Varikoz Nədir və Niyə Yaranır? – 5 Maddədə Varikozun Yaranma Səbəbləri!

varikoz nedir

Varikoz latın sözü olan “varix” (əyri damar) sözündən götürülmüşdür. Adətən baldır və budun daxili hissəsində damar topları şəklində əmələ gələn varikoz damarları, qanı ürəyə aparan damarların genişlənməsi, uzanması və qıvrılması şəklində dəridən görünməsi kimi təyin edilir. Varikoz damarları olan xəstələrdə 30% nisbətində yüksək depressiya əmsalı olmaqla yanaşı, qadınlarda xəstəliyin yaranma riski kişilərə nisbətən 4 dəfə yüksəkdir. Xəstəliyin simptomları erkən dövrdə nəzərə alınmalı olan varikoz damarları, uzun səfərlərdə ayaq biləyinin şişməsi və gecə sidik miqdarının artması ilə özünü biruzə verə bilir.

Masa arxasında uzun iş saatları və hərəkətsizlik varikoz xəstəliyinin yaranma riskini 75%-ə qədər artıra bilər. Varikoz xəstəliyinin müalicəsində klassik açıq əməliyyatları ilə yanaşı, xəstəliyin ilkin mərhələsində həkimlər tərəfindən uyğun müalicələrdə təyin olunur. Lakin, xəstəliyin diaqnozu və müalicəsi gecikdikdə ciddi sağlamlıq problemlərinə səbəb olan varikoz damarları həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, ayaq estetikasını da pisləşdirir.

Varikozun Əlamətləri Nələrdir?

Damarlarda qan daima hərəkətdə olmalıdır, buna görədə pauza ola bilməz və olmamalıdırda. Bu səbəblə baldır əzələlərinin hərəkətini təmin edən gəzinti damarlarının sağlamlığı və varikoz riskini azaltmaq çox əhəmiyyətlidir. Lakin, baldır əzələləri hündürdaban ayaqqabı geyinən insanlarda işləyə bilmir və damarların genişlənməsinə meyillidirlər. Bununla yanaşı, yenədə hərəkətsizlik artdıqda qan baldırlarda yığılacaq və damar divarlarını genişləndirəcəkdir. Nəticədə qan geri axacaqdır. Bu da, damarlarda yanma probleminə səbəb olur. Bir müddətdən sonra isə varikoz damarları boyunca xüsusən də, budun və ayağın daxili hissəsində istilik, yanma, dolğunluq və ağrı hissi yaranır. Bu şikayətlər varikoz damarları boyunca olur. Həmçinin, varikoz damarlarının içərisində təzyiqin ən yüksək olduğu yerlərdə şiddətli ağrılar başlayır. Bundan əlavə isə, varikoz əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

  • Əzələ ağrıları;
  • Ayaqlarda şişkinlik;
  • Narahat hiss edən ayaqlar;
  • Dəridə əmələ gələn dəyişikliklər və yaraların əmələ gəlməsi;
  • Genişlənmiş damarlarda iltihab və laxtalanma
  • Qaşınma;
  • Ayaqlarda ağırlıq və uyuşma hissi;
  • Ayaq damarlarında qabarıqlıq və s.

Əlamətlər ilə xəstəlik özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Varikoz Niyə Yaranır?

Uzun müddət hərəkətsiz qalmaq səbəbiylə meydana gələn damarlarda yüksək təzyiq ayaqlarda yanma, dolğunluq, ağrı və şişkinliyə səbəb olur və beləliklə, varikoz damarlarının əmələ gəlməsini sürətləndirir. Qadınlarda varikozun ən əhəmiyyətli yaranma səbəblərindən biri hamiləlikdir. Xüsusilədə, işləyən hamilə qadınlar uzun müddət masa arxasında oturma məcburiyyətində qalmaqla damarları zəifləyir və bunun nəticəsində, varikoz damarlarının əmələ gəlməsinə səbəb olur. Varikoz xəstəliyinin yaranma səbəbində 90% genetik faktorlar rol oynayır. Orqanlar ana bətnində inkişaf edib böyüyərkən, hüceyrələrə xəstəlik kodları yazlır və biloji saat gələndə xəstəlik özünü biruzə verir. Bəzi faktorlar bioloji saatı erkən itələyir, bəzən isə tamamlayır və xəstəliyin yaranmasına zəmin yaradır. Ümumiyyətlə, varikozun əmələ gəlməsinə səbəb ola biləcək 5 əsas faktor aşağıdakılardır:

  1. Varikozun yaranma səbəblərindən ən mühüm olanı irsiyyət faktorudur. Yəni, xəstəlik anadangəlmə yaranır və genetik olaraq doğularkən ötürülür.
  2. Uzun müddət hündürdaban ayaqqabı geyinən qadınlarda baldır əzələləri işləmədiyi üçün damarlar genişlənir və bu da ayaq əzələlərinin zəifləməsi üçün mühüm faktordur.
  3. Hamiləlik dövründə hərəkətsizlik və artıq çəki qadınlarda varikoz genişlənməsinə səbəb olur.
  4. Xroniki qəbizlik, siqaret, doğuşa nəzarət həbləri və hormon terapiyası varikoz damarlarına səbəb olan amillərdəndir.
  5. Həddindən artıq dar şalvar və ya corab geyinmək də, varikoz damarlarına səbəb ola bilər.

Xəstəlik Necə Müalicə Olunmalıdır?

Varikoz xəstəliyinin ilkin mərhələsində həkim-fleboloq tərəfindən dərman müalicəsi təyin oluna bilər. Burada məqsəd ilk növbədə xəstənin şikayətlərini azaltmaq və aradan qaldırmaqdır. Mövcud dərmanlar da bu mənada lazımi rahatlığı təmin edir. Dərmanlar damarların hamar əzələlərini gücləndirir və eyni zamanda, iltihab əleyhinə ağrıkəsicilər şişkinliyi aradan qaldıran xüsusiyyətlərə də malikdir. Bu xəstələrdə zamanla tam sağalmaq və varikoz damarlarının çoxunu aradan qaldırmaq mümkündür.

Cərrahi müalicə tələb edən varikoz damarlarında venalar əməliyyatla çıxarılır və yalnız qanaxma qalır ki, onlarda zamanla yox olurlar. Varikoz damarlarının müalicəsində ilk növbədə klassik cərrahi üsul tətbiq edilməlidir. Açıq cərrahiyədə əsas problem tamamilə həll olunsada, bununla belə varikoz damarlarının bəziləri canlı olaraq qalır. Lakin, xəstəliyin ilkin mərhələsində bu üsullarla yanaşı, varikozu təbii yolla da müalicə etmək mümkün olur. Bunun üçün xəstələrə yalnız bir neçə təbii məhsullar lazım olacaqdır:

Palıd və söyüd ağacı qabığı – bu iki məhsulu (təxminən 3 ovuc) xırdalatdıqdan sonra üzərinə 5 lt su əlavə edin və 20 dəqiqə az xodda üzəri bağlı şəkildə qaynadın. Məhlul soyuduqdan sonra 20 dəqiqə ərzində ayaq vannası qəbul edin. Bunu hər gün 12-15 dəfə edə bilərsiniz.

Mumiye– varikoz müalicəsində məhlul və kompres şəklində geniş istifadə olunur. Təxminən 1 çay qaşığı ölçüsündə mumiye 1 stəkan suda 1 saat ərzində dəmlənilir və gün ərzində qurtumlarla içilir və ya kompres şəklində istifadə olunur.