Mezoterapiya Nədir? | Mezoterapiyanın Faydaları Və Növləri Hansılardır?

mezoterapiya faydalari

Mezoterapiya ilk dəfə 1952-ci ildə Dr. Mişel Pistor tərəfindən tətbiq edilən estetik məqsədlər üçün tibbi prosedurdur və bütün dünyada dərinin cavanlaşması, yaşlanma əleyhinə, bölgəsəl arıqlama, selülit, çatlaq və yara izləri, çapıqlar, saç müalicəsi, kəskin və xroniki ağrılar, idman zədələri və müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Bu prosedur dərinin altındakı kollagen və elastin kimi strukturları stimullaşdıraraq təsirini göstərir və bu yolla həmin nahiyədə qan dövranı, limfa dövranı və immun reaksiya tənzimlənir.

Mezoterapiya – vitaminlərin, mineralların, amin turşularının, fermentlərin tək və ya ümumiyyətlə qarışıqda dərinin orta təbəqəsinə mikroinyeksiya yolu ilə tətbiq edilməsi texnikasıdır. İnyeksiya ediləcək maddələr pasientin istəyinə uyğun seçilir və mikroinyeksiya üsulu ilə az miqdarda dərman birbaşa problemli nahiyəyə tətbiq edilir. Bununla da problem sistemli təsir yaratmadan həll edilir və müalicədən maksimum fayda əldə edilir.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

mezoterapiya nedir

Mezoterapiyanın Faydaları Nələrdir?

Yaşlanma əleyhinə tətbiqlərdə qocalmanı dayandırmaq üçün müxtəlif üsullardan istifadə edilir və mezoterapiyanın məqsədi dəri hüceyrələrini müalicə etmək və onların bərpasını təmin etməkdir. Bununla yanaşı, mezoterapiya dəri altında zülal strukturlarının yenidən sintezini və bərpasını təmin edən tətbiqedici prosedurlardır. Orqanizmdə kifayət qədər miqdarda amin turşusu olmadığından dolayı, dəri öz elastikliyini itirir, yaşla əlaqədar sallanma və qırışlar əmələ gəlir. Mezoterapiya tətbiqindən sonra kollagen istehsalı sürətləndiyi üçün dəridəki qırışlar və sallanmalar bərpa olunur. Üz dərisi daha parlaq görünür ki, yenidən canlanır və dəri öz təravətli görüntüsüsü qazanır. Zülalların əsas materialı olan amin turşuları bədənin ümumi çəkisinin 20%-ni təşkil edir ki, amin turşuları insan orqanizmindəki bütün strukturlara və bədəndə olan funksiyalarda mühüm rol oynayır.

Mezoterapiya hansı hallarda tətbiq olunur?

Mezoterapiya müxtəlif vəziyyətlərdə tətbiq oluna bilər və prosedurun ən çox yayılmış tətbiqlərini aşağıdakı kimi sadalamaq olar:

  • Dərinin yaşlanması və sallanması
  • Ləkə müalicəsi və günəş ləkələri
  • Dəri çatlaqları və selülit
  • Saç tökülməsi və keçəlləşmə və s.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Mezoterapiyanın Növləri Hansılardır?

Saç mezoterapiyası – həm qadınlarda, həm də kişilərdə saç tökülməsinin qarşısını alan, eyni zamanda saçların uzanmasını təmin edən və keçəlliyin müalicəsi olaraq da istifadə edilə bilən bir üsuldur. Prosedur tətbiqi keçəllik problemi olan insanların saç dərisini lazımi vitamin,mineral və qida ilə təmin edərək saç tökülməsinin qarşısını alır. Saç mezoterapiyası tərkibində qida maddələri olan inyeksiyanın köməyi ilə baş dərisinə maye yeridilməsi ilə həyata keçirilir. Bu üsul həm də hüceyrə mübadiləsini sürətləndirir, infeksiyaları məhv edir və baş dərisində qan dövranının sürətini xeyli artırır. Bundan əlavə, saç köklərini canlandıraraq uzun, güclü, həcmli və sağlam saçlara sahib olmanıza kömək edir. Bu tətbiq sayəsində saç kökləri həm qidalanır, həm də köklərin bağlandığı toxuma bərpa olunur və son zamanlar Avropa və Amerikada aparılan bir çox tədqiqatlar saç mezoterapiyasının məzmununu dəyişdirmiş və dəstəkləyici müalicə üsullarını ortaya çıxarmışdır.

Üz mezoterapiyası (mezolift) – üzdə dərinin qocalmasının ilk əlamətləri dəridə incə xətt və qırışların yaranması, elastikliyinin itirilməsidir. Zamanla qırışlar dərinləşir və dəri bükülməyə başlayır. Nəzərinizə çatdırmaq istəyirk ki, üz mezoterapiyası prosedurunda isə təbii maddələr dəriyə mikro yeridilir. Dərinin yuxarı və aşağı təbəqələrində toxuma bərpası təmin edilir və prosedurda istifadə olunan maddələrin qarışıqları dərinin metabolizminə təsir göstərir. Mezolifting müalicəsində dəri üçün çox vacib olan maddələr verilir ki, daha çox kollagen əmələ gəlir, elastinin keyfiyyəti yüksəlir və dərinin strukturu daha möhkəm olur. Artan oksigen səbəbiylə həftələr ərzində dəri daha sağlam, parlaq və təravətli görünməyə başlayacaqdır.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Mezoterapiya müalicəsinə cavab nə vaxt alınır?

Müalicənin cavabı problemin şiddətindən, insanın yaşından və dəri quruluşundan asılı olsa da, adətən 2-ci və ya 3-cü seansdan sonra görünməyə başlayır. Orta hesabla 7-10 gün arasında dəridə əhəmiyyətli dəyişikliklər baş verir və prosedurun təsirinin 6 aya qədər davam etdiyi bilinir. Bundan əlavə, cavanlaşdırma tətbiqlərindən biri olan botoksla birləşdirildikdə prosedurun təsiri daha qısa müddətdə aydınlaşır.