Dolğu dəri altına inyeksiya yolu ilə vurulan və bir çox estetik əməliyyatlarda qat-qat ucuz olan bir prosedurdur. Yaşlanma prosesini yavaşlatmaq, dərinin altındakı qırışları aradan qaldırmaq, həmçinin daha dolğun dodaq və ya döş görünüşünü təmin etmək üçün dolğudan istifadə edilə bilər. Bu yazımızda sizlər üçün dolğu növləri və fərqli tətbiq sahələri kimi maraqlı mövzuları izah etdik.
Botoks və Dolğunun Fərqləri Nələrdir?
Botoks mimikadan yaranan qırışların aradan qaldırılması və qalıcı olmasının qarşısını almaq üçün edilən bir prosedurdur. Buna görə də üz dərisindəki dərin cizgi və qırışlar botoks vasitəsilə tamamilə aradan qaldıra bilməz. Botoks prosedurunda tətbiq olunan toksin qırışlara səbəb olan mimik əzələləri müvəqqəti olaraq bloklayır və bölgəyə daha hamar bir görünüş verir. Botoksdan fərqli olaraq dolğu isə, birbaşa qırışların altına və tətbiq olunacaq nahiyəyə vurulur. Bu prosedurdan sonra isə qadınları narahat edən qırış və xətlər demək olar ki, tamamilə yox olur.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Dolğu hansı məqsədlə tətbiq olunur?
- Alın nahiyəsində qırışların aradan qaldırılması
- Qaşın ortasında yaranan qırışların yüngülləşdirilməsi
- Burun formasının korreksiyası və burun ucunun qaldırılması
- Dodaqlara forma və həcm vermək, varsa asimmetriyanı düzəltmək
- Çənə xəttinin formalaşdırılması (jawline)
- Çənəni formalaşdırmaq və lazım olduqda həcm vermək
- Əgər varsa, sızanaq və ya oxşar vəziyyətlərin səbəb olduğu çuxurların çıxarılması
Dolğu Növləri
Dodaq dolğusu; dodaq quruluşunu formalaşdırmaq və ya dodaqlara həcm vermək üçün dodaqların daxili hissəsinə və ətrafına dermal dolğuların yeridilməsi prosesidir. Estetik bir müdaxilə olan bu prosedur zamanı istifadə edilən dolğu dəriyə həcm qatdığı bilinən hialuron turşusudur. Dodaqları bərpa edərkən dərini hamar saxlayan hialuron turşusu dodaq toxuması ilə harmoniya təşkil edir və tətbiq edilən bu üsul dodaq estetik üsulları arasında ən təbii dodaq dolğusu tətbiqi olaraq özünü göstərir.
Ən çox tətbiq olunan dolğu növlərindən biri də üz dolğusudur. Üz qırışlarından və çapıqlarından şikayət edən insanlara tətbiq edilir və zamanla üz formasının pisləşməsi ilə də üstünlük verilir. Üz ovallığı pozulmuş insanların köhnə üz cizgilərini bərpa etmək üçün tətbiq edilir və əsasən dodaqlarda və yanaq sümüyü bölgəsində görülən problemlərə üstünlük verilir. Bundan əlavə, burun nahiyəsində, çənə və qaşlarda olan korreksiyaların düzəldilməsində də üstünlük verilir.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
Dodaq Dolğusu Niyə Tətbiq Olunur və Kimlərə Dodaq Dolğusu Olmaz?
Yaşlanmanın təsiri ilə dəridə kollagen, elastin toxuması və hialuron turşusunun miqdarı azalmağa başlayır. Bu əksikliyi aradan qaldırmaq üçün tətbiq edilən dodaq böyütmə əməliyyatı; hamilə qadınlar, iltihablı dəri problemləri olanlar və soyuqdəymə olanlar üçün uyğun deyil. Ancaq ondan başqa hər kəsə asanlıqla tətbiq oluna bilər. Dodaq dolğusu tətbiqinin digər səbəbi isə yaşlanmanın təsiri ilə də yarana bilən dodaq sallanması problemlərini aradan qaldırmaqdır. Bunların xaricindən dodaq böyütmə əməliyyatı dodaqlarına forma vermək və ya dolğunlaşdırmaq istəyən və dodaqlarındaa simmetriya porblemi olan hər kəsə tətbiq oluna bilər.
Dodaq Dolğusu Necə Tətbiq Olunur?
Dodaq böyütmə prosesinə başlamazdan əvvəl ilk növbədə üzün quruluşuna uyğun dodaq forması müəyyən edilir. Tətbiq başlamazdan ən az yarım saat əvvəl dodaq nahiyəsinə anestezik krem çəkilir ki, prosedur ağrısız şəkildə tətbiq olunsu. Dolğunun yeridilməsi çox incə ucu olan iynənin köməyi ilə həyata keçirilir və orat hesabla prosedur 30 dəqiqə çəkir. Qısa müddətdə bitən bu tətbiq ağrısız və asandır. Dodaq dolğusu hər fərddə dodağın eyni hissəsinə tətbiq olunan bir prosedur deyil. Dodağın aşağı və ya yuxarı hissəsindəki qırmızı nahiyəyə və ya kontur olaraq verilən nahiyəyə tətbiq olunan prosedurdur. Fərqli texnikalarla tətbiq olunan bu prosedurdan sonra qısa müddətdə dodaqların həcmi artır və dodaqlar aydınlaşır.
Dodaq Dolğusu Qalıcıdırmı?
Dolğu prosesini etməyi düşünən demək olar ki, hər kəs “Dodaq böyütmə müvəqqətidirmi? Dodaq dolğusundan sonra qalıcı bir görünüş əldə edə bilərikmi?” kimi sual işarələri ilə dodaq quruluşuna dolğun, hamar və təsir edici bir görünüş vermək üçün tətbiq edilə dodaq estetikası müxətlif üsullarla və müxtəlif formalarda həyata keçirilə bilər. Təbii hialuron turşusu ilə tətbiq edilən dodaq böyütmə çox təhlükəsiz və sağlam bir tətbiqdir. Ancaq dodaq böyütmə proseduru daimi deyil.
Dodaq Dolğusundan Sonra Proses Necədir?
Dodaq dolğusu tətbiqindən sonra prosedurun təsirini dərhal görməyə başlaya bilərsiniz. Buna baxmayaraq dolğu prosesindən sonra dodaq nahiyəsində qismən qançırlar və şişkinliklər müşahidə oluna bilər. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki bu vəziyyət son dərəcə təbiidir. Bu şişkinliklər adətən ən çox bir neçə gün ərzində yox olur ancaq bəzən bir həftəyə qədər çəkə bilsə də, şişlik və ödəm iki həftə ərzində tamamilə yox olur. Bundan əlavə dodaq dolğusu prosedurundan sonra 1-2 həftə ərzində lazımi nəzarətlər edilir və bu nəzarətlər həyata keçirilərkən, lazım olduqda retuş tətbiq oluna bilər.