Skip to content

Onurğa Ağrısının Səbəbləri Nələrdir? | Onurğa Ağrısının Müalicəsi

onurga agrisinin mualicesi

Demək olar ki, hər kəsin ümumi problemlərindən biri olan onurğa ağrısı; bu, hərəkətsizlik, zəif duruş və zəif əzələlər kimi müxtəlif səbəblərdən yarana bilər. Bundan əlavə, bu vəziyyət bəzən başqa bir xəstəliyin əlaməti olaraq görülür və bu səbəblə onurğa ağrısı yaşayan şəxs diaqnoz üçün həkimə müraciət etməlidir. Uzun müddət davam edən hər yaş qrupundan və hər təbəqədən insanda yaşan bilən onurğa ağrısı, insanın gündəlik həyatına təsir göstərərək, etməsi lazım olan işləri yerinə yetirə bilməməsinə səbəb ola bilər. Bu səbəbdən həyat keyfiyyətini aşağı sala bilər. Ağrının əmələ gəlməsinə təsir edən faktorlara görə onurğa ağrılarında tətbiq olunacaq üsul asanlıqla tapıla və insan öz rutininə qayıda bilər.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

bel agrisi

Onurğa ağrısı səbəbləri

Onurğa ağrısı daha çox əzələlərdə, birləşdirici toxumalarda və oynaqlarda yaşanır. Ağır qaldırma, ani hərəkətlər, pis oturma və duruş, oturaq həyat, stress səbəbiylə əzələ gərginliyi və artıq çəki onurğa ağrılarının ümumi səbəblərindəndir. Bunlara əlavə olaraq, bəzi sağlamlıq problemləri ilə də əlaqələndirilə bilər. Oynaqlarda iltihab, sinirlərin sıxılması, onurğa kanalının stenozu, skolyoz, kifoz, fibromiyalji və ya osteoporoz bu sağlamlıq şərtləridir.

Onurğa ağrıları üçün həkimə nə vaxt getmək lazımdır?

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Onurğa ağrısı uzun müddət keçməsə dözülməz hala gələ bilər, ancaq onurğa ağrısından başqa digər şərtlər də ola bilər. Əgər insanın onurğa ağrısı çox şiddətlidirsə və zaman keçdikcə şiddətli artırsa, bu ağrı ilə mübarizə aparmaqda çətinlik çəkirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bəzi hallarda bel ağrısı ilə birlikdə görülən digər əlamətlər də ciddi bir xəstəliyin əlaməti ola bilər və belə bir vəziyyətdə bir sağlamlıq müəssisəsindən kömək almaq faydalıdır. Belə ağrılara əlavə olaraq;

  • Yüksək hərarət
  • Ani kilo itkisi
  • Tualetə getməkdə çətinlik
  • Sinə ağrısı
  • Asqırarkən, öskürərkən və ya tualetdən istifadə edərkən belinizdə ağrı hiss edirsinizsə
  • Ayaqlarda və ya genital sahədə ağrı, uyuşma və ya zəiflik
  • Sidik kisəsinə nəzarətin itirlməsi kimi əlamətlər müşahidə olunarsa, ən qısa müddətdə həkimə müraciət edilməlidir.

Onurğa ağrısı üçün Müalicə Üsulları

Onurğa ağrısının müalicə üsuluna qərar vermək üçün ağrının mümkün səbəbləri araşdırılmalı və şəxsin tarixi ilə bağlı lazımi məlumatlar əldə edilməlidir. Bundan əlavə, daha ətraflı məlumat əldə etmək üçün bəzi testlər və radioloji görüntüləmə üsulları tələb oluna bilər və dərman müalicəsi yanaşı, idman və ya fizioterapiya kimi müalicələr də tətbiq oluna bilər. Adətən spontan və ya tətbiq edilən müalicələrlə qısa zamanda sağalan onurğa ağrısı bir neçə həftə keçmirsə fərqli üsullar sınana bilər. Tətbiq edilən müalicə üsulları ilə yanaşı insanın aktiv hərəkəti də ağrının azalmasına kömək edir, aktiv həyat tərzini qəbul etmək ağrıları azaltmaqdan başqa bir tədbir kimi də təsirlidir. Əgər onurğa ağrısı ilə bağlı başqa ciddi sipmtomlar yoxdursa və ya insanda sinir sıxılması yoxdursa, adətən müalicə üçün cərrahi müdaxilə lazım deyil.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Betmarko - psosurf.com - sweet bonanza oyna