Skip to content

7 Təbii Müalicə Üsulu İlə Diz Ağrılarından Azad Olun – Evdə Müalicə Həlləri

diz agrisi ucun tebii mualice usullari

Diz iki sümük və üç bağdan ibarət bir quruluşa malikdir. Diz ağrıları bir çox səbəbə görə yaranan bilər, bu ağrılar bəzən yüngül və keçici olsa da, çox vaxt sıx və uzun müddətli ola bilər və müəyyən xəstəliklər səbəbiylə diz şiddətli ağrılar meydana gələ bilsə də, diz gərginliyi kimi hərəkətlər nəticəsində sıx ağrılar meydana gələ bilər. Lakin diz ağrılarını azaltmaq və yaralanmaların qarşısını almaq üçün insanlar edə biləcəyi şeylər olsa da, daha dəqiq və uzuznmüddətli həllər üçün həkimə müraciət edilməli və uyğun müalicə tətbiq edilməlidir.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Diqqətdən kənarda qalan diz ağrıları insanda qalıcı narahatlıq və xəstəliklər yarada bilər. Buna görə də, mümkün bir sağlamlıq probleminin qarşısını almaq üçün diz ağrılarının təbii həll yolları haqqında sağlamlıq məqaləsi hazırladıq. Diz ağrılarınızdan azad olacaq və minimuma endirəcək 7 təbii müalicə üsullarına birlikdə nəzər salaq!

diz agrisi ucun

1. Soyuq kompres

Ani zədələnmə və burxulma zamanı baş qaldıran diz ağrınızın necə keçəcəyindən narahat olmayın, çünki bu məqamda sizə yalnız bir buz parçası kömək edə biləcək gücə malikdir. Soyuducunuzun dondurucu hissəsindən bir buz parçası götürün və dəsmalla sarın. Buz parçasını dəsmalla ağrı hissə etdiyiniz yerə masaj edin. Soyuq kompres tətbiq etməklə siz qan axınını balanslaşdıra biləcəksiniz və beləliklə, ağrıya səbəb olan müvəqqəti amilləri aradan qaldıracaqsınız.

2. Zəncəfil yağı

Diz ağrısı üçün evdə tətbiq edə biləcəyiniz bitki mənşəli həllərdən biri də zəncəfil yağıdır. Çünki zəncəfil yağı ağrıkəsici və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Əgər diz ağrılarınızın səbəblərindən biri iltihabdırsa, zəncəfil yağı ilə bu ağrıya son verə bilərsiniz, belə ki, diz qapağının üzərinə və ətrafına bir neçə damcı zəncəfil yağı damladın və yağı bu nahiyəyə yayın. Daha sonra dairəvi hərəkətlərlə masaj edin və yağın təsirini gözləyin, zəncəfil yağında mövcud olan antioksidant maddələr diz ağrısına səbəb olan iltihabı aradan qaldırmağa kömək edəcəkdir.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

3. Alma sirkəsi

Diz ağrıları üçün ən təsirli və ən yaxşı çarənin alma sirkəsi və zeytun yağı qarışımı olduğunu deyə bilərik. Diz ağrıları zamanı effektiv olan bu üsulu siz, hər evdə mütləq şəkildə olması lazım olan alma sirkəsi və zeytun yağı ilə asanlıqla hazırlaya bilərsiniz. Hazırlanan bu qarışı diz ətrafına masaj edərək çəkin və qarışımın dəri səthinizə hopdmasını gözləyin. Bir stəkan sirkəli su qarışı içərək diz ağrınız olan günlərdə aradan qaldıra bilərsiniz.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

4. Xardal yağı

Ağrı zamanı bitki mənşəli yağlardan şəfa tapmaq istəyirsənsə, diz ağrınızı sağaldacaq bir yağ var: xardal yağı, bu yağ qısa müddətdə təsirini göstərəcək və diz ağrılarınızı aradan qaldıracaqdır. Bunun üçün diz ətrafınıza sadəcə bir neçə damcı xardal yağını damladın və həmin nahiyəni masaj edərək gözləyin.

5. Kərəvizli qatıq

Bədəncə çox miqdarda sidik turşusu yığılması səbəbindən də diz ağrıları yaşana bilər və buna görə də, belə anlarda kərəviz ilə qatıq istehlak etmək məsləhətdir. Kərəvizi rəndələyib qatıqla salat hazırlayın və diz ağrısı yaşadığınız həmin günlərdə bu salatı yeyin. Çünki kərəviz sidik turşularının sürətlə xaric olmasını təmin edən ən təsirli təbii qidalardan biridir.

6. Çinar yarpağı

Digər təbii üsullardan biri də çinar yarpağıdır, çünki çinar yarpağını qaynadıqdan sonra suyunu içib diz ağrılarından xilas ola bilərsiniz. Eyni şəkildə çinar yarpağının qaynadılmış suyu dərinizə toxunacaq temperatura çatdıqda onu diz bölgəsinə çəkib diz ağrısı şikayətinizə son verə bilərsiniz.

7. İtburnu çayı

İtburnu çayı ağrı kəsici xüsusiyyətlərə malikdir, xüsusilə də, aybaşı ağrıları, baş ağrıları və diz ağrıları zamanı ən təsirli olan çaylardan biridir. Dizinizdə ağrılar olduqda, bir stəkan itburnu çayı içərək ağrınızı rahatlaşdıra bilərsiniz və itbunu çayı ilə diz ağrısı kimi bütün ağrılar ən bitki mənşəli formada aradan qaldırıla bilər.

Vacib bir qeyd: Əgər çox şiddətli və ya xroniki və müxtəlif xəstəliklərin yan təsiri olan diz ağrılarınız varsa, yuxarıda qeyd olunan qida və qarışımlardan istifadə etməzdən əvvəl vaxt itirmədən həkimizdə müraciət etməli və sizə uyğun olan müalicə üsulunu öyrənməlisiniz. Unutmayın, təbii və bitki mənşəli məhsullar diz ağrısı zamanı yalnız dəstək ola bilər, onları müalicəvi görüb, dərman kimi istifadə etmək düzgün deyil. Özünüz üçün yaxşı bir şey etmək istəyərkən, özünüz də fərqinə varmadan sağlamlığınıza zərər verməkdən çəkinin.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - buyfollowernow.com - gizli hesap görme - Twitch viewer bots - Betnano giriş - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - psosurf.com - sweet bonanza oyna - Betosfer