Botoks (Botulinium toksini) Clostridium botulinum bakteriyasından əldə edilən toksindir. Estetik və kosmetik məqsədlərlə edilən botoks proseduru, mimik əzələlərin hərəkətindən yaranan üz qırışlarını azaltmaq, qırışların əmələ gəlməsinin qarşısını almaq, həddindən artıq tərləmə olan bölgələrdə tərləməni azaltmaq və xroniki miqren müalicəsində istifadə edilə bilir.
Botox Necə Tətbiq Olunur?
Botoks iynə şəklində tətbiq edilir və ağrılı prosedur olmamasına baxmayaraq, inyeksiya zamanı cüzi və yüngül ağrı hiss oluna bilər. Pasientlərin tətbiq etmək istədikləri prosedur növündən asılı olaraq, prosedur iynəsi mimik əzələlərin hərəkətlərində azalma istənildikdə əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə vurulur. Prosedurun təsiri iynə vurulduqdan sonra 3-4 gün ərzində başlayır və ilk həftədən tam oturur. Botoksun təsir və qalıcılıq müddəti isə 4-6 aydır və təsir müddəti bitdikdə prosedur təkrar tətbiq oluna bilər.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Ən Yaxşı Botox (Botoks) Növləri Hansılardır?
Psiko Botoks: Mimikaların tez-tez istifadəsi nəticəsində yaranan qırışları aradan qaldırmaq üçün tətbiq olunur. Botoks tətbiqinin ən geniş yayılmış və ən yaxşı formasıdır.
Müalicə üçün Botoks: Tərləmə problemi, diş qıcama və ya üz iflici olan insanlara tətbiq edilən bir botoks növüdür və sırf terapevtikdir.
Tərləmə müalicəsi üçün Botoks: Tərləmə bədənin özünü sərinləmək üçün istehsal etdiyi bir müdafiə mexanizmidir. Ancaq həddindən artıq tərləmə sosial həyatda çox çətin və narahatedici bir vəziyyətdir. Tərləmə müalicəsi üçün botoks təsirli və problemsiz üsuldur. Əl, ayaq və qoltuqaltı nahiyələrə tətbiq oluna bilir.
Minimal Botoks: Dərinin quruluşu, yaşı, mimikaların istifadəsi və dəri vəziyyəti nəzərə alınmaqla, xüsusi hazırlanmış və yalnız lazımi nöqtələrə minimal dozada vurulan botoks növüdür. Yaşa uyğun olmayan ifadənin və çox gərgin görüntünün qarşısını almaq üçün tətbiq edilir.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Masseter Botoks: Masseter əzələsini azaltmaq və ya diş qıcama problemini aradan qaldırmaq üçün üzün aşağı hissəsinə tətbiq edilən texnikadır. Xalq arasında sıxma botoksu kimi də tanınır. Masseter əzələsini daha incə göstərərək daha mütənasib və oval üz formasını hədəfləyən, üzün alt hissəsində sərt görünüşünə səbəb olan botoks texnikasıdır. Əslində, bu, daha çox terapevtik məqsədlər üçün tətbiq olunan bir texnikadır. Bakıda botoks prosedurlarının qiymətləri tətbiq olunacaq botoks növündən və dozasından asılı olaraq. dəyişiklik göstərə bilir və qiymətlər 50 manatdan başlayır.