Hemerroy (Babasil) Nədir və Niyə Yaranır? Müalicəsi Necə Olmalıdır?

babasil nedir

Varikoz damarlarına bənzər şəkildə anus ətrafında və düz bağırsağın aşağı hissəsində bir qədər yüksək olan damarların şişməsi ilə xarakterizə olunan vəziyyətə hemerroy və ya babasil deyilir. Babasilə səbəb ola biləcək bir çox amil var, lakin müntəzəm olaraq, babasilin yaranma səbəbi tam başa düşülmür. Əgər babasil dəri altının xarici tərəfində yerləşirsə, xarici babasil, rektum dediyimiz yoğun bağırsağın sonuncu hissəsində yerləşirsə, bu zaman daxili babasil adlanır.

Babasil cəmiyyətdəki yetkin insanların demək olar ki, dörddə birində zaman-zaman baş verən ümumi bir xəstəlikdir. Xəstəlik həmişə simptomlarını göstərməsə də, çox vaxt qaşınma, qanaxma və narahatlıq kimi əlamətlərlə özünü biruzə verə bilir. Babasildə qan laxtası əmələ gəlirsə, bu şiddətli ağrıya səbəb olur. Bu zaman, xəstəliyin müalicəsi üçün laxtanın boşaldılması tələb oluna bilər. Xoşbəxtlikdən, babasil üçün çox təsirli müalicə variantları var. Bir çox insanlar evdə müalicə və həyat tərzi dəyişiklikləri ilə simptomlardan qismən və ya tam azad ola bilirlər.

Babasil Əlamətləri Nələrdir?

Hemerroy (babasil) əlamətləri hemerroyun növünə görə fərqlənir. Xarici babasil olanlarda:

  • Anus ətrafında şiddətli qaşınma və narahatlıq,
  • Anus yaxınlığında qaşınma, ağrılı şiş və ya şişlik,
  • Xüsusilə oturma zamanı bölgədə ağrı,
  • Nəcisdə qan

ən çox rast gəlinən əlamətlərdəndir. Həddindən artıq gərginlik, sürtünmə və ya ərazini təmizləmək babasilin əlamətlərini daha da pisləşdirə bilər. Bir çox insanlarda xarici babasil ilə əlaqəli bu simptomlar bir neçə gün ərzində yox olur.

Daxili babasil olanlarda isə müşahidə olunan əlamətlər:

  • Nəcisdə və ya tualet kağızında parlaq qırmızı qan,
  • Düz bağırsaqdan asılmış vəziyyətdə olan və ələ dəyən babasil

kimi çeşidlənir. Ümumiyyətlə, aşağı sallanmayan daxili babasillər ağrılı deyil. Ancaq aşağı düşmüş daxili babasil ağrı və narahatlığa səbəb olur. Bu əlamət və simptomlar ilə babasil xəstəliyi özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Babasilin Yaranma Səbəbləri Nələrdir?

Hemerroy xroniki qəbizlik zamanı tualetdə uzun müddət oturmaq və defekasiya zamanı gərginlik ilə əlaqələndirilir. Bütün bunlar bölgəyə daxil olan və regional qan axınına təsir edir və damarları birləşdirərək genişləndirir. Bu, həm də, hamiləlik dövründə hemerroyların artması ilə izah olunur, çünki böyümüş uşaqlıq damarlara təzyiq göstərir.

Son tədqiqatların araşdırması nəticəsində müəyyən olunmuşdur ki, genetik meyl, qəbizlik, uzun müddət davam edən ishal, çətin doğuşlar, həddindən artıq tərləmə, az su içmək, piylənmə, tualetdə uzun müddət qalmaq, ədviyyatlı qidaların həddindən artıq istehlakı, hamiləlik və irəli yaş faktorları da babasilin yaranma səbəbləri arasında yer alır.

Babasilin müalicəsi Necə Olmalıdır?

Xarici babasil adətən xəstəyə narahatlıq yaratmasa, xüsusi müalicə tələb etmir. Aşağı dərəcəli daxili babasil effektiv dərmanlar və ya müxtəlif qeyri-cərrahi üsullarla müalicə edilə bilər. Bu üsullar və dərmanlar müvəffəqiyyətsiz olarsa, ağırlaşmalar inkişaf edərsə və ya babasil irəliləyirsə, cərrahi müalicə variantları nəzərdən keçirilir.

Tibbi dərman müalicəsinin əsas məqsədi babasili müalicə etməkdənsə, simptomları idarə etmək və əsas vəziyyəti aradan qaldırmaqdır. Bunun üçün həb, süpozituar krem və ya maz kimi müxtəlif dərman formalarından istifadə olunur. Dərman terapiyasına davamlı olan və aşağı dərəcəli hemerroy, yüksək dərəcəli hemerroy boğulma və tromboz kimi ağırlaşmalara səbəb olan hemerroylarda adətən cərrahi müdaxilə tələb olunur.

Babasilə Nələr Yaxşı Təsir Edir?

Düz bağırsağı ətrafında və düz bağırsağın aşağı hissəsində varikoza bənzər formasiyalar nəticəsində yaranan babasil insanın həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Xəstəliyin ilkin mərhələsində bol maye istehlakı, zeytun yağı və lifli yeməklərlə qidalanma, ağrı kəsicilər və kremlər təsirli ola bilər. Bundan əlavə, isti su ilə vanna qəbul etmək də babasil hallarında faydalı ola bilər. Tibbi müalicə prosesindən əlavə, təbii müalicə üsullarından da faydalanmaq mümkündür. Bununla belə, bitki mənşəli dərmanlar və çayları tibbi müalicə üsulları ilə birlikdə istifadə etməzdən əvvəl mümkün qarşılıqlı təsirlərin qarşısını almaq üçün həkimə müraciət edilməlidir.

Hemerroyun yaratdığı şikayətləri aradan qaldırmaq üçün görüləcək işlərdən biri də qidalanma vərdişlərini dəyişdirməkdir. Babasil müalicəsini dəstəkləmək üçün aşağıdakı qidaları istehlak etmək tövsiyə edilə bilir:

Lifli qidalar: Babasil də başda olmaqla, bir çox bağırsaq xəstəliklərinin müalicə prosesində tətbiq olunan pəhrizlərdən biri də lifli qidalardır. Bağırsaqlarda həll olunmayan lif nəcisin həcmini və nəcisin tezliyini artırır. Noxud, lobya kimi paxlalılar, ərik qurusu, quru üzüm, qoz kimi məhsullar, sərt qabıqlı meyvələr və bütün taxıllar, tərəvəzlər də təbii lif mənbəyidir.

Qatıq və kefir: Təbii probiyotik qaynağı olan qatıq və kefir mədə və bağırsaq problemləri ilə yanaşı, babasilin də aradan qaldırılmasında təsirlidir. Bağırsaq hərəktlərinin tarazlaşdırılımasında mühüm rolu olan bu məhsullar müntəzəm istehlak edildikdə, babasil müalicəsinə dəstək verə bilir.

Su: Gün ərzində çoxlu maye qəbul etmək yumşaq nəcis üçün olmazsa, olmazlardan biridir. Su və digər spirtsiz mayelərin istehlakının artırılması nəcisin yumşalmasına və anusdan asanlıqla çıxmasına kömək edir, eyni zamanda mövcud hemerroyların geriləməsinə kömək edir.

Pəhriz babasil müalicəsini dəstəkləmək üçün son dərəcə vacib olsa da, tək başına kifayət deyil. Fiziki cəhətdən aktiv olmaq, müntəzəm gəzinti və idman babasilin sağalmasında təsirli olur. Bütün bunlara əlavə olaraq isə, tualet ehtiyacını gecikdirməmək də son dərəcə vacibdir.