Skip to content

Mezoterapiya Necə Tətbiq Olunur? | Bakıda Mezoterapiya Qiymətləri

mezoterapiya qiymeti

Mezoterapiya ilk dəfə 1952-ci ildə Dr. Mişel Pistor tərəfindən tətbiq edilən estetik məqsədlər üçün tibbi prosedurdur. Mezoterapiya bütün dünyada dərinin cavanlaşması, yaşlanma əleyhinə, bölgəsəl arıqlama, selülit, çatlaq və yara izləri, çapıqlar, saç müalicəsi, kəskin və xroniki ağrılar, idman zədələri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Bu prosedur dərinin altındakı kollagen və elastin kimi strukturları stimullaşdıraraq təsirini göstərir və bu yolla həmin nahiyədə qan dövranı, limfa dövranı və immun reaksiya tənzimlənir.

Mezoterapiya – vitaminlərin, mineralların, amin turşularının, fermentlərin tək və ya ümumiyyətlə qarışıqda dərinin orta təbəqəsinə mikroinyeksiya yolu ilə tətbiq edilməsi texnikasıdır. İnyeksiya ediləcək maddələr pasientin istəyinə uyğun seçilir və mikroinyeksiya üsulu ilə az miqdarda dərman birbaşa problemli nahiyəyə tətbiq edilir ki, bununla da, problem sistemli təsir yaratmadan həll edilir və müalicədən maksimum fayda əldə edilir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

mezoterapiya nedir

Mezoterapiya Hansı Hallarda Tətbiq Olunur?

Mezoterapiya müxtəlif vəziyyətlərdə tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi sadalaya bilərik:

  • Dərinin yaşlanması və sallanması
  • Ləkə müalicəsi və günəş ləkələri
  • Dəri çatlaqları və selülit
  • Çəki itirmək
  • Saç tökülməsi, saçın müalicəsi və keçəlləşməsi
  • Allergiya
  • İdman zədələri

Mezoterapiya Müalicəsinə Nə Vaxt Cavab Alınır?

Müalicənin cavabı problemin şiddətindən, pasientin yaşından və dəri quruluşundan asılı olsa da, adətən 2-ci və ya 3-cü seansdan sonra görünməyə başlayır. Orta hesabla 7-10 gün arasında əhəmiyyətli dəyişikliklər baş verir və prosedurun təsirinin 6 aya qədər davam etdiyi bilinir. Bundan əlavə, cavanlaşdırma tətbiqlərinindən biri olan botoksla birləşdirildikdə prosedurun təsiri daha qısa müddətdə aydınlaşır.

Hansı Hallarda Mezoterapiya Olmaz?

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

mezoterapiya faydalari

Aşağıda qeyd etdiyimiz hallarda Mezoterapiya tətbiq edilməməsi tövsiyə olunur və həmin vəziyyətlər bunlardır:

  • Hamilə qadınlarda və süd verən analarda
  • İnsult keçmişi olan insanlarda
  • İnsulindən asılı şəkərli diabet olanlarda
  • Xərçəng xəstələrində
  • Qan laxtalanma problemi olanlarda
  • İstifadə olunacaq dərmanlarda hər hansı birinə allergik reaksiya riski olanlarda

Bununla yanaşı, birdən çox dərman müalicəsi tələb edən ürək xəstəliyi olan insanlara mezoterpiya proseduur tətbiq edilməməlidir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Mezoterapiya Necə Tətbiq Olunur?

Mezoterapiya prosesində pasientin ehtiyaclarına uyğun maddələr dəriyə yeridilir və istifadə olunan iynələr çox nazikdir və dəri ilə uyğun gəlir. Tətbiqdən əvvəl üz dərisi anestezik kremlə anesteziya edilir və beləliklə, ağrı, acı və əzab hissi minimumam endirilir.

Mezoterapiyadan Sonra Nələrə Diqqət Edilməlidir?

Prosedur seanslarından əvvəl və sonra aspirin kimi qanı sualndıra dərmanlar istifadə edilməməli və mezoterapiya seansından sonra isə tətbiq olunan yerə təxminən 10-15 saat su ilə toxunulmamalıdır. Mezoterapiyanın növündən asılı olaraq, xəstələr cins şalvar və dar şalvar kimi dar geyimlər geyinməmək tövsiyə olunur. Həmçinin Mezoterapiya seanslarından sonra 48 saat çətin hərəkətlər, 10-15 saat duş qəbul etmək və dəriyə makiyaj edilməməsi də tövsiyə olunur. Qeyd olunanlara əlavə olaraq Mezoterapiya seanslarından sonra xüsusi şəkildə nələrə diqqət etməli olduqlarınızı a.ağıdakı şəkildə sadalaya bilərik:

  • Mezoterapiyadan sonra ilk 24 saat ərzində tətbiq olunan nayihəyə su dəyməməli və prosedur tətbiq edilən nayihə yuyulmamalıdır.
  • Günəş süalarından qorunmalı və çəkinməlisiniz, solaryum, türk hamamı və sauna kimi prosedurlara girmək olmaz.
  • Alkoqol qəbul edilməməli və siqaretdən mümkün qədər uzaq durulmalıdır.
  • Gün ərzində bol su içilməlidir
  • Ağır idmanla məşğul olmaq olmaz.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Bakıda Mezoterapiya Qiymətləri Nə Qədərdir?

Mezoterapiyanın növündən və tətbiq olunduğu nahiyədən asılı olaraq prosedur qiymətləri 50-100 manat arasında dəyişiklik göstərə bilir. Yuxarıda qeyd olunanlara riayət edildikdə və sağlam həyat tərzinə malik olduqda nəticə adətən 1.5 il müddətində qalır.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com