Skip to content

Herpes İnfeksiyası Niyə Yaranır? Herpesin Müalicəsi Necə Olmalıdır?

gerpes mualicesi

Hər bir insanın ömründə bir dəfə belə olsa, dodaqlarında, ağzında və ya diş ətlərində uçuq adlandırdığımız su qabarcıqları şəklində meydana gələn Herpes, herpes simplex virusu səbəbiylə yaranan mikrob infeksiyasıdır. Tibb ədəbiyyatında buna ağızdan gələn herpes və ya herpes labialis də deyilir. Uçuq yaraları adətən dodaq üzərində və ya ətrafında yerləşən maye ilə dolu qabartılar şəkildə görünür. Herpes infeksiyasının insan bədəninin istənilən yerində dəfələrlə yarana bilməsinə baxmayaraq, infeksiyanın qəti bir müalicə üsulu yoxdur.

Bəs Herpes İnfeksiyası Niyə Yaranır?

Bu sualın cavabı isə ümumi olaraq, herpes simplex adlı virusdur. Həmin virus dodaqlarda, diş ətlərində, dildə, ağız boşluğunda və yanaqların daxili hissəsində ağrılı yaralara səbəb ola bilir. Bu ağrılarla yanaşı, nadir hallarda isə qızdırma və əzələ ağrıları kimi şikayətlərə də səbəb olur. Ağız boşluğunda yaranan yaralar daha çox 1-2 yaşı olan uşaqlarda rast gəlinsə də, uçuq yaranması hər yaşda olan insanlarda müşahidə olunur. Herpes virusu bədənə daxil olduqdan sonra infeksiya üç mərhələdə özünü göstərir:

İlkin infeksiya: virus dəri və ya selikli qişaya daxil olur və çoxalır. Bu mərhələdə insan infeksiyanın yaranmasını başa düşməməsinə baxmayaraq, ağız yaraları və qızdırma kimi simptomlar ilə özünü göstərir.

Passiv dövr: virus yoluxmuş bölgədən sinir toxumasına doğru hərəkət edir və yarandığı nahiyədə çoxalır və passiv olur.

Təkrarlanma: bir şəxs emosional və ya fiziki stress keçirdikdə isə, virus yenidən aktivləşir və yeni yaralara və ya simptomlar ilə özünü təkrarlayır.

Herpes İnfeksiyasının Əlamətləri Nələrdir?

Herpes infeksiyası ilə ilk dəfə qarşılaşan bəzi insanlarda ağız yaraları müşahidə olunur və simptomlar yüngül və ya ağır ola bilir. Adətən şikayətlər 3 həftəyə qədər davam edə bilir və əksər hallarda isə virus heç bir iz qoymadan 2-3 həftə ərzində tam sağalır. İlkin infeksiyadan sonra təkrarlanan virusda simptomlar daha yüngül olur. Ümumi olaraq isə, Herpes infeksiyasının əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

  • Dodağın və ya ətrafındakı dərinin qaşınması;
  • Qıcıqlanma və yanma hissi;
  • Baş və boğaz ağrısı;
  • Diş ətlərinin qızarması və şişməsi;
  • Diş ətinin qanaxması və s. əlamətlər müşahidə olunur.

İnfeksiya səbəbiylə maye ilə dolu qabartılar və ya qızartı dodaqlarda, diş ətlərində, ağızda və ya boğazda görünə bilir. Bu qabarcıqlar qısa müddətdən sonra partlayır və açıq yaralara çevrilir. Yara qırmızı rəngdə kiçik, dayaz, boz yaralar kimi görünür. Bir neçə gündən sonra yaralar qabıqlanmağa başlayır və daha quru və sarı görünür. Dodaq ətrafından fərqli olaraq, ağızda əmələ gələn yaralar isə ağrılı olur və ağrı ilk vaxtlar ən şiddətlə hiss olunur. Bu səbəbdən birbaşa olaraq, yemək və içmək çətinləşir. Diş ətləri bir az şişmiş və qırmızı, diş ətindən qanaxma ola bilər.

Herpes İnfeksiyası Necə Müalicə Olunmalıdır?

Yuxarıda da qeyd etdiyimiz kimi, infeksiyanın qəti bir müalicə üsulu yoxdur. Lakin buna baxmayaraq, herpes infeksiyası müşahidə olunmazdan əvvəl dodaqlarda və onun ətraf hissələrində qaşınma, uyuşma və yanma kimi ilkin əlamətlər görünür. Bu əlamətlər hiss edilən kimi, uçuğun yaranacağı əlaqədar nahiyəyə bəzi təbii məhsullar tətbiq edildikdə, herpes qabaran yaralar görünmədən keçə bilər. Bu məqsədlə, həmin təbii məhsulları aşağıdakı kimi sıralamaq olar:

Sarımsaq: sarımsaq təbii antibiotik təsiri ilə uçuğun müalicəsində təsirli effektə malikdir. Sarımsaq əzildikdən sonra gündə 4-5 dəfə qaşınan yerə çəkilməlidir.

Nanə yağı: dodaq ətrafında yaranan herpes infeksiyasında ən çox istifadə olunan nanə yağı həm uçuğu yumşaldır, həm də ağrı və yanma hissini aradan götürür.

Süd: uçuğun müalicəsində istifadə olunan təbii məhsullardan digər biri isə süddür. Süd soyuducuda saxlandıqdan sonra pambıq vasitəsi ilə yaranın üzərinə qoyula bilər.

Bütün tədbirlərə baxmayaraq şiddətli herpes şikayətiniz varsa və ya tez-tez təkrarlanırsa, bir sağlamlıq müəssisəsinə müraciət etməyiniz faydalı olar.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - sweet bonanza oyna - Betosfer