Zirkon klassik körpü və protez tətbiqlərinin infrastrukturu kimi istifadə edilən bir materialdır. Bu maddə boz metal əvəzinə tətbiq olunan ağ rəngli bir ərinti kimi də tanınır və zirkon diş örtüyü stomatologiya sahəsində tez-tez seçilən bir tətbiqdir. Diş restavriyası tətbiqlərində zirkona üstünlük verilməsinin ən əhəmiyyətli səbəblərindən biri də estetik baxımdan çox təsirli nəticələr verməsidir. Diş ağardıcı tətbiqlərlə funksional nəticələr əldə edə bilməyən və inkişaf etmiş rəng dəyişikliyi pasientlərdə zirkon diş qapaqları ilə tətbiq oluna bilər. Zirkon diş qapaqları metalsız qapaqlar qrupuna aiddir və metal dəstəkli qapaqlarla müqayisədə, daha təbii görünüş əldə edilir.
Zirkon Dişlərin Faydaları Nələrdir?
Stomatologiyada ən çox seçilən zirkon diş qapaqlarının tətbiqi estetik bir gülüşə sahib olmaq istəyənlər üçün ən doğru seçim olacaqdır, çünki təbii diş rənginə ən yaxın materialdır. Bu dişlərin strukturunda heç bir metal tətbiq olunmur və buna görə də, metal allergiyası olan xəstələrdə zirkon diş qapaqlarını seçirlər. Zirkon qapaqların diş toxuması ilə uyğunluğu yüksək olduğundan dolayı, tətbiq zamanı diş ətlərində göyərmə və ya rəngin dəyişməsi kimi şikayətlər demək olar ki, yoxdur. Bundan əlavə, zirkon diş tətbiqi ilə dişlərdə təbii quruluşa yaxın nəticələr əldə olunur. Diş əti xəstəlikləri olan xəstələrdə də müalicədən sonra zirkon diş qapaqları tətbiq oluna bilər. Adətən uzun ömürlü və davamlı diş tətbiqi üçün zirkon qapaqlara üstünlük verilir.
Suallaranızı bir başa Stomotoloq Cavanşir həkimə yaza bilərsiz.
Zirkon Dişlərin Zərərləri Nələdir?
Diş restavrasiyası müalicələri mütəxəssis həkimlər tərəfindən həyata keçirildiyi müddətcə heç bir mənfi hal olmayacaqdır. Bununla belə, zirkon müalicəsinin növündən asılı olmayaraq, ağız və diş əti baxımı laqeyd edilməməli, hər 6 aydan bir müntəzəm olaraq həkim nəzarəti aparılmalıdır. Diş zirkon qapaqlarında metal maddələr olmadığı üçün xəstəyə heç bir zərəri yoxdur. Bundan əlavə, müntəzəm baxım və daimi nəzarət ilə uzun illər istifadə edilə bilər.
Zirkon Diş Tətbiqi Necə Edilir Və Mərhələləri Nələrdir?
Zirkon diş restavrasiyası müalicəsi diş xəstəxanalarında və ya diş klinikalarında mütəxəssis həkimlər tərəfindən aparılmalıdır və zirkon diş tətbiqi prosesinin mərhələlərini aşağıdakı kimi sadalamaq olar:
- Müalicə zamanı xəstə özünü rahat və ağrısız hiss etsin deyə anesteziya verilir;
- Zirkonla örtüləcək dişlər qapaq üçün uyğunlaşdırılır və ölçü götürülür;
- Diş rəngi seçimi xəstə ilə birlikdə edilir;
- Orta hesabla 5-6 gündə dişlər hazır vəziyyətə gətirilərək taxılır;
- Periyodik stomatoloji nəzarət tövsiyə olunur və müalicə tamamlanır.