Skip to content

Kimyəvi Pilinqdən Əvvəl və Sonra Nələrə Diqqət Etmək Lazımdır? – 2022

kimyevi pilinq nedir

Kimyəvi pilinq ölü dəri hüceyrələrini çıxarmaq üçün dəriyə kimyəvi məhlulun tətbiq olunduğu üsuldur və digər adı ilə də sarı pilinq prosesindən sonra yenilənmiş dəri daha hamar və gənc görünür. Dərinin rəngsizləşməsi, məsamələri daraltmaq, çapıq və qırışları müalicə etmək məqsədilə kimyəvi pilinq prosedurundan istifadə olunur. Bu pilinq növündən tək başına və ya digər kosmetik tətbiqlərlə də birlikdə istifadə edilir. İstənilən nəticədən asılı olaraq, pasientlərin istəyinə uyğun şəkildə kimyəvi pilinq müxtəlif dərinliklərdə (yüngül, orta və ya dərin) həyata keçirilir. Fərqli dərinliklərdə edilən hər kimyəvi pilinq növü üçün fərqli məhluldan istifadə edilir.

Kimyəvi Pilinqdən Əvvəl Nələrə Diqqət Etmək Lazımdır?

Prosedurdan əvvəl pasientlərin nələrə diqqət etməli olduqlarını aşağıdakı kimi sadalaya bilərik:

  • Dəriyə qulluq
  • Epilyasiya (lazer, sap v gel epilyasiyası)
  • Dərinin soyulması prosedurları
  • Skrab və fırça ilə təmizləmə
  • Dəri həssaslığına səbəb ola biləcək dolğu tətbiqləri kimi kosmetik prosedurlar

Müalicədən bir həftə əvvəl dərini nəmləndirmək, sağalmanı sürətləndirmək üçün siqaretdən imtina etmək v aspirin kimi qanı durulaşdıran dərmanlardan istifadə etməmək çox tövsiyə olunur. Müalicə günü baş verə biləcək fəsadları minimuma endirmək üçün kişilərin təraşdan, qadınların isə makiyajdan uzaq durması şiddətlə tövsiyə olunur. Yenə də prosedur günü tərləməyə səbəb olacağı üçün idman və məşqdən çəkinmək tövsiyə olunur.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Kimyəvi Pilinqdən Sonra Nələrə Diqqət Etmək Lazımdır?

  • Kimyəvi pilinq müalicəsindən sonra nələrə diqqət edilməli sualının cavablandırılması nöqtəsində ilk növbədə prosedurdan sonra yarana biləcək qabıqların soyulmaması və dərinin qaşınmamasıdır.
  • Həkimin tövsiyə etdiyi nəmləndirici kremlərdən istifadə edilməlidir.
  • Günəşdən mümkün qədər uzaq durmaq lazımdır.

Prosedurun sağalma müddəti baxımından ən əsas faktor müalicə növüdür. Bütün bunlarla yanaşı, müalicə boyu daha dərin soyma pilinqdən səthi pilinqə keçdiyiniz zaman bərpa dövrü təbii olaraq keçecəkdir. Ümumiyyətlə, səthi tipdə 1-5 gün davam edən qızartı və yüngül qabıqlanma müşahidə edilir. Dərin pilinq tətbiqindən ödəm və dəri gərginliyi ilə yanaşı qəhvəyi təbəqə də görünə bilər. Yaranan bu təbəqə 7-10 gün ərzində soyulur və yox olur. Kimyəvi Pilinq müalicəsi öz təsirini nə vaxt göstərir sualının cavabı: Adətən müalicədən 24-48 saat sonra dəriniz soyulmağa başlayır və 7-10 gün ərzində bərpa prosesinin başlaması gözlənilir.

pilinq haqqinda melumat

Prosedur Əsnasında Ağrı Hiss Edilirmi?

Bu suala verə biləcəyimiz ən aydın cavab odur ki, müalicə zamanı 5-10 dəqiqə davam edə biləcək çox yüngül yanma və sancma hiss edə bilərsiniz. Adətən tətbiq zamanı müalicə olunacaq nahiyəyə anestezik krem çəkilir və müalicədən sonra gündəlik işlərinizə davam edirsiniz.

Kimyəvi Pilinq Hansı Yaşdan Edilə Bilər?

Müalicə metodunun tətbiqi üçün FDA tərəfindən müəyyən edilmiş yaş məhdudiyyəti yoxdur. Yeniyetməlik çağında olan, sızanaq problemindən xilas olmaq və daha hamar bir dəri istəyən hər kəs bu müalicədən fayadalana bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com - sweet bonanza oyna