Böyrəklər təxminən yumruq ölçüsündə olan lobya şəklində orqanlardır. Onlar kürəyə doğru qabırğa qəfəsinin altında yerləşirlər. Böyrəklərin bir neçə funksiyası olmaqla yanaşı, onların ən vacib vəzifələrindən biri bədəndən toksinləri çıxarmağa kömək etməkdir. Həmçinin, böyrəklər də qan süzür və 24 saat ərzində bədəndən artıq suyu və tullantı məhsulları çıxarır və bədəndəki həddindən artıq maye sidiklə bədəndən xaric olur.
Böyrək Çatışmazlığı Nədir?
Xroniki böyrək çatışmazlığı və ya xroniki böyrək xəstəliyi böyrəyin zamanla mövcud olan bütün funksiyalarını itirməsi deməkdir. Xroniki böyrək çatışmazlığı xəstəliyi zamanla inkişaf edərək tədricən yaşanır. Əsas səbəbdən asılı olaraq, böyrək funksiyasını proqressiv itkisi nəticəsində böyrəkləri fəaliyyətsiz hala gətirib çıxara bilir. Simtomlar, adətən böyrək funksiyaları itirilməyə başlayanda inkişaf etmiş mərhələlərdə baş verir. Lakin, xroniki böyrək çatışmazlığı hər xəstədə eyni şəkildə olmaya bilir.
Xəstəliyin Əlamətləri Nələrdir?
Xroniki böyrək çatışmazlığı, adətən ilkin mərhələlərdə səssizcə irəliləyir və heç bir simptom yaratmaya bilir. Lakin, xəstələrdə aşağıdakı əsas əlamətlər müşahidə olunur:
- Yorğunluq və zəiflik;
- Ürəkbulanma;
- Qusma;
- Konsentrasiyanın pozulması;
- Həddindən artıq su tutma səbəbiylə ayaqlarda şişkinlik;
- İştahsızlıq;
- Yuxu problemləri və gözlərdə şişlik; xüsusilədə səhərlər
- Sidik miqdarının dəyişməsi və gecə tez-tez sidiyə getmə;
- Ayaqların və topuqların şişməsi;
- Davamlı qaşınma və dəri quruluğu;
- Sinə ağrısı əgər maye yığılırsa, ürəyin selikli qişasının ətrafında olur;
- Nəfəs darlığı və baş ağrısı və s.
Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.
Böyrək Çatışmazlığının Yaranma Səbəbləri Nələrdir?
Xəstəliyin yaranma səbəbləri müxtəlif ola bilər. Xroniki böyrək çatışmazlığı müxtəlif xəstəliklərlə yanaşı, qarşısı alına bilən səbəblərə görə də baş verə bilir.
Diabet: Xroniki böyrək çatışmazlığının ən çox yayılmış səbəbi olan xalq arasında şəkərli diabet kimi tanınan diabet xəstəliyidir. Yüksək qan şəkəri səviyyəsi böyrəklərdəki kiçik filtrlərə zərər verə bilər və nəticədə xəstəliyin yaranmasına səbəbi ola bilir.
Hipertoniya: Xalq arasında geniş yayılmış digər bir xəstəlik olan və yüksək təzyiq kimi tanınan hipertoniya ürək-damar xəstəliklərinin və insultun səbəbi kimi tanınsa da, böyrəklərə də təsir edə bilir. Zamanla yüksək qan təzyiqi böyrəklərdə kiçik qan damarlarını gərginləşdirə və böyrəklərin düzgün işləməsini dayandıra bilər. Bunun əksinə olaraq isə, yüksək qan təzyiqinin böyrək çatışmazlığına səbəb oluduğu kimi, böyrək çatışmazlığı da yüksək qan təzyinə səbəb olur.
Qlomerulonefrit: Böyrəklərdə glomeruli adlanan kiçik filtrasiya bölmələri vardır. Həmin bölmələrin iltihabı da böyrək çatışmazlığı xəstəliyinin yaranmasına səbəb ola bilər.
Böyrəyə qan axınının qarşısını alan səbəblər; ürək xəstəlikləri, qaraciyər çatışmazlığı, ağır yanıqlar və ya allergik reaksiya kimi böyrəklərə qan axını dayandıran və ya azaldan problemlər böyrək çatışmazlığına səbəb ola bilər. Həmin səbəblərə aşağıdakıları da aid etmək olar:
- Narkotik və spirt qəbulu;
- Lazımsız dərmanların istifadəsi;
- Bəzi növ xərçəng xəstəlikləri və ya kemoterapi dərmanları;
- Damarların iltihabı, yəni vaksulit.
Xəstəliyin müalicəsi Necə Olmalıdır?
Böyrəklərin zədələnməsi adətən qalıcı olur. Zədələnmə düzəldilməsə belə, böyrək çatışmazlığına səbəb olan əsas səbəbi nəzarət altına alaraq, böyrək çatışmazlığını dayandırmaq və ya yavaşlatmaq mümkün ola bilər. Böyrək çatışmazlığına səbəb olan xəstəliyə görə müalicə planı dəyişə bilər. Böyrək funksiyasını qorumaq üçün həkim nefroloq yüksək qan təzyiqi üçün dərmanlar təyin edə bilər. Yüksək qan təzyiqi dərmanları əvvəlcə böyrək funksiyalarını azalda bildiyi üçün nəzarəti artırmaq faydalıdır.
Böyrəklərə düşən yükün azaldılması baxımından, yaşa biləcək problemlərin azaldılması üçün aşağı proteinli pəhriz və sağlam qidalanmaq xəstəlik müalicəsi vaxtında pasientlər üçün faydalı olacaqdır. Edilən müalicələr fayda vermədikdə, son mərhələdə isə böyrək çatışmazlığı xəstəliyini müalicə etməyin daha iki yolu vardır:
Dializ: Böyrəklərin lazımi qaydada edə bilmədiyi qanın təmizlənməsi prosesi aparat vasitəsi ilə həyata keçirilir. Dializ böyrək çatışmazlığını müalicə etməsə də, ancaq sağ qalmaq üçün müəyyən fasilələrlə dializdən keçmək lazımdır.
Böyrək transplantasiyası: Fəaliyyət göstərməyən və ya zəif fəaliyyət göstərən böyrəyin dəyişdirilməsi üçün işləyən böyrəyin transplantasiyasıdır. Bu mərhələdən sonra isə xəstələrin dializ keçirməsinə ehtiyac yoxdur.