. Müxtəlif yollarla edilə bilən pilinq prosedurunun buna uyğun şəkildə, müxtəlif növləri vardır. Kimyəvi pilinq dəriyə məhlulun tətbiqi ilə həyata keçirilir və bu üsul dərinin soyulması ilə yanaşı, dərinin təmizlənməsini də təmin edir. Buna baxmayaraq, pilinq düzgün və peşekarlar tərəfindən edilmədikdə dəriyə faydadan çox zərər verə bilər.

Dəriyə zərər verməməsi, qızartı və ya sızanaq əmələ gəlməsinə səbəb olmaması üçün pilinq tətbiqinin təhlükəsiz şəkildə aparılması vacibdir. Düzgün üsulla edildikdə, dərini dərindən təmizləyir, dəri problemlərini azaldır və dərinin yenilənməsini təmin edir. Hər pilinq növü dəri tipinə uyğun olmaya biləcəyi üçün istifadə ediləcək üsulu seçməzdən əvvəl pasientin dəri tipini müəyyən etmək lazımdır. Pilinq prosedurunun bədənin müxtəlif yerlərinə tətbiq olunmasına baxmayaraq, günümüzdə ən çox pilinq proseduru üz dərisi üçün istifadə edilir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

pilinq nədir

Dəri Tipinin Növünə Görə Pilinq Necə Seçilməlidir?

Peşekar mütəxəssislər tərəfindən pilinq proseduru pasientin dəri tipinin növünə görə seçilməli və dəriyə heç bir zərər verməyəcək şəkildə tətbiq edilməlidir. Dəridə orta və ya dərin pilinq proseduru yalnız mütəxəssislər tərəfindən edilməlidir, ev şəraitində isə pilinq tətbiq etmək istəyənlər dəri tipini öyrənməli və ona uyğun istifadə edəcəkləri məhsulları seçməlidirlər.

Quru dəri

Quru dərisi olan insanlar tərkibində yüksək miqdarda spirt olan pilinq məhsullarından uzaq durmalıdırlar. Dəri qurumağa meylli olduğundan, pilinq proseduru həftədə ən çoxu bir və ya iki dəfə edilməli, daha sonra güclü nəmləndirici kremlər tətbiq edilməlidir.

Yağlı dəri

Yağlı dəri tipi yüksək tolerantlığa malikdir. Bu səbəblə, istifadə olunan məhsula görə pilinq həftədə beş dəfəyə qədər tətbiq oluna bilər. Bununla belə, pilinq prosedurundan sonra nəmləndirici kremlərdən həddindən artıq olmayacaq şəkildə istifadə edilməlidir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Normal dəri

Normal dəri üçün isə həftədə iki və ya üç dəfə etmək uyğundur.

Qarışıq dəri

Qarışıq dəri tipində T zonası yağlı, yanaqlar isə quru dəridir. Buna görə də qarışıq dərilərdə pilinq tətbiqləri daha çox T zonasına tətbiq edilməlidir. Quru dəri sahələrinə daha az pilinq və daha sıx nəmləndirici istifadə edilməlidir, yanaq və T zonası üçün fərqli tərkibli mıhsullara üstünlük verilməldidir.

Pilinq (Peeling) Növləri Hansılardır?

İnsanın dəri tipinə görə tətbiq edilən pilinq üsulu da müxtəlif növlərə ayrılır. Çünki hər növ pilinq hər dəri tipinə uyğun olmamaqla yanaşı, ciddi şəkildə fəsadlar törədə bilər. Bu səbəbdən ilk növbədə dərisi müalicə olunacaq şəxsin dəri tipi müəyyən edilməlidir. Dəri tipi müəyyən edildikdən sonra isə tətbiq oluna biləcək pilinq növündən istifadə edilməlidir. Pilinq növləri haqqında aşağıdakı şəkildə ətraflı izah edilmişdir:

Kimyəvi Pilinq (Chemical Peels)

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Kimyəvi pilinq ölü dəri hüceyrələrini çıxarmaq üçün dəriyə kimyəvi məhlulun tətbiq olunduğu dərinin yenilənməsi üsuludur. Sarı pilinq adıyla da kimyəvi pilinq bilinən prosedurundan sonra yenilənmiş dəri daha hamar və daha gənc görüntüyə malik olur. Dərinin rəngsizləşməsi, məsamələri daraltmaq, çapıq və qırışları müalicə etmək məqsədilə Kimyəvi pilinq prosedurundan istifadə olunur. Bu pilinq növündən tək başına və ya digər kosmteik tətbiqlərlə də birlikdə edilə bilər. İstənilən nəticədən asılı olaraq, pasientlərin istəyinə uyğun şəkildə Kimyəvi pilinq müxtəlif dərinliklərdə (yüngül, orta və ya dərin) həyata keçirilə bilər. Fərqli dərinliklərdə edilən hər kimyəvi pilinq növü üçün fərqli kimyəvi məhluldan istifadə edilir. Daha dərin Kimyəvi pilinq tətbiqlərinin daha yaxşı nəticə verməsinə baxmayaraq, bərpa müddəti digər növlər ilə müqayisədə, daha uzun olur.

Kimlərə Kimyəvi pilinq Tətbiq Olunmalıdır?

Kimyəvi pilinq proseduru aşağıda göstərilən maddələrə uyğun olan insanlara tətbiq olunmalıdır:

  • Dəri rənginin dəyişməsini müşahidə edən insanlar və ya dəri səthində qəhvəyi ləkələri olanlar
  • Dərisində qırışları olanlar və ya günəş işığından dərisi zədələnmişlər
  • Sızanaq problemi olanlar
  • Ağız ətrafında və göz altında incə xətləri olanlar
  • Bədənin dəri çatları olanlar
  • Çillərindən narahat olanlar
  • Yağlı dəri problemi olanlar
  • Yaş ləkələri olanlar

Buna görə də kimyəvi pilinq proseduru yuxarıda göstərilən maddələrdən bir və ya bir neçəsi olan insanlara tövsiyə olunur və bununla yanaşı, kimyəvi pilinq proseduru dəri ləkələrini müalicəsində istifadə edilən ən məşhur üsullardan biridir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com - sweet bonanza oyna