Skip to content

Üz Mezoterapiyası (Mezolifting) Nədir? | Mezoterapiyanın Zərəri Varmı?

uz ucun mezoterapiya

Mezoterapiya ilk dəfə 1952-ci ildə Dr. Mişel Pistor tərəfindən tətbiq edilən estetik məqsədlər üçün tibbi prosedurdur. Mezoterapiya bütün dünyada dərinin cavanlaşması, yaşlanma əleyhinə, bölgəsəl arıqlama, selülit, çatlaq və yara izləri, çapıqlar, saç müalicəsi, kəskin və xroniki ağrılar, idman zədələri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Bu prosedur dərinin altındakı kollagen və elastin kimi strukturları stimullaşdıraraq təsirini göstərir və bu yolla həmin nahiyədə qan dövranı, limfa dövranı və immum reaksiya tənzimlənir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Mezoterapiya – vitaminlərin, mineralların, amin turşularının, fermentlərin tək və ya ümumiyyətlə qarışıqda dərinin orta təbəqəsinə mikroinyeksiya yolu ilə tətbiq edilməsi texnikasıdır. İnyeksiya ediləcək maddələr pasientin istəyinə uyğun seçilir və mikroinyeksiya üsulu ilə az miqdarda dərman birbaşa problemli nahiyəyə tətbiq edilir ki, bununla da, problem sistemli təsir yaratmadan həll edilir və müalicədən maksimum fayda əldə edilir.

Mezoterapiya Hansı Hallarda Tətbiq Olunur?

Mezoterapiya müxtəlif vəziyyətlərdə tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi salamaq olar:

  • Dərinin yaşlanması və sallanması
  • Ləkə müalicəsi və günəş ləkələri
  • Dəri çatlaqları və selülit
  • Çəki itirmək
  • Saç tökülməsi, saçın müalicəsi və keçəlləşmə
  • Allergiya
  • İdman zədələri

Hansı Hallarda Mezoterapiya Olmaz?

Aşağıda qeyd etdiyimiz hallarda mezoterapiya tətbiq edilməməsi tövsiyə olunur və həmin vəziyyətlər bunlardır:

  • Hamilə qadınlarda və süd verən analarda
  • İnsult keçmişi olan insanlarda
  • İnsulindən asılı şəkərli diabet olanlarda
  • Xərçəng xəstələrində
  • Qan laxtalanma problemi olanlarda
  • İstifadə olunacaq dərmanlarda hər hansı birinə allergik reaksiya riski olanlar

Bununla yanaşı, birdən çox dərman müalicəsi tələb edən ürək xəstəliyi olan insanlara mezoterpiya tətbiq edilməməlidir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

uz ucun mezoterapiya

Mezoterapiyanın Zərərləri Nələrdir?

Enjeksiyon yerində müvəqqəti qızartı və göyərmə baş verə bilər, amma istifadə olunan maddələr sistemi dövriyyəyə daxil olmadığı üçün bu təsirlər 1-2 gün ərzində yox olduğu üçün bu problem deyil.

Mezoterapiya müalicəsinə cavab nə vaxt alınır?

Müalicənin cavabı problemin şiddətindən, insanın yaşından və dəri quruluşundan asılı olsa da, adətən 2-ci və ya 3-cü seansdan sonra görünməyə başlayır. Orta hesabla 7-10 gün arasında dəridə əhəmiyyətli dəyişikliklər baş verir və prosedurun təsirinin 6 aya qədər davam etdiyi bilinir. Bundan əlavə, cavanlaşdırma tətbiqlərindən biri olan botoksla birləşdirildikdə prosedurun təsiri daha qısa müddətdə aydınlaşır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Mezoterapiyadan Sonra Nələrə Diqqət Edilməlidir?

Prosedur seanslarından əvvəl və sonra aspirin kimi qanı sulandıran dərmanlar istifadə edilməməli və mezoterapiya seansından sonra isə tətbiq olunan yerə təxminən 10-15 saat su ilə toxunulmamalıdır. Mezoterapiyanın növündən asılı olaraq, xəstələrə cins şalvar və dar şalvar kimi dar geyimlər geyinməmək tövsiyə olunur. Mezoterapiya seanslarından sonra 48 saat çətin hərəkətlər, 10-15 saat duş qəbul etmək və dəriyə makiyaj edilməməlidir. Qeyd olunanlara əlavə olaraq mezoterapiya seanslarından sonra nələrə xüsusi şəkildə diqqət etməli olduqlarınızı aşağıdakı şəkildə sadalaya bilərik:

  • Mezoterapiyadan sonra ilk 24 saat ərzində tətbiq olunan nayihəyə su dəyməməli və prosedur tətbiq edilən nayihə yuyulmamalıdır.
  • Günəş süalarından qorunmalı və çəkinməlisiniz, solaryum, türk hamamı və sauna kimi prosedurlara girmək olmaz.
  • Alkoqol qəbul edilməməli və siqaretdən mümkün qədər uzaq durulmalıdır.
  • Gün ərzində bol su içilməlidir
  • Ağır idmanla məşğul olmaq olmaz.

Mezoterapiyanın üstünlükləri nələrdir?

Yaşlanma əleyhinə tətbiqlərdə qocalmanı dayandırmaq üçün müxətlif üsullardan istifadə edilir və mezoterpiyanın məqsədi dəri hüceyrələrini müalicə etmək və onların bərpasını təmin etməkdir. Mezoterapiya dəri altında zülal strukturlarının yenidən sintezini və bərpasını təmin edən tətbiqedici prosedurlardır. Prosedur tətbiqlərində hialuron turşusu və amin turşuları (qlisin, prolin, lizin, lösin və valin) dərinin altındakı orta dermis təbəqəsinə yeridilir. Orqanizmdə kifayət qədər miqdarda amin turşusu olmadığından dolayı, dəri öz elastikliyini itirir, yaşla əlaqədar sallanma və qırışlar əmələ gəlir. Mezoterapiya tətbiqindən sonra kollagen istehsalı sürətləndiyi üçün dəridəki qırışlar və sallanmalar bərpa olunur və dəri daha parlaq görünür ki, yenidən canlanır və dəri öz təravətli görüntüsünü qazanır. Zülalların əsas materialı olan amin turşuları bədənin ümumi çəkisinin 20%-ni təşkil edir ki, amin turşuları insan orqanizmindəki bütün strukturlarda və bədəndə olan funksiyalarda mühüm rol oynayır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - sweet bonanza oyna - Betosfer