Kalium Nədir və Onun Hansı Faydaları Var? Hansı Qidalarda Kalium Var?

kalium nedir

Kalium hüceyrədaxili mayedə yüksək miqdarda olan müsbət yüklü bir elementdir. Hüceyrələrin düzgün işləməsini və bədəndə maye-elektrolit balansını təmin etdiyi üçün həyati vacib bir mineral olan kaliumun çatışmazlığı və artıqlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Orqanizmdə maye-elektolit balansını təmin edən kalium, skelet və ürək əzələlərinin fəaliyyətində təsirli olmaqla, hipertoniya və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Xüsusilə ispanaq, cəfəri və kahı kimi yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, qoz-fındıq, quru meyvələr, kartof, banan və gavalı kimi meyvələrdə bol olan kaliumun kifayət qədər istehlakı sağlam və düzgün fəaliyyət göstərən bir orqanizm üçün son dərəcə vacibdir. Qida ilə qəbul edilən kalium nazik bağırsaqlardan sorulur, ifrazı isə böyrəklər tərəfindən həyata keçirilir. Yetkinlərin gündə ən azı 2 qram kalium qəbul etməsi lazımdır.

Kaliumun Nə Kimi Faydaları Vardır?

Bir daha nəzərinizə çatdırmaq istərdik ki, kalium maye balansını və hüceyrədaxili mayeni qorumaq üçün bədəndə natrium ilə birlikdə çalışmaqla yanaşı, skelet və ürək əzələlərininin fəaliyyəti üçün də lazımdır. Bundan əlavə isə, əsas qida maddələrindən biri olan karbohidrat və zülal mübadiləsində iştirak edən kalium orqanizmin əsas enerji mənbəyi olan qlükozanın qlikogen və zülal biosintezi şəklində saxlanmasını təmin edir. Həmçinin, kalium elektrokimyəvi stimulların ötürülməsini təmin edir və əzələlərin daralmasını tənzimləyir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, kalium hipertoniya və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oyanır. Kaliumla zəngin qidaların istehlakının insult riskini azalda biləcəyi bildirilmişdir. Bundan əlavə, kalium insulin müqaviməti və ya diabetli insanlarda qan qlükoza səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərir.

Kalium Çatışmazlığının Əlamətləri Nələrdir?

Qanda kalium səviyyəsinin 3.5 mEq/l-dən aşağı düşməsi hipokalemiya (kalium çatışmazlığı) adlanır. Qusma, ishal və diabetik ketoasidoz hipokalemiyaya səbəb ola bilir. Bundan əlavə, kaliumun ifrazını təmin edən aldosteron hormonunun yüksək səviyyəsi də kalsium çatışmazlığına səbəb ola bilər. İnsan bədəni üçün vacib minerallardan biri olan kalium çatışmazlığı əzələ zəifliyi və iflic, artmiya, iştahsızlıq, ürəkbulanma və qusma ilə nəticələnə və özünü biruzə verə bilir. Bu əlamət və simptomlar ilə kalium çatışmazlığı özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Hansı Qidalar Kaliumla Zəngindir?

Gavalı: Kaliumla zəngin bir meyvədir. Onun 100 qramında təxminən 732 mq kalium var.

İspanaq: 100 qram ispanaqda orta hesabla 558 mq kalium var.

Kartof: 100 qram kartofda təxminən 535 mq kalium var. Xüsusilə qabıqlarda əhəmiyyətli miqdarda kalium var. Avokado: 100 q avokado orta hesabla 485 mq kalium ehtiva edir.

Banan: Bol kalium ehtiva edən banan ürək sağlamlığı üçün çox faydalıdır. Bir orta bananda təxminən 422 mq kalium var.

Pomidor: Orta ölçülü pomidorda təxminən 292, bir stəkan pomidor püresi 1,065, bir stəkan tomat pastasında 2,455 mq kalium var.

Kalium Müalicəsi Necə Olmalıdır?

Hipokalemiya adətən əsas səbəbi araşdırmaqla müalicə olunur. İlk növbədə, pəhrizdə kaliumun qəbulu artırılır və əlavələr təyin edilir. Səbəb istifadə olunan bir diüretik dərmandırsa, kalium saxlayan bir diuretiklə əvəz olunur. Bu diuretiklər bədəndən artıq natrium çıxararaq elektrolit səviyyəsini normallaşdırmağa kömək edə bilər. Bu dərmanlardan yalnız normal böyrək funksiyası olan insanlar istifadə edə bilər. Şiddətli hipokalemiya venadaxili (venadaxili) kalium terapiyası tələb oluna bilər, xüsusən də ürək döyüntüsü anormaldırsa.