Nevroz və Nevrozun Əlamətləri Nədir? Müalicə Üsulları Hansılardır?

nevroz xesteliyi mualicesi

Nevroz günümüzdə bəzi psixoloji xəstəliklərə verilən ad olaraq, orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir xəstəlikdir. Nevroz xəstəliyi insanlarda müxtəlif səbəblərdən yarana bilər. Varlığını bir çox əlamətlərlə hiss etdirən bu xəstəlik, insanların həyatına mənfi təsir göstərir. Nevroz ümumiyyətlə, sosial münasibət və davranışlara təsir edən və insanların ruhi xəstə olması fikri ilə bağlı olan psixi xəstəlikdir. Bu gün nevrotik meyllər hər bir insanda da müşahidə oluna bilər. Psixoloji və fiziki simptomlarla ortaya çıxan nevrotik pozuntu həm davranış pozuntularını, həm də emosional çaşqınlığı özündə əks etdirir. Nevrotik pozuntuları olan insanlarda ümumi simptomlar müşahidə oluna bilər.

Nevrozun Əlamətləri Nələrdir?

Xəstəliyin əlamətləri, adətən müxtəlif vəziyyətlərdə və müxtəlif simptomlarla özünü göstərir. Ümumiyyətlə, nevroz xəstələrində yaşanan emosiyalar həddindən artıq səviyyədədir. Daimi günahkarlıq hissi var. Bu qəzəbdən dolayı xəstələrdə hirs və aqressiv davranışlar müşahidə olunur. Xəstəliyin əlamətlərini ümumiləşdirsək, aşağıdakı simptomlar ilə özünü göstərə bilir:

  • Qəzəb;
  • Aqressiya;
  • Həyəcan;
  • Yuxusuzluq;
  • Ürək döyüntülərinin sayının artması;
  • İnsanlarla münasibətdə sosial problemlər;
  • Panik vəziyyət;
  • Ruh düşkünlüyü;
  • Çarəsizlik;
  • Yorğunluq;
  • Sosial fobiya;
  • Müxtəlif qorxular;
  • Əzələ ağrıları və s.

Nevrozun Yaranma Səbəbləri Nədir?

Yuxarıda da qeyd etdiyimiz kimi, nevroz xəstəliyi insanlarda müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərə isə psixoloji, sosial, genetik və bioloji səbəblər aiddir. Psixoloji səbəb olaraq, xəstənin travmaları, uşaqlıq dövründə kifayət qədər sevgi verilməməsi, ailə daxili problemlərə şahid olmaq və s. aiddir. Sosial problemlərə isə insanın öz ehtiyaclarını ödəyə bilməməsi, işsizlik, maddi vəziyyətin istənilən səviyyədə olmaması və s. əlamətlər daxil olunur. Lakin bir çox xəstəliklərdə olduğu kimi, nevroz xəstəliyi də genetik faktorlardan dolayı yarana bilər. Bu zaman xəstənin ailə üzvlərindən birində nevroz xəstəliyi varsa, şəxsdə də özünü biruzə verə bilir. Nevrozun yaranma səbəblərindən ən başlıca amil olaraq bioloji səbəb götürülə bilir. Çünki xəstəlik ən çox beyində sertonin (xoşbəxtlik hormonunun) aşağı səviyyəyə düşməsi ilə yaranır.

Xəstəlik Necə Müalicə Olunur?

Nevroz xəsətliyi xəstənin yaşı, yanaşı xəstəlikləri varsa ona uyğun, çəkisi və s. amillər nəzərə alınaraq müalicə tətbiq olunmalıdır. Effektiv müalicə aparılması üçün xəstəliyin ilk növbədə yaranma səbəbini aydınlaşdırmaq lazımdır. Lakin nevrozun əsas səbəbi, adətən psixoloji travmalar, gərginliklər, özünəqapanma halları və s. olur. Bu səbəbdən xəstələr stress yükünü minimuma endirməli və sakitləşdirici texnikalar da tətbiq etməlidirlər. Bununla yanaşı, düzgün və effektiv müalicənin aparılması xəstəlikdən tamamilə azad olmaqda faydalı olacaqdır.