Metal Keramika Dişlər Haqqında | Metal Keramika Dişlərin Qiyməti – 2022

keramika diş qiymetleri

Çürük, qırılma və çatlama kimi diş zədələrinin aradan qaldırılması üçün istifadə edilən keramika qapaqlar estetik baxımdan ən inkişaf etmiş diş bərpa üsuludur. Stomatologiya sahəsində ən çox istifadə edilən diş müalicə üsullarından biri olan keramika qapaqlara daha çox üstünlük verilir. Ağızın bağlanması və çeynəmə qüvvəsinin təsirləndiyi diş quruluşu pozğunluqlarından da istifadə edilən keramika qapaqlar, təkibində heç bir infrastruktur meterialı olmadığı üçün təbii dişlər kimi, işığı ötürmə xüsusiyyətinə malikdir. Daha çox ön dişlərdə üstünlük verilən keramika qapaqlar ilə təbii dişlərə ən yaxın görünüşlər əldə edilir. Bununla yanaşı, keramika diş qapaqlarının metal və metalsız növləri də mövcuddur.

Metal Keramika Diş Müalicəsi Necə Tətbiq Edilir?

Mütəxəssis həkimlər tərəfindən aparılan keramika diş müalicəsinin çoxmərhələli olmasına baxmayaraq, qısa müddət ərzində müalicə prosesi tamamlanır. Metal keramika qapaqlarının necə hazırlanması sualını müvafiq olaraq aşağıdakı kimi izah edə bilərik:

  • İlk növbədə metal keramika dişlərin hazırlanacağı dişlərin rentgenoqrafiyası aparılır və dişlərin səthi xüsusi alətlərin köməyi ilə təmizlənir.
  • Dişlərdə olan çürüklər və qırıqlar çıxarılır və lazım olan yerlərdə plomblar tətbiq edilir.
  • Daha sonra metal keramika tac üçün ölçü götürülür və stomatoloq ilə birlikdə xəstənin diş rənginə uyğun ən yaxın rəng seçilir.
  • Ölçmədən sonra laboratoriyadan götürülmüş keramika metal qapaq dişlərin üzərinə qoyulur və uyğunluq probleminin olub-olmadığı yoxlanılır. Və bununlada müalicə prosesi tamamlanır.

Suallaranızı bir başa Stomotoloq Cavanşir həkimə yaza bilərsiz.

metal keramika dislerin hazirlanmasi

Metal Keramika Dişlərin Qiyməti

Ağız və diş sağlamlığı üçün olduqca estetik və rahat olan metal keramika dişlərin qiyməti xəstələr tərəfindən böyük maraq doğurur. Mütəxəssis həkimlərimiz tərəfindən tətbiq olunan metal keramika dişlərin qiyməti 60-150 manat arasında dəyişir.

Metal Keramika Qapaqların Üstünlükləri Nələrdir?

  • Tam keramika qapaqların işığı yüksək səviyyədə ötürməsi sayəsində dişlərə təbii və estetik görünüş bəxş edir. Estetikanın vacib olduğu ön dişlərdə metal dəstəkli qapaqlara xəstələr tərəfindən daha çox üstünlük verilir.
  • Metal qapaqlar diş əti ilə birləşmə yerində isti və soyuğa qarşı həssaslıq yaratmır.
  • Digər diş bərpa növləri ilə müqayisədə, metal keramika qapaqlar dişlərdə daha az aşınmaya səbəb olur.
  • Tam keramika metal diş qapaqları xəstələrdə allergiya riski yaratmır.

Uzun müddət heç bir problem yaşanmadan istifadə edilən metal keramika qapaqları təbii görünüşlə yanaşı, rahat bir təbəssüm də təmin edir.

Suallaranızı bir başa Stomotoloq Cavanşir həkimə yaza bilərsiz.