Skip to content

Göbələk Xəstəliyi Nədir? Əlamətləri və Müalicə Üsulları Hansılardır?

göbələk xəstəliyi

Yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir. Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər və bu zaman infeksiya çox daha ağır simptomlarla irəliləyir. Göbələk xəstəlikləri daha çox dəridə ayaq, dırnaq, qasıq, vajina və saç kimi nahiyələrdə əmələ gəlir. Bununla belə nadir hallarda da olsa, dil və imfa düyünlərini də təsir edə bilir.

Göbələk Xəstəliyinin Əlamətləri Nələrdir?

Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bildiyindən dolayı ən çox müşahidə olunan əlaməti qaşınmadır. Göbələyin əmələ gəldiyi nahiyədə qaşınma hissi yaranır. Dərinin səthinə təsir etdiyi hallarda göbələk xəstəliyi müxtəlif əlamətlərlə özünü biruzə verir. Saç göbələyində baş dərisində soyulma, qırmızı səpgilər və qabarın yaranmasına, saç tökülməsinə və keçəlliyə səbəb ola bilir. Dırnaq göbələklərində dırnaq altında ağ və sarı rəng dəyişikliyi, dırnaq qalınlaşması müşayiət olunur. Vaginal hissədə göbələk xəstəliyi simptomlarına sidik ifrazı zamanı yanma, qaşınma və cinsi əlaqə zamanı ağrı aiddir. Göbələk xəstəliyinin ən çox yarandığı ayaq barmaqları arasında isə qızartı, qaşınma və ayaqda pis qoxu əlamətləri də daxildir.

Göbələk Xəstəliyinin Yaranma Səbəbi Nədir?

Göbələk növləri dəri səthindəki hüceyrələrə təsir edərək dəridə deformasiyalara səbəb olur. Bu zaman göbələklər müəyyən nahiyələrə yoluxur və müxtəlif əlamətlər yaradır. Rütubətin olması göbələk xəstəliyinin yaranmasına səbəb olan ən vacib amildir. Çox isti və rütubətli hava şəraiti, bədən təmizliyinə fikir verməmək, həddindən artıq tərləmə və qurunmamaq, dar və sintetik paltar geyinmək göbələk xəstəliyinin yaranması üçün zəmin yaradır. Göbələk xəstəliyinin yaranmasının və yayılmasının qarşısını almaq üçün ümumi və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir. Bərbərlərin və gözəllik salonlarının, hovuzların yay aylarında mütəmadi olaraq dezinfeksiya edilməməsi göbələk infeksiyasının asanlıqla yayılmasına səbəb olur. Bu səbəbdən, ümumi şəkildə istifadə edilən yerlərdə bu qaydalara nə dərəcədə diqqət yetirildiyinə fikir vermək və şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.

Göbələk Xəstəliyinin Hansı növləri Var?

Göbələk xəstəliyi təsir sahəsinə və əlamətlərinə görə müxtəlif növlərə bölünür:

Dırnaq göbələyi – ən çox ayaq dırnaqlarında müşahidə olunan bu növ göbələk xəstəliyi onikomikoz adlanır. Dırnaq ucundan başlayaraq daha geniş hissələrə yayıla bilir. Göbələk dırnağın qalınlaşmasına, qaşınmasına və rənginin dəyişməsinə səbəb olur. Adətən ayaq baş barmağında görülən dırnaq göbələyi zamanla digər dırnaqlara və əllərə də keçə bilir.

Ayaq barmaq göbələyi – göbələk xəstəliyinin ən çox görülən növlərindən biridir. Ümumiyyətlə, iltihablı qaşınma və qabıqlı dəri ilə xarakterizə olunur. Ayaq altının quruması, qalınlaşması, çatlaması və barmaqlarda nəmli görünüşə səbəb olur. Daha çox gənc fərdlərdə rast gəlinən ayaq göbələkləri ümumiyyətlə, hovuz kimi ümumi yerlərin istifadəsi nəticəsində və yaxud ayaqları uzun müddət bağlı ayaqqabıda saxlamaqla əmələ gəlir.

göbələk xəstəliyi

Vaginal göbələk – qadınlarda çox yayılmış infeksiya normalda vajinada olan faydalı göbələklərin və bakteriyaların dəyişməsi nəticəsində və candida kimi tanınan maya növünün nəzarətsiz yayılması ilə baş verə bilir. Bu səbəbdən, vaginal hissənin təmiz və quru olmasına xüsusi olaraq diqqət etmək lazımdır.

Bədən göbələyi – bu növ göbələk bədənin hər hansı bir hissəsinə təsir edə bilir. Adətən qırmızı ləkələr şəklində özünü göstərir. Başlanğıcda kiçik bir sahədə görünən bu halqalar getdikcə böyüyür və iltihablana bilər. Ləkələr və döküntülər tez-tez qaşınma və tökülmə ilə müşayiət olunur.

Saç göbələyi – baş dərisində əmələ gələn bu göbələk saçların böyüməsinin qarşısını alır və ya baş dərisinin bəzi nahiyələrində tökülməyə səbəb olur. Bu nahiyələrdə qızartı, qaşınma, iltihab, kəpək və dərinin tökülməsi də müşahidə olunur. Uşaqlarda böyüklərə nisbətən daha çox görülən saç göbələyi yoluxuculuğu yüksək olduğu üçün xüsusilə, məktəb dövrlərində epidemiyaya çevrilə bilir.

Xəstəliyin Müalicəsi Necə Olmalıdır?

Göbələyin növü təsir sahəsi müəyyən edildikdən sonra müalicə edilməlidir. Demək olar ki, bütün müalicə növlərində ağızdan qəbul edilən dərmanlar, losyon və ya kremlər istifadə olunur. Bəzi mütərəqqi hallarda, bu müalicə üsulları birlikdə istifadə olunur. Müxtəlif formada olan göbələk əleyhinə preparatlar üstünlük verilən müalicə üsullarından biridir. Bu dərmanların dozası göbələyin növü və çoxalma sahəsinə, simptomların şiddətinə və xəstələrin xəstəlik tarixçəsinə uyğun olaraq tənzimlənir.

Dərman və kremlərin istifadəsi müalicənin vacib addımlarından biridir. Göbələk mikroorqanizmləri sürətlə çoxalır və bədənin müxtəlif hissələrinə yayıla bilir. Müntəzəm olaraq, istifadə edilən dərmanlar göbələyin böyüməsini ləngidir və müalicədə müvəffəqiyyət nisbətini artırır. Müalicə müddəti göbələyin növünə və yerləşdiyi yerinə görə dəyişir. Vaginal göbələklər orta hesabla 7-10 gün müddətində sağa bildiyi halda, ancaq bədən və saç göbələkləri təxminən 30 gündə, dırnaq göbələkləri isə orta hesabla 6 ayda müalicə olunur.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - Betosfer