Miqren Nədir və Necə Müalicə Olunmalıdır?

miqren nədir

Miqren xəstənin həyatında uzun illər və bir neçə saatdan bir neçə həftəyə qədər davam edən baş ağrı tutmaları olan xəstəlikdir. Genetik xüsusiyyətlərin inkişafında təsirli ola biləcəyi miqren baş ağrıları ümumiyyətlə ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunan birtərəfli baş ağrısı olaraq təyin edilə bilər. Həmçinin, miqren ağrıları zamanı başgicəllənmə, uyuşma, qollarda və ayaqlarda zəiflik kimi digər əlamətlərlə də müşahidə edilə bilir. Bu ağrılar nəticəsində isə xəstənin həyat keyfiyyəti aşağı düşə bilir.

Auralı miqren və aurasız miqren olmaqla xəstəliyin iki əsas alt tipi vardır. Miqren ağrılarının 10%-ni təşkil edən auralı miqren bulanıq görmə, işıq yanıb-sönməsi kimi simptomlarla özünü göstərə bilir. Aurasız miqren isə 4-72 saat ərzində təkrarlanan baş ağrıları ilə xarakterizə edilir və ağrı səviyyəsi isə adətən orta dərəcədən şiddətli dərəcəyə qədər dəyişə bilir. Bu alt tipdə baş ağrıları fiziki fəaliyyət nəticəsində baş verə bilir və adətən işığa və səsə həssaslıqla müşayiət olunur.

baş ağrısının səbəbləri

Miqren Hansı Səbəblərdən Yaranır?

Genetik faktorlar miqrenin yaranma səbəblərinin başında gəlir. Əgər ailədə miqren xəstəsi varsa, fərdlərin miqren olma ehtimalı 40% təşkil edir. Ana və atanın hər ikisində mqiren olan bir adam 75% nisbətində miqren şikayətləri ilə qarşılaşa bilər. Xəstəliyin yaranma səbəblərində genetik və ətraf mühit faktorlarının rol oynamasına baxmayaraq, miqren sırf genetik xəstəlik deyil. Həmçinin, miqren ağrılarının səbəblərindən biri də hormonal dəyişiklərdir. Buna görə də, miqren ən çox qadınlarda müşahidə olunur. Qadınlarda kişilərə nisbətən 3 qat daha çox rast gəlinən miqren tutmaları hormonal dəyişikliklərə bağlı olaraq, xüsusilə menstrual dövrlərdə ağrının şiddətini artıra bilər. Bununla da, menstruasiya zamanı şiddətli baş ağrılarının artması miqrenlə əlaqələndirilə bilir. Menstruasiya dövründə də, ürəkbulanma, qusma, işığavə səsə həssaslıq müşayiət olunur. Adətən ağrının birtərəfli və intensiv döyüntüsü olur.

Bəs Miqrenin Əlamətləri Nələrdir?

Miqrenin əsas əlaməti baş ağrısıdır. Miqren simptomlarında ümumiyyətlə başın bir yarısından və ya bütün hissəsində döyünən ağrıya səbəb olur və həmin ağrı orta və ya çox şiddətli ola bilir. Miqren simptomlarında ağrı bir neçə gün əvvəl hiss oluna bilir və zamanla həmin ağrı şiddətli ağrıya çevrilir. Həmin simpromlar işıq və səsdən narahatlıq hissi ilə müşayiət olunur. Xəstələr ümumiyyətlə sakit və qaranlıq bir mühitdə daha çox qalmağa üstünlük verirlər. Buna görə də, gündəlik funksiyaları yerinə yetirə bilməmək miqrenin əlamətlərindən biridir. Həmçinin, miqren simptomlarına görə iştahın dəyişməsi və şirniyyat yeməyə meyillik də daxildir.

Bundan əlavə, miqren simptomlarına əsəbilik, depressiv əhavl-ruhiyyə və bədbəxtlik kimi psixi simptomlarıda daxil etmək olar. Miqren nadir hallarda hər gün ağrıya səbəb olan xroniki gündəlik baş ağrısı dediyimiz bir xəstəliyə çevrilə bilər. Bu vəziyyət həyat keyfiyyətinə çox mənfi təsir etdiyi üçün dərhal müalicə tətbiq edilməlidir.

Miqrenin Müalicəsi Necə Olmalıdır?

Müalicənin ilk forması xəstənin miqren əlamətlərini həkimə danışmasından sonra, həkimin miqren və ya miqren növlərinin diaqnozudur. Təkrarlanan şikayətləri olan xəstələrdə mütləq ilk olaraq beyin müalicəsi aparılır. Əgər ağrılar həftədə 1-2 dəfədən çox olarsa, profilaktik müalicələr tətbiq edilməlidir. Miqren və miqren növlərini tətikləyən şeylər varsa, bunlar aradan qaldırılmalıdır. Miqren və onun növlərinin müalicəsi üçün insan ilk növbədə həyat tərzini dəyişməldir. Bunun üçün aşağıdakılara diqqət etməlisiniz:

  • Müntəzəm yuxum rejiminiz olmalı;
  • Stressdən uzaq durmalı;
  • Sağlam qidalanmağa diqqət etməli;
  • Alkoqol və siqaretdən uzaq durmalısınız.

Miqren və onun növlərinə görə tətbq edilən müalicə uzun vədədə insana böyük faydalar təmin edir. Xəstə bu faydaları görmək üçün həkimin tövsiyələrinə uyğun olaraqç həyat tərzini tənzimləməlidir. Ancaq bu şəkildə xəstəliyi zamanla nəzarət altında saxlamaq mümkün olur.

Bu məlumatlara əlavə olaraq isə nəzərinizə çatdırmaq istəyirik ki, şiddətli baş ağrıları ilə müşayiət olunan digər bir xəstəlik olan qaymorit ilə ağrısız və təbii yollarla, cəmi bir neçə gün ərzində vidalaşmaq istəyirsinizsə, o zaman bizə müraciət edə bilərsiniz.

[bizimleelaqe]