Diz Qapağında Ağrı və Yanma Hissi Nədən Olur?

diz qapaginda agri

Diz insan orqanizmində ən aktiv istifadə edilən oynaqlardan biri olduğu üçün diz ağrıları çox rast gəlinən bir şikayətdir. Diz ağrısı müxtəlif formalarda ola bilər, yanan diz ağrısı müxtəlif problemlərin göstəricisi ola bilər. Bütün dizinizi əhatə edən yanma hissi ola bilər, lakin yanma adətən müəyyən bir sahədə – adətən dizin arxasında və dizin qarşısında (diz qapağı) hiss olunur. Bəzən dizin içərisində və xaricində də yanma hissi ola bilər.

Diz qapağında ağrı və yanma hissinə səbəb nədir?

Diz qapağında ağrı və yanma hissinə bir çox səbəb var və diz arxasında yanma adətən aşağıda qeyd olunan səbəblərdən dolayı olur:

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

  • Ligament yırtığı
  • Qığırdaq yırtığı
  • Həddindən artıq zədə
  • Kalsifikasiya
diz agrisi

Dizin ön hissəsində yanma tez-tez qaçış problemi kimi tanınan həddindən artıq yüklənmə nəticəsində yaranır və bu vəziyyətə xondromalaziya və ya patellofemoral ağrı sindromu (PFS) də deyilir. Həmçinin, patellartendonun iltihabı nəticəsində yaranan tendinit dizin ön hissəsində yanmağa səbəb olur. Diz xaricində yanma adətən iliobial band sindromu (İTBS) səbəb olur. İçəridə yanan ağrı daxili menisküs lezyonları və ya medial kollateral ligament lezyonları nəticəsində yarana bilər.

Gecələr baş qaldıran diz qapağında yanma və ağrı hissinə səbəb nədir?

Bəzi insanlar gecə artan diz ağrısı ilə qarşılaşırlar və bu bir neçə səbəbə görə ola bilər:

  • Yuxu zamanı qan damarlarının diametri artır və sinirlərə təzyiq göstərir.
  • Gün ərzində görülən iş daha az ağrılıdır, çünki fəaliyyətlər diqqəti yayındırır və buna görə də gecə fiziki ağrılar artmağa meyllidir.
  • Siz yatarkən hormon siqnalları azalaraq daha çox ağrı siqnalının beyinə çatmasına şərait yaradır.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

diz agrisinin mualicesi

Diz Qapağında Ağrı və Yanma Hissinin müalicəsi necə olmalıdır?

Diz qapağında baş qaldıran ağrı və yanma hissinin müalicəsi diz bağlarınızın yırıtılarsa və ya diz bağlarının qismən yırtığı diaqnozu qoyularsa, müalicə aşağıdakıları əhatə edə bilər:

  • Əzələ gücləndirici məşqlər
  • Məşq zamanı istifadə ediləcək qoruyucu dizliklər
  • Əlavə zərər verə biləəck fəaliyyətlərin məhdudlaşdırılması
  • PRP müalicəsi
  • Tam qalınlıqda olan diz bağının yırtığı cərrahi yolla bərpa oluna bilər.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.