Dodaq Dolğusu Nədir? | Dodaq Dolğusu Kimlərə Olmaz? – 2022 ƏN YENİ

dodaq dolğusu

Dodaq quruluşunu formalaşdırmaq və ya dodaqlara həcm vermək üçün dodaqların daxili hissəsinə və ətrafına dermal dolğuların yeridilməsi prosesidir. Estetik bir müdaxilə olan bu prosedur zamanı istifadə edilən dolğu dəriyə həcm qatdığı bilinən hialuron turşusudur. Dodaqları bərpa edərkən dərini hamar saxlayan hialuron turşusu dodaq toxuması ilə harmoniya təşkil edir. Hialuron turşusu ilə tətbiq edilən bu üsul dodaq estetik üsulları arasında ən təbii dodaq dolğusu tətbiqi olaraq özünü göstərir.

Dodaq Dolğusu Niyə Tətbiq Olunur və Kimlərə Dodaq Dolğusu Olmaz?

Yaşlanmanın təsiri ilə dəridə kollagen, elastin toxuması və hialuron turşusunun miqdarı azalmağa başlayır. Bu əksikliyi aradan qaldırmaq üçün tətbiq edilən dodaq böyütmə əməliyyatı; hamilə qadınlar, iltihablı dəri problemləri olanlar və soyuqdəymə olanlar üçün uyğun deyil. Ancaq ondan başqa hər kəsə asanlıqla tətbiq oluna bilər. Dodaq böyütmə tətbiqinin digər səbəbi isə yaşlanmanın təsiri ilə də yarana bilən dodaq sallanması problemlərini aradan qaldırmaqdır. Bunların xaricindən dodaq böyütmə əməliyyatı dodaqlarına forma vermək və ya dolğunlaşdırmaq istəyən və dodaqlarında simmetriya porblemi olan hər kəsə tətbiq oluna bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

botoks nedir

Dodaq Dolğusu Necə Tətbiq Olunur?

Dodaq böyütmə prosesinə başlamazdan əvvəl ilk növbədə üzün quruluşuna uyğun dodaq forması müəyyən edilir. Tətbiq başlamazdan ən az yarım saat əvvəl dodaq nahiyəsinə anestezik krem çəkilir ki, prosedur ağrısız şəkildə tətbiq olunsu. Dolğunun yeridilməsi çox incə ucu olan iynənin köməyi ilə həyata keçirilir və prosedur orta hesabla 30 dəqiqə çəkir. Qısa müddətdə bitən bu tətbiq ağrısız və asandır. Dodaq böyütmə hər fərddə dodağın eyni hissəsinə tətbiq olunan bir prosedur deyil. Dodağın aşağı və ya yuxarı hissəsindəki qırmızı nahiyəyə və ya kontur olaraq verilən nahiyəyə tətbiq olunan prosedurdur. Fərqli texnikalarla tətbiq olunan bu prosedurdan sonra qısa müddətdə dodaqların həcmi artır və dodaqlar aydınlaşır.

Dodaq Dolğusu Qalıcıdırmı?

Dolğu prosesini etməyi düşünən demək olar ki, hər kəs “Dodaq böyütmə müvəqqətidirmi? Dodaq dolğusundan sonra qalıcı bir görünüş əldə edə bilərikmi?” kimi sual işarələri ilə dodaq quruluşuna dolğun, hamar və təsir edici bir görünüş vermək üçün tətbiq edilə dodaq estetikası müxətlif üsullarla və müxtəlif formalarda həyata keçirilə bilər. Təbii hialuron turşusu ilə tətbiq edilən dodaq böyütmə çox təhlükəsiz və sağlam bir tətbiqdir. Ancaq dodaq böyütmə proseduru daimi deyil.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.

Dodaq Böyütmə Əməliyyatından Sonra Proses Necədir?

Dodaq dolğusu tətbiqindən sonra prosedurun təsirini dərhal görməyə başlaya bilərsiniz. Lakin dolğu prosesindən sonra dodaq nahiyəsində qismən qançırlar və şişkinliklər müşahidə oluna bilər. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki bu vəziyyət son dərəcə təbiidir. Bu şişkinliklər adətən ən çox bir neçə gün ərzində yox olur ancaq bəzən bir həftəyə qədər çəkə bilsə də, şişlik və ödəm iki həftə ərzində tamamilə yox olur. Dodaq dolğusu prosedurundan sonra 1-2 həftə ərzində lazımi nəzarətlər edilir və bu nəzarətlər həyata keçirilərkən, lazım olduqda retuş tətbiq oluna bilər.

Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.