Autizm Nədir və Hansı Səbəblərdən Yaranır? Autizmin Əlamətləri Nələrdir?

autizm nədir

Autizm kimi tanınan autizm spektr pozuntusu erkən uşaqlıq dövründə başlayan ciddi inkişaf pozuntusudur. Ümumiyyətlə, autizmli uşaqların oturma və yerimə kimi fiziki bacarıqların inkişafında, boy və çəki artımında heç bir problem yoxdur. Əsas problem isə sosial qarşılıqlı əlaqəni, ünsiyyəti pozan, məhdud maraqlara və təkrarlanan hərəkətlərə səbəb olan davranışların olmasıdır. Bəzən xəstəliyin əlamətləri 1 yaşından əvvəl başlayır, bəzi uşaqlarda isə normal psixo-sosial inkişaf olur və ancaq “ana, ata” kimi ilk sözlər deyildikdən sonra geriləmə və inkişafda fasilə müşahidə olunur.

Bu günə qədər aparılan araşdırmalar nəticəsində autizm xəstəliyinin yaranmasının dəqiq səbəbi hələ də tapılmayıb. Genetik və bəzi ətraf mühit amillərinin (doğuşun ağırlaşması və virus infeksiyaları) autizm səbəbi olaraq düşünülmüş olsa da, lakin hələ də qəti şəkildə sübuta yetirilməmişdir. Bundan əlavə, autizmin beyin quruluşuna və fəaliyyətinə təsir edən sinir sistemindəki problemlərdən də qaynaqlandığı düşünülür.

Autizm Xəstəliyinin Əlamətləri Nələrdir?

Ümumiyyətlə uşağa autizm diaqnozunun qoyulması üçün aşağıda sadalanan simptomlardan ən azı 6-sı olmalıdır:

  • Sosial qarşılıqlı əlaqədə qeyri-adekvatlıq (göz təması qurmamaq, həmyaşıdları ilə maraqlanmamaq və onlarla oynamamaq, normal üz və emosional ifadələr göstərməmək, qarşılıqlı əlaqəyə başlamaq və saxlamaqda çətinlik)
  • Ünsiyyət pozğunluğu (danışa bilməmə, eyni sözün dəfələrlə təkrarlanması, danışan uşaqlarla ünsiyyət qurmağa çalışmama)
  • Təsəvvürlü və ya simvolik oyun yoxdur (qeyri-adi oyun, təkrarlanan sadə fəaliyyətlər, obyektin bir hissəsinə həddindən artıq vəsvəsə, emosional oyanma və ya həddindən artıq reaksiya)

Bundan əlavə, autizmli uşaqlarda aşağıda sadalanan bir çox simptomlarda özünü göstərir:

  • Göz təması yoxdur və ya məhduddur.
  • Adları çağırılanda reaksiya və ətraf mühitə əhəmiyyət vermirlər.
  • Onlar hiperaktiv və ya qeyri-aktiv ola bilərlər.
  • Qucaqlaşmaq və öpüşmək kimi fiziki təması sevmirlər.
  • Danışıqlarında gecikmə olur və ünsiyyətdən qaçınırlar.
  • Bəziləri çox inadkar və qəddar ola bilər.
  • Sosial mühitə girdikləri zaman həddindən artıq qorxa və reaksiya verə bilərlər.
  • Onlar hər şeyə qarşı maraqsız və gülə bilirlər.

Autizm Xəstəliyinin Müalicəsi Necə Olmalıdır?

Autizmin müalicəsində erkən diaqnoz və müalicə böyük əhəmiyyət kəsb edir. Müalicənin məqsədi autizmli şəxsin sosial və fərdi qabiliyyətlərini inkişaf etdirməkdir. Bu məqsədlə, davranış təlimləri və xüsusi terapiya tətbiq olunur. Tətbiq ediləcək müalicənin ailəyə uyğun olması da vacibdir. Tətbiq edilən müalicələr arasında nitq terapiyası, fiziki qabiliyyətlərin artırılmasına yönəlmiş terapiyalar, sosial ünsiyyət bacarıqlarının əldə edilməsinə yönəlmiş terapiyalar da var.

Dərmanlar depressiya, diqqət çatışmazlığı-hiperaktivlik və obsesif kompulsiv pozuntular kimi autizmi müşayiət edən digər hallarda istifadə edilə bilər. Autizmin müalicəsində həmçinin, valideynlərin maarifləndirilməsidə çox vacib rol oynayır. Bu məqsədlə, autizmli ailələrə dəstək verən qanuni qeyri-hökümət təşkilatları da var.