Botox Nədir və Necə Edilir? | Botox Hansı Nahiyələrə Tətbiq Olunur?

botoks nedir

Mimikaların həddindən artıq istifadəsi, genetik faktorlar və ya yaşın irəliləməsi nəticəsində yaranan qırışlar göz ətrafı, qaş arası, alın və burun kimi kimi nahiyələrə botoks tətbiqi ilə çox qısa müddətdə aradan qaldırıla bilər. Peşekar mütəxəssislər tərəfindən uyğun dozalarda edilən tətbiq üzdəki qorxu və ya təəccüb kimi mənfi halların qarşısı alınır və insana gənc və canlı görünüş təmin edilir.

Botox Nədir ?

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Botoks (Botulinum toksini) Clostridium botulinum bakteriyasindan əldə edilən toksindir. Sinir uclarında keçiriciliyi təmin edən maddələrin sərbəst buraxılmasının qarşısını alaraq, sinirlərlə sinirlərin çatdığı orqanlar arasında ötürülməni dayandıraraq öz təsirini göstərir. Beləliklə, sinir keçiriciliyinin dayandırılması sinirin çatdığı orqanın funksiyalarınnın azalması və ya tamamilə itirilməsini təmin edir. Estetik və kosmetik məqsədlərlə edilən botoks proseduru, mimik əzələlərin hərəkətindən yaranan üz qırışlarını azaltmaq, əmələ gəlməsinini qarşısını almaq, həddindən artıq tərləmə olan bölgələrdə tərləməni azaltmaq və xroniki miqren müalicəsində istifadə edilə bilər.

Botox Hansı Nahiyələrə Tətbiq Olunur?

Qırış müalicəsi

Mimik əzələlərin illər ərzində işləməsi dərini örtən qıvrımları qabarıq göstərir. Beləliklə də üzdə dinamik xətlər əmələ gəlir və ən çox görülən dinamik xətlər alında, qaşların arasında, göz ətrafında və dodaqların ətrafında görünür. Alındakı və göz ətrafındakı cizgilər insana daha yaşlı görünüş, qaşlar arasındakı xətlər isə qaşqabaqlı və qəzəbli görünüş verir. Çünki mimik əzələlərə botoks tətbiq etməklə bu əzələlərin hərəkətləri zəiflədə bilə və bu şəkildə yaşlı və qəzəbli görünən üz ifadəsində əhəmiyyətli bir inkişaf əldə edilir.

Üzün formalaşdırılması

Botoks inyeksiyası ilə qaşları quyruq hissəsindən qaldırmaq və qaşların orta hissəsindəki hündürlüyü aşağı salmaq olar ki, bu da çaşqın sifətə səbəb olur. Təbəssümlə gözə çarpan üst diş ətinin görünməsi gülümsəyərək estetik olmayan görünüş yaradır ki, bu vəziyyət də botok iynəsi ilə asanlıqla düzəldilə bilər.

Masetter (çeynəmə əzələsi) hipertoniyası: Digər bölgə tətbiqlərində fərqli olaraq, massetter əzələsində botoks tətbiqləri qırışlar üçün deyil. Bundan əlavə əhəmiyyətli massetter əzələ hipertoniyası olan xəstələrin kvadrat üz görünüşünü yumşaltmaq və oval üz əldə etmək üçün tətbiq edilir. Beləliklə, prosedur sonrası daha incə və daha estetik üz görünüşü əldə edilir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Həddindən artıq tərləmə müalicəsi

Tər vəzilərinə botoks tətbiq edildikdə, tər vəziləri ilə sinir ucları arasındakı ötürülmə də dayandırıla və tər vəzilərinin fəaliyyəti azala bilər və bədənin ən çox tərləyən bölgələri ovuc içi və qoltuqaltıdır. Beləliklə həddindən artıq tərləmə və bununla bağlı tər qoxusu şikayətləri olan insanların tərli bölgələrinə botoks tətbiq edildikdə şikayətləri yaxşılaşır. Tətbiqdən əvvəl edilən testlə həddindən artıq tərləmə sahələri müəyyən edildikdən sonra tətbiqin təsiri 6 aya qədər davam edir.

Botox necə Tətbiq Olunur?

Botoks iynə şəklində tətbiq edilir və ağrılı prosedur olmamasına baxmayaraq, inyeksiya zamanı cüzi və yüngül ağrı hiss oluna bilər. Pasientlərin tətbiq etmələri istənilən prosedur növündən asılı olaraq, prosedur iynəsi mimik əzələlərin hərəkətlərində azalma istənildikdə mimik əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə vurulur. Prosedurun təsiri iynə vurulduqdan sonra 3-4 gün sonra başlayır və ilk həftədə tam oturur. Botoksun təsir və qalıcılıq müddəti isə 4-6 aydır və təsir müddəti bitdikdə prosedur təkrar tətbiq oluna bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Pasientləri ən çox narahat edən və düşündürən suallardan biri isə botoksun ziyanlı olub-olmamasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, botoksun sağlamlığa ciddi bir yan təsiri yoxdur. Prosedur tətbiqindən sonra müvəqqəti şişlik, göyərmə və nadir hallarda isə göz qapağında müvəqqəti sallanma ola bilər.

Seansdan dərhal sonra gündəlik həyata rahatlıqla davam etdirilə bilər. Bununla belə, uzun müddət əyilmə və üz əzələlərinin işləməsini tələb edən hərəkətlərdən qaçınmaq lazımdır. Bundan əlavə, botoks inyeksiyasından sonra baş təxminən dörd saat yüksəkdə saxlanılmalı, irəli əyilməkdən qaçınmalı və üzü yuyarkən soyuq sudan istifadə etməyə diqqət yetirilməlidir. Çünki prosedur seans sonrası yazılanlara diqqət edilmədikdə botox öz təsirini itirə bilər.

Botox Effekti Nə Qədər Davam edir?

İlk dəfə üz qırışlarına tətbiq edildikdə, təsir orta hesabla 4,5-6 ay davam edir və təkrarlanan tətbiqlərlə bu müddət zamanla 8-10 aya qədər uzanır. İlk dəfə qoltuqaltına çəkildikdə orta hesabla 10-12 ay tərləməni tənzimləyir. Təkrarlanan müraciətlərlə bu müddət 16-18 aya qədər uzanır.

Botox yerinə qulluq kremləri istifadə edilərsə eyni effekt əldə edilərmi?

Xeyr, bu qətiyyən mümkün deyil. Çünki botoks mütəxəssis həkim tərəfindən əzələyə yeridilir. Kremlər isə dəriyə səthi şəkiildə çəkilir. Buna görə də göstərdikləri təsir də çox fərqlidir. Kremlər yalnız səthi incə xəttlərə təsir edə bilsə də, botoks tətbiqi dinamik qırışları aradan qaldırır. Kremlərin dərini qidalandırmaq, dərini nəmləndirmək və kollagenin əmələ gəlməsini sürətləndirmək kimi funksiyaları var. Onlar həmçinin qırışların görünüşünü azaltmağa kömək edir. Botoks isə qırışlara səbəb olan əzələləri rahatlaşdırır və müəyyən müddət ərzində dəridə qırışların yaranmasının qarşısını alır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.