Çevik və möhkəm quruluşu ilə onurğa, bədən tarazlığımızı qoruyarkən rahat hərəkət etməyimizə imkan verən bir quruluşa malikdir. Həmçinin, onurğa sütunu, ağrı yük qaldırmağımıza və bədənimizə davamlı dəstək verməyə imkan verən bir quruluşa da malikdir. Çevik quruluşu ilə onurğa bir çox hərəkətin yerinə yetirilməsinə imkan verir və həddindən artıq yüklənmə və balanssız hərəkətlər nəticəsində zədələnə bilir.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Bəs Onurğa ağrısının səbəbləri nələrdir?
İnsanların demək olar ki, 80%-i gün ərzində ağır yüklər daşıyarkən və ya ani və balanssız hərəkətləri səbəbindən tez-tez onurğa ağrılarından və onurğa sütunun pozulmasından şikayət edirlər. Əvvəlcə yüngül ağrılarla başlayan onurğa ağrısı sonrakı dövrlərdə xroniki ağrıya keçərək böyük problem və ciddi xəstəliklərə səbəb ola bilir.
Demək olar ki, onurğa ağrıları adətən insanların səhv həərkətindən yaranır və xüsusilə də, peşə xəstəliklərinin 30-40%-i onurğa ağrısına səbəb olur. Daha çox yük qaldıran, tikinti, nəqliyyat və kənd təsərrüfatında çalışan insanlarda onurğa ağrısı müşahidə olunur. Eyni zamanda, bütün günü masa arxasında əyləşmək məcburiyyətində qalan və oturuş tərzinə fikir verməyən insanlarda onurğa ağrısına çox rast gəlinir.
Onurğa Xəstəlikləri Hansılardır və səbəbləri nələrdir?
Onurğa xəstəlikləri bəzi hallarda gec, bəzən də doğuşdan yaşana bilər. Əgər anadangəlmədirsə, bu, təkcə fiziki problem deyil, həm də onurğa sütunu və ətrafdakı mühüm orqanların tam gücü ilə işləyə bilməməsi problemidir. Təbii ki, bu problemlərə həmişə anadangəlmə deyil, həm də böyümə dövründə də rast gəlinə bilər. Xüsusən də onurğa ətrafındakı əzələləri hərəkətə gətirən sinirlərdə problem yaranarsa, insan zaman keçdikcə əyilib dik dura bilməyəcək.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Yaşlı insanlarda da onurğa xəstəliklərinin görülməsi ehtimalı yüksəkdir, xüsusilə də yaşa görə zəifləyən sinir, əzələ və sümük qrupları problemli nəticələrə səbəb ola bilər. Onurğamız ömür boyu bədəni çəkən bir mexanizm olduğundan, yaş və qocalığın ən çox təsir etdiyi bölgələrdən biridir. Zədələnmə, yıpranma və əhənglənmə kimi müşxtəlif problemlərin sonunda əyilmə, hərəkət itkisi, ağrılı şikayətlər başlayır və gündəlik fəaliyyətlər çətinləşir.
Yalnız yaşa bağlı olmayan bir çox onurğa xəstəlikləri bu gün dünyanı bürümüşdür, xüsusilə kompüter yaşının gətirdiyi işlər və ya uzun müddətli kompüter fəaliyyəti oturma pozğunluğuna səbəb olur. Oturma, duruş və uzanma vəziyyətində kifayət qədər şüurlu olmayan insanlar onurğa sütununu günü-gündən zədələdiklərinin fərqində deyillər. Buna misal olaraq bel və boyun fəqərələrində yırtıqların intensivləşməsini göstərmək olar.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Xarici amillərin təsiri, qəza və sınıq kimi travmalar da müxtəlif onurğa xəstəliklərinə səbəb ola bilər. Onurğa xəstəlikləri arasında onurğa sınıqları, xüsusilə də skolyoz, kifoz və spondilolistez kimi bir çox xəstəliklər var. Lakin bu xəstəliklər əsasən cərrahi müdaxilələr, ardınca fiziki müalicə və realibitasiya tətbiqləri ilə müalicə olunur.
Skolioz nədir?
Onurğada skolyoz xəstəliyi onurğanın əyilməsi kimi izah edilə bilər. Sinə və bel bölgələrində inkişaf edən bu əyilmə də kifozla paralel olaraq inkişaf edə bilər və skolyoz, əsasən yan əyilmə şərtlərini izah edən bir xəstəlikdir. Skolyoz adətən gənc yaşda baş verir və 10 yaş ətrafında daha sıx başladığı bilinən pozğunluğun meydana gəlməsindəki faktorların yeniyetməlik dövründə olmasına baxmayaraq, ana bətnindəki çatışmazlıqlardan qaynaqlandığı düşünülür.
Kifoz nədir?
Daha çox donqar olaraq da qəbul edilən kifoz xəstəliyi, skolyoz kimi yan əyilmə deyil, onurğada irəli əyilmə ikə izah olunur. Daha çox arxada olan döş fəqərələrində meydana gələn kifoz xəstəliyi onurğanın müxtəlif yerlərində də baş verə bilər. Xəstəliyin inkişafı zamanı vertebranın düzbucaqlı formasının itirilməsi bir kamburun görünüşünə səbəb olur və əgər xəstəlik müalicə olunmazsa, təhlükəli problemlər baş verə bilər.
Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.
Spondilolistez nədir?
Onurğamız bir-birinə bağlanan və bir-birinin üstünə düzülmüş müxtəlif bağlarla dəstəklənən davamlı fəqərələrdən ibarətdir. Ancaq spondilolistezis xəstəliyində bu üst-üstə düşən qüsursuz quruluş, bel sürüşməsi kimi tanınan bu xəstəliyi meydana gətirir. Çünki bəzi fəqərələrin paralel olaraq irəliləmək əvəzinə irəli sürüşməsi nəticəsində xəstəlik meydana gəlir. Beləliklə, buna görə də, bu sürüşmə vəziyyəti ilə əlaqədar, onurğada onurğa beyni sıxılır və ayaqlarda ağrı və uyuşma kimi əlamətlərə səbəb olur.