Vinir Dişlər Kimlərə Tətbiq Olunur? | Vinir Diş Növləri və Qiymətləri – 2022

vinir dis qiymetleri

Lamina vinir olaraq da bilinən vinir dişlər, ən çox seçilən estetik diş müalicə üsullarından biridir. Estetik gülüş dizaynı çərçivəsində kosmetik və estetik stomatologiyada irəliləyişlərə və inkişaflara görə daha çox diqqət çəkən vinir proseduruna üstünlük verilir. Diş bərpası prosedurunda dişlər 0,3-0,5 mm qalınlığında üzlük ilə örtülür. Beləliklə, ləkələnmiş, saralmış və ya qırılan dişlər düzəldilərək mükəmməl və hamar bir görünüş qazandırılır. Dişlərin ön səthi olan dodaq və yanaqlarla təmasda olan səthlərə çox nazik quruluşa malik olan üzlük vinirlər yapışdırılır. Bu üsul dişlərin ön nahiyəsində müxtəlif səbəblərdən yaranan görünüşün korreksiyasını təmin edir və estetik görünüş verir. Vinir üzlükləri həddindən artıq nazik quruluşa malik olduqları üçün və tərkibində metal olmadığı üçün işığı ötürə bilirlər. Bunun nəticəsində isə təbii diş görünüşü əldə olunur.

Vinir Dişlər Kimlərə Tətbiq Olunur?

Lamina vinir əməliyyatı ümumiyyətlə, ön dişlərdə müxtəlif səbəblərdən yaranan estetik problemləri aradan qaldırmaq üçün tətbiq olunur. Eyni zamanda müxtəlif səbəblərdən yaranan və diş ağardıcı üsulların tətbiqi ilə aradan qaldırıla bilməyən rəng dəyişikliklərinin aradan qaldırılması üçün də vinir proseduru istifadə edilə bilər. Bunlara əlavə olaraq, ortodontik müalicəyə alternativ olaraq dişlərin düzülmə pozğunluqlarında, bəzi əyri dişlərdə, aşınma və ya digər səbəblərdən yaranan problemlərdə də istifadə olunur. Vinir proseduru konservativ bir prosedurdur. Xəstənin mövcud dişlərindən 0,3-0,7 mm arasından dəyişən çox az miqdarda material çıxarılır. Çıxarılan diş toxumasının miqdarı çox az olduğu üçün dişdə isti və soyuq həssaslıq minimum səviyyədə inkişaf edir.

Suallaranızı bir başa Stomotoloq Cavanşir həkimə yaza bilərsiz.

Vinir müalicəsinə ümumiyyətlə, dişlərinin görünüşündən narahat olan insanlar üstünlük verirlər. Xüsusilə ön dişlər kənardan göründüyü və gülümsəmə zamanı meydana gəldiyi üçün ön dişlərində arzuolunmaz hallar olan insanlar bu müalicəyə ən çox üstünlük verənlər arasındadır. Ancaq vinir dişlərə sahib olmaq istəyən şəxs əvvəlcə mütəxəssis həkim tərəfindən ətraflı müayinə olunmalı və bu müalicənin ona uyğun olduğuna qərar verilməlidir. 18 yaşdan yuxarı şəxslərdə müalicə məqsədəuğun hesab edilərsə, prosedura başlanılır.

Vinir Diş Növləri Və Qiymətləri

Vinir müalicəsi fərdi şəkildə xüsusi olaraq hazırlanmış və tətbiq olunan bir müalicə prosedurudur. Buna görə də, tətbiq olunacaq müalicə növündən əvvəl sabit qiymət bildirmək mümkün deyildir. Lamina vinir üzlükləri müayinə nəticəsində ediləcək müalicəyə görə fərdi olaraq müəyyən edilir. Vinir qiymətlərinin müəyyən edilməsində təsirli olan digər bir faktor da tətbiqi həyata keçirəcək diş həkiminin təcrübəsi və istifadə olunacaq materialın keyfiyyətidir.

Bununla belə, vinir üzlüklər ümumiyyətlə, digər diş müalicələrinə nisbətən daha yüksək qiymətə malikdir və qiymətlər 400 – 1000 manat arasında dəyişir. Vinir diş tətbiqində xüsusi materiallardan istifadə edildiyi, çətin, həssas kliniki və laboratoriya prosesləri yaşandığı, dişin ölçülməsi, hazırlanması və tətbiqi xüsusi texniki bilik və təcrübə tələb etdiyi üçün vinir diş qiymətləri nisbətən yüksəkdir.

vinir disler

Lamina vinir diş növlərinə kompozit, prefabrika (əvvəlcədən hazırlanmış), farfor (feldşpat), press-keramika və zirkon vinir üzlüklər aiddir. Vinir növləri ayrı-ayrılıqda vinir üzlüklərdə istifadə olunan materiala, keyfiyyətinə, qiymətinə və tətbiq olunan vinirin istifadə müddətinə görə dəyişir. Xəstələrin istəkləri nəzərə alınaraq, müalicə prosedurunda həmin vinir üzlük növündən istifadə olunur.

Suallaranızı bir başa Stomotoloq Cavanşir həkimə yaza bilərsiz.