B12 Vitamini Nədir? B12 Vitamin Çatışmazlığının Əlamətləri Hansılardır?

b12 vitamini haqqinda

Suada həll olunan vitamin B12 az miqdarda da olsa, orqanizmdə saxlanıla bilir. Tərkibindəki kobalt mineralına görə kobalamin olaraq da bilinən vitamin sağlam insanın qaraciyərində təxminən 2 mq, bədənin digər hissələrində isə 2 milliqram olmaqla cəmi 4 mq saxlanılır. Saxlama miqdarı az olduğu üçün gündəlik qəbul edilməsi tövsiyə edilən B12 vitamini heyvan mənşəli qidalarda olur. İnsan orqanizmində yoğun bağırsaqda və nazik bağırsaqda az miqdarda sintez oluna bilən vitamin yüksək istiyə məruz qaldıqda funksiyasını itirir. B12 orqanizmdə bir çox mexanizmlərdə iştirak edir:

  • Qanda qırmızı hüceyrələrin istehsalında, DNT və mielinin sintezində fol turşusu ilə birlikdə işləyir.
  • Sinir hüceyrələrini əhatə edən miyelin qişalarının sintezində iştirak edən B12 vitamini elektrik siqnalının ötürülmə sürətini artırır.
  • Orqanizm tərəfindən sintez edilən amin turşularının və B12 vitaminin reabsorbsiyasında iştirak edir. Sink və maqnezium kimi mineralların funksiyalarında təsirlidir.

B12 Vitamin Çatışmazlığı Əlamətləri Nələrdir?

  • Vitamin B12 çatışmazlığı anemiyaya səbəb ola bilər. Zərərli anemiya olaraq təyin olunan anemiya səbəbindən ürək döyüntüsü, səy qabiliyyətinin azalması, yorğuluq və zəiflik, konsentrasiya pozğunluğu və dəri qaralması inkişaf edə bilər.
  • Həmçinin, yüksək səviyyədə vitamin B12 çatışmazlığı zamanı görülən ishal dildə qızartı və yanma hissi, ağızda yaralar və ayaqlarda gecə sancıları ilə müşahidə edilə bilər.
  • Ayaqlarda, qollarda və əllərdə uyuşma və keyimə, zehni funksiyaların pişləşməsi müşahidə edilir.
  • Xüsusilədə, yaşlılarda yaddaş itkisi və unutqanlıq kimi problemlərə səbəb ola bilir. B12-nin orqanizm tərəfindən udulması və saxlanmasının azalması yaşla da müşahidə olunur. B12 vitamin çatışmazlığı 65 yaşdan yuxarı şəxslərdə depressiyanın formalaşmasında təsirli rol oynayır.
  • Bundan əlavə, B12 vitamin çatışmazlığı yeni hüceyrələrin sintezinə maneə törədir və maddələr mübadiləsinin yavaşlamasına da səbəb olur.

Bu əlamət və simptomlar ilə vitamin B12 çatışmazlığı özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

B12 Vitamini Hansı Qidalarda Var?

Normal sağlam insanda qanda B12 miqdarı 150 pg/ml civarındadır. Bu miqdar 80 pg/ml-dən aşağı düşdükdə B12 çatışmazlığı qeyd edilə bilər. Gündəlik 2,4 mkq B12 vitaminini qida ilə qəbul etmək tövsiyə olunur. B12 çatışmazlığı ümumiyyətlə malabsorbsiya pozğunluqları, qeyri-kafi və balanssız qidalanma, omeprazol, qlifor, metmorfin kimi dərmanların istifadəsi və mədə əməliyyatlarından sonra müşahidə olunur. Çatışmazlıq halında B12 ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur. B12 vitamini yalnız heyvan mənşəli qidalarda olur:

  • Qaraciyər, qırmızı ət və toyuq əti;
  • Balıq növləri;
  • Süd, qatıq və pendir;
  • Yumurta B12 vitaminin ən zəngin mənbələrindən biridir.
qan xestelikleri elametleri

B12 Vitamin Çatışmazlığının Müalicəsi Necə Olmalıdır?

B12 vitamin çatışmazlığının müalicəsində ilk növbədə çatışmazlığın əsas səbəbi müəyyən edilməlidir. Səbəb müəyyən edildikdən sonra müalicə zamanı vitamin B12 həbləri və ya dilaltı tabletlər tövsiyə olunur. Ancaq xəstədə B12 vitaminin udulması səbəbindən çatışmazlıq yaranıbsa, tablet və ya həblərin istifadəsi müalicəyə kömək etməyə bilir. Bu zaman absorbsiya problemlərinə görə çatışmazlıq halında B12 vitamini əlavəsi inyeksiya yolu ilə edilməlidir. 1000 mkq və ya 500 mkq tablet şəklində isthesal olunan B12 həbləri gündəlik B12 tələbini ödəyir. Çatışmazlığın qarşısını almaq üçün həftədə iki dəfə 1000 mkq tabletlərin istifadəsi kifayət edir.