Skip to content

Faringit və Onun Əlamətləri Nələrdir? Faringitin Müalicəsi Necə Olmalıdır?

Xalq arasında boğaz ağrısı kimi tanınan faringit boğazın arxa hissəsini əhatə edən selikli qişanın iltihabı xəstəliyidir. Bu iltihab boğazda narahatlıq, quruluq və udma çətinliyinə səbəb ola bilir. Xəstəliyin müddətinə görə faringit iki yerə bölünür. Əgər faringit yeni yaranıb və ciddi şikayətlərə səbəb olubsa, bu vəziyyət “kəskin faringit” kimi təyin olunur. Kəskin faringitdə xəstənin şikayətləri daha qabarıq şəkildə özünü göstərir. Boğaz ağrısı, udma çətinliyi, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək kimi şikayətlər olur. Kəskin faringit adətən yuxarı tənəffüs yollarının infeksiyasıdır.

Ancaq uzun müddətli və çox ağır olmayan şikayətlər varsa, buna “xroniki faringit” deyilir. Faringitin bu növündə isə simptomlar daha yüngül olsa da, lakin davamlıdır. Boğazda quruluq, sancma, yanma və yad cisim hissi, udmada yüngül çətinlik kimi şikayətlər müşahidə olunur. Xroniki faringitdə yoluxucu amillər rol oynasa da, adətən bu amillər arasında spirt və siqaret istifadəsi, quru və çirkli hava kimi faktorlar da rol oynayır.

Faringitin Əlamətləri Nələrdir?

Faringitin inkubasiya müddəti adətən 2-5 gündür. Xəstəliyi müşayiət edən simptomlar faringitə səbəb olan vəziyyətdən asılı olaraq dəyişsə də, xəstəliyin əlamətlərini ümumiyyətlə aşağıdakı kimi sıralamaq olar:

  • Boğazda yanğı, qıcıqlanma və qaşınma hissi;
  • Udqunma zamanı çətinlik və ağrı;
  • Burun axması və davamlı quru öskürək;
  • Baş ağrısı və yorğunluq hissi;
  • Bədəndə ağrılar və hərarət;
  • Ağızda qeyri-adi dad;
  • Ümumi pozğunluq və iştahsızlıq və s.

Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Faringitin Yaranma Səbəbləri Nədir?

Faringitin yaranma səbəbləri müxtəlif olsa da, təxminən 90% nisbətində xəstəlik bakterial, göbələk, ətraf mühit və şəxsi faktorlar səbəbi ilə yaranır. Virus və bakteriyalar faringitin yaranmasının ən çox yayılmış səbəbidir. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Bundan əlavə isə, faringitə ən çox soyuqdəymə, qrip və ya mononükleoz kimi viral infeksiyalar da səbəb olur.

Bəzi hallarda isə faringitin yaranma səbəblərinə allergiya, travma (cərrahi müdaxilə zamanı və ya udlağa yad cisim düşdükdə) və yaxud zədələyici amillərin (şüalanma, buxar və ya qaynar maye) təsiri aid ola bilir. İmmun sisteminin pozulması, ağır xroniki xəstəliklə,r çirkli hava, siqaret və spirtli içkilərin istifadəsi də faringitin yaranma ehtimalını artırır.

Faringitin Müalicəsi Necə Olmalıdır?

Kəskin faringitdə infeksiya iştirak etdiyi üçün infeskiya müalicəsi vacibdir. Bundan əlavə, ağrıkəsicilər, qızdırma salan dərmanla,r öskürək və ağız qarqaraları istifadə edilə bilər. Lakin, xroniki faringitin müalicəsi çox çətindir. Faringitin bu növündə xəstəlik çox vaxt tamamilə aradan qaldırılmır. Müalicə zamanı xəstəliyə səbəb olan amilləri (allergiya, sümük əyriliyi və s.) aradan qaldırmaq vacibdir. Bakterial faringitdə xəstəyə burun spreyi, antibiotiklər və s. verilərkən bunlarla yanaşı, xəstələrə aşağıdakı tövsiyələr də verilir:

  • Gün ərzində çox su içmək;
  • İstirahət edilməsi;
  • İlıq duzlu su ilə qarqara etmək;
  • Ağrıları aradan qaldırmaq üçün isti mayelər içmək;
  • Boğaz quruluğu üçün buxarlandırıcıların tətbiq edilməsi və s.

Həmçinin, mütəxəssislər tərəfindən tövsiyə olunan boğaz spreylərindən istifadə etməkdə xəstəliyin müalicəsində faydalı olacaqdır. Bundan əlavə, faringitin müalicəsində təbii üsullardan da faydalanmaq mümkündür. Xalq təbabətində geniş istifadə olunan adaçayı, sarımsaq və nanə xəstələrin köməyinə çatacaqdır.

Adaçayı farıngitin səbəb olduğu boğaz iltihabına çox yaxşı təsir edir. Limon suyu və dəmlənmiş adaçayı ilə qarqara da faringitə yaxşı təsir göstərir. Sarımsaq antiseptik xüsusiyyətlərə malik olduğundan dolayı, bakterial infeksiyaya kömək edə bilər və faringitin səbəb olduğu boğaz ağrısını aradan qaldırmağa kömək edə bilər. Buna görə də, sarımsağı boğaz ağrısı üçün istifadə etməyin ən yaxşı yolu onu çiy çeynəmək və ya udmaq lazımdır. Nanə bir çox xəstəliyə faydası olmaqla yanaşı, faringitə də yaxşı təsir edir. Nanə boğaz ağrısını sakitləşdirə və quru öskürəyi aradan qaldıra bilər. Bu zaman nanəni dəmləyib çay şəklində içmək olduqca faydalı olacaqdır.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit