Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “narahatedici” olaraq xarakterizə etdiyi Omicron variantı indiyə qədər bir çox ölkədə görülməyə davam edir. Yeni variantın yoluxma dərəcəsi və onun xəstəliyin gedişatını ağırlaşdırma bilməsi ilə bağlı bir çox suallara cavab verilməlidir. Bu məqaləmizdə isə sizinlə yeni koronovirus növü olan Omicron haqqında ən çox maraq edilənlərindən bəhs etmişik.
1. Çoxlu sayda Mutasiyaya malikdir!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virus variantını “Omicron”-nu həyəcanverici variant kimi müəyyən etmişdir. Omicron haqqında ilk dəfə 24 noyabr 2021-ci ildə Cənubi Afrikada məlumat verildiyi açıqlandı. Çox yüksək risk təşkil edən Omicron variantının qlobal miqyasda yayılma potensialının yüksək olduğu və Covid-19 hadisəsi artımının ağır təsirlərinin bəzi bölgələrdə müşahidə oluna biləcəyi açıqlanıb. Omicron-da həyəcanverici dərəcədə çox sayda mutasiya və bu varianta təkrara yoluxma riskinin artması aşkar edilmişdir.
ÜST-nin brifinq mətnində üzv ölkələr peyvənd proqramlarını sürətləndirməyə çağırılıb. Çağırışda xüsusilə yüksək riskli bölgələrdə peyvənd nisbətlərinin artırılmasının vacibliyi vurğulanıb. Bundan əlavə, mətndə deyilir: “Omicron da daxil olmaqla, dövriyyədə olan SARS-CoV-2 variantlarını daha yaxşı başa düşmək üçün nəzarət səyləri genişləndirilməli və imkanlar mövcud olduqda, Omicron-un xüsusiyyətlərini anlamaq üçün sahə tədqiqatları və laboratoriya qiymətləndirilmələri aparılmalıdır.”
Bundan əlavə, son həftələrdə B.1.1.529 variantının aşkarlanması ilə üst-üstə düşərək infeksiyaların kəskin şəkildə artdığı müşahidə edilib. İlk məlum təsdiqlənmiş yeni virus infeksiyası 9 noyabr 2021-ci ildə toplanmış nümunədə aşkar edilmişdir. Tədqiqatlar göstərir ki, Omicron digər narahatlıq doğuran variantlarla müqayisədə, infeksiya riskini artırır. Bu variantın Cənubi Afrikanın demək olar ki, bütün şəhərlərində halların sayını artırdığı da müəyyən edilib. Hazırda istifadə olunan SARS-CoV-2 PCR test üsulu da bu variantı aşkar edə bilər.
2. Maska Məsafə Gigiyena Vacibdir!
Bu tədbirlər Omicron-dan qaçmaq üçün sübut edilmiş ictimai, sağlamlıq və sosial tədbirlər də daxil olmaqla, COVİD-19 risklərini azaltmaq üçün davam etməlidir:
- Maska taxmaq,
- Şəxsi gigiyena qaydalarına riayət etmək,
- Fiziki məsafə qaydalarına riayət etmək,
- İnsanların çox olduğu yerlərdən qaçınmaq,
- Peyvənd olunmaq (Covid-19-un digər variantlarına qarşı təsirli olan mövcud peyvəndlər də, yeni virus növü ilə mübarizədə vacibdir.)
Cəmiyyətdə yayılan SARS-CoV-2 variantlarını daha yaxşı başa düşmək üçün nəzarəti (məlumatların toplanması və təhlili) və ardıcıllıq tədqiqatlarının davam etdirilməsi də arzu edilir.
3. Yoluxuculuq Gücü Daha Da Artdı!
Zülallar yeni növ koronovirusun hüceyrələrimizə daxil olması üçün əsas rol oynayır. Zülal proqnozlarında virusun mutasiyalarının sayı artdıqca, peyvəndlərin effektivliyini itirmə riski günü-gündən artır. Mutasiyaya uğramış virusa görə, xəstəliyin yoluxucu gücü artır və ağır mənzərə yaranır. Delta variantında hüceyrələrlə təmasda olan kirpi hissəsində 2 mutasiya olduğu halda, Omicronda mutasiyaların sayı 10-dur. Xəstəliyin simtomlarına gəlincə, Omicron variantının ortaya çıxması ilə bəzi dəyişiklər müşahidə edildi. Yeni variant üzərində aparılan araşdırmalar bu ştammın digər variantlardan çox fərqli olduğunu ortaya qoymuşdur. Bundan başqa;
- Variant ilk dəfə görülən xəstələrdə dad və qoxu hisslərinin itmədiyi müşahidə edilmişdir.
- Bəzi xəstələr əzələ ağrısı, yorğunluq, yüksək hərarət və yüngül öskürək kimi simptomlar olduğunu bildirdilər.
- İndiyə qədər Omicron olan insanlar Delta variantından fərqli olaraq, oksigen səviyyələrində ciddi bir azalma görmədlilər.
- Omicron variantında bu günə qədər əksər hallar virusun daha yüngül simptomlarını yaşayan gənc yetkinlər kimi bildirilmişdir.
4. Azərbaycanda Omicron Ştammı Aşkar Edilməmişdir!
Bu gün Omicron variantı ilə bağlı bütün dünyada ciddi bir narahatlıq olmasına baxmayaraq və Cənubi Afrika və bəzi Avropa ölkələrində indiyədək aşkarlanmış və ya şübhəli hallara rast gəlinsə də, Azərbaycanda omicron ştammı aşkar edilməmişdir. Türkiyə, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ da daxil olmaqla, bir çox ölkələr Cənubi Afrikadan və qonşu ərazilərdən səyahətləri qadağan edib və ya məhdudlaşdırılıb.
5. Xəstələrə Karantin Tövsiyələri!
- Bütün xəstəliklərdə olduğu kimi, virus xəstəliklərində də düzgün və balanslı qidalanma vacibdir.
- Vitamin və minerallarla zəngin qidaların qəbulu immunitet sisteminin güclənməsinə töhfə verəcəkdir.
- Vitamin C, sink və vitamin D mütəxəssis həkimlərin məsləhəti ilə uyğun miqdarda qəbul edilməlidir.
- Koronovirus prosesində əhəmiyyətli olduğu sübut edilən su gün ərzində orqanizm ehtiyac duyduğu miqdarda istehlak edilməlidir.
- Xəstələr istirahət etməli və xəstəlik prosesində adekvat, nizamlı və keyfiyyətli yuxu çox vacibdir. Xəstə narahatlıq və stressdən uzaq durmalı və bunun üçün tədbir görməlidir.
- Əgər xəstəyə mütəxəssis həkimlər tərəfindən dərman verilibsə, dərmanlar fasiləsiz qəbul edilməlidir. Xəstələr vəziyyətlərində baş verən hər hansı bir dəyişiklik barədə dərhal həkimlərinə məlumat verməlidirlər.