Dəri bədənin ən böyük orqanıdır və bədənin xarici səthini tamamilə əhatə edir. Xarici mühitlə daim təmasda olan dəri Allergenlər, fiziki amillər, iqlim şəraiti, mikrob elementləri və bir çox digər ətraf mühit faktorları ilə qarşılıqlı təsir göstərir. Bu kimi amillər dərini bir çox xəstəliyə meylli edir ki, ölkəmizdə və dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bölgəyə və yaranma səbəbinə görə bir çox fərqli növləri olan dəri xəstəliklərinin diaqnostikası, müalicəsi və tətbiqi xəstəxanaların dermatolji (dəri) bölmələri tərəfindən həyata keçirilir.
Dəri xəstəliklərinin əksəriyyətində görülən simptomlar bir-birinə bənzəyir. Buna görə də əksər hallarda, diaqnozun gecikməsi və yanlış müalicə üsulları kimi bəzi mənfiliklərə səbəb ola bilər. Dəri xəstəlikləri də bütün digər xəstəliklər kimi çox vacibdir və bu səbəbdən dəri xəstəliklərinə də bütün digər xəstəliklər kimi ciddi yanaşmaq, erkən diaqnoz və müalicə üçün lazımi tədbirlərin görülməsi vacibdir. Beləliklə, xəstəlik irəliləməmişdən əvvəl müalicə daha uğurlu tətbiq oluna bilər. Dəri xəstəlikləri çox vaxt ciddi nəticələrə səbəb olmadıqca diqqətdən kənarda qalır. Ən çox yayılan və yetişkinlərdə ümumi dəri xəstəliklərindən bəziləri qızartı, bəziləri qaşınma, bəziləri yanma və ya digər simptomlarla da özünü göstərə bilir. Ən çox yayılan və yetişkinlərdə rast gəlinən 5 dəri xəstəliyi haqqında bilməli olduqlarınızı bu məqaləmizdə sizlərlə paylaşdıq…
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
1. Seboreik Dermatit (Seboreik Ekzema)
Seboreik dermatit; Bu kəpək qızartı və qaşınma ilə özünü göstərən və təkrarlayan iltihablı dəri xəstəliyidir. Ən çox 20-50 yaş və daha yuxarı yaşlı insanlarda, xüsusilə də kişilərdə daha çox rast gəlinir və ən çox sebum (yağ) istehsalının yüksək olduğu dəri sahələrini, məsələn baş dərisi, üz (qaşlar, burun kənarları, saqqal və qulaq arxası) və bədənin müxtəlif yerlərində əhatə edir. Buna görə də seboreik dermatiin müalicəsi xəstəliyin simptomlarını aradan qaldırmağa yönəldilmişdir, qaşıntı və qızartı kimi simptomları yaxşılaşdırmaq və uzun müddətli müalicə ilə xəstəliyi qorumaq məqsədi daşıyır.
2. Akne
Akne cəmiyyətdə tanınan sızanaqların ümumi adıdır və müəyyən dövrlərdə bir çox insanda sıx şəkildə görülsə də, bəzi insanlarda həyatları boyu müşahidə edilir ki, sızanaqların əmələ gəlməsinə səbəb olan bir neçə amil var. Ümumiyyətlə, insanlarda müxtəlif səbəblərdən dəri altında yağ əmələ gəlməsinə cavabdeh olan vəzilərin və tük köklərinin tıxanması nəticəsində sızanaq əmələ gəlməsi müşahidə edilir. İnsan bədənində dərini nəm saxlayan sebum istehsalının artması lazımsız sebum hüceyrələrinin ölməsinə səbəb olur. Bunun nəticəsində ölü sebum hüceyrələrinin məsamələrdə sıxılması ağ və ya qara nöqtələrin əmələ gəlməsinə səbəb olur. Buna görə də insan bədənin müxtəlif yerlərində sızanaqlar əmələ gəlir. Sızanaqlar hər yaşda baş verə bilsə də, daha çox gənclərdə müşahidə olunur və sızanaqlara ən çox alında, sinədə, üzdə və çiyinlərdə rast gəlinir.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
3. Herpes və ya Uçuq
Su çiçəyinə də səbəb olan Varicella Zoster adlı virusun yaratdığı sinir iltihabına herpes və ya xalq arasında bilinən uçuq deyilir. Su çiçəyi uşaqlıqda baş verir və yoluxucudur və bu xəstəlik sonrakı yaşlarda herpes şəklində yenidən görünə bilər. Su çiçəyi xəstəliyindən sonra sinir köklərində hərəkətsiz qalan virus herpes əmələ gətirir. Bədənin zəiflədiyi bir dövrdə herpes və ya uçuq meydana gəlir. Ümumiyyətlə, ağızda, dodaqlarda və diş ətlərində yaralar şəklində özünü göstərir. Bu yaralar maye ilə doludur, ağrılıdır və çoxluq şəklində görünür.
4. Göbələk İnfeksiyaları
Göbələk infeksiyaları dəri xəstəliklərində böyük paya malikdir və bu infeksiyalar müalicə edilmədikdə xəstəliyə səbəb olan infeksiyaların əlavə olunmasına səbəb ola bilir. Limfangit adlanan limfa düyünlərinin iltihabına səbəb olma ehtimalı yüksəkdir. Göbələk infeksiyalarının bir çox növləri mövcuddur və bunlardan ən çox rast gəlinənləri dırnaq göbələyi, qasıq göbələyi, bədən göbələyi və genital bölgə göbələyidir. Dırnaq göbələyi dırnağın deformasiyasına və qırılmasına səbəb olur. Ümumiyyətlə, göbələk xəstəliyi bədənin hər hansı yerində görünə bilər və o həmçinin, qızartı və qabarıqlıq şəklində özünü göstərir. Həkimin tövsiyə etdiyi krem və məlhəmlərdən istifadə edərək göbələk infeksiyalarını müalicə etmək mümkündür.
Həkim dermatoloq-kosmetoloq Kamalə Nəzərlinin qəbuluna yazılmaq üçün zəng edə və ya WhatsApp-a yaza bilərsiz.
5. Rozesea (Gül Xəstəliyi)
Rozesea xəstələri narahat edən ömürlük iltihablı dəri xəstəliyidir. Müxtəlif ekoloji və endogen (daxili genetik və stresslə əlaqəli) amillər səbəbindən yarana bilir və əsasən üzün orta hissəsini əhatə edir. Xəstəliyin tipik başlanğıcı 30 yaşdan sonra olur. Qadınlarda daha çox rast gəlinir. Rozaseada qızartı, incə damar strukturları və şişkinlik xəstələrdə görülən əsas problemlərdir. Bundan əlavə, bəzi xəstələr yanma, sancma, qaşınma və quruluqdan da şikayət edə bilir.