Qadınlarda Bel Ağrısının Səbəbləri Nələrdir və Necə Keçər?

qadinlarda bel agrisinin sebebleri

Belimiz bədənimizin ən vacib hissələrindən biridir və bel ağrısı müxtəlif səbəblərdən yaranır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər beş nəfərdən bir həyatı boyu bel ağrısı yaşayır. Bel ağrısı həyat keyfiyyətini çox aşağı salan və insanların həyat funksiyalarına mənfi təsir göstərən bir vəziyyətdir. Ümumiyyətlə bel ağrısı, başımızdan bel nahiyəsinə qədər kürəyimizdə mövcud olan onurğada olan əzələlərin gərginliyi nəticəsində yaşanan ağrıdır. Adətən stressdən yaranan bu ağrılar zamanla öz-özünə keçə bilir, lakin ağrının xüsusilə bir həftədən sonra davam etməsi nəzərə alınmalı və mütəxəssis həkimə müraciət edilməlidir.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Adətən əzələlərlə bağlı sadə problemlər nəticəsində yaranan bel ağrısı ürək, ağciyər və mədə pozğunluqları, yırtıq kimi daha ciddi xəstəliklərin də xəbərçisi ola bilər. Buna görə də, əksər xəstələr bel ağrısının erkən diaqnozu nəticəsində ciddi sağlamlıq problemləri nəzarət altna alınmışdır.

bel agrisi

Qadınlarda Bel Ağrısının Səbəbləri Nələrdir?

Qadınlarda bel ağrısı kişilərə nisbətən daha çox rast gəlinir və bunun səbəblərdən biri də osteoporozun qadınlarda daha çox görülməsidir. Bundan əlavə, menopoz dövrü bel ağrılarına da səbəb olan təsir edici bir digər vacib amildir. Qadınlarda döşlərin böyük olması və hamiləlik kimi digər səbəblər də bel ağrılarına səbəb olur və xüsusilə də, hamiləliyin son həftələrində bel və kürək nahiyəsində ağrıların şiddətində artım olsa da, hamiləlikdən sonra ağrı şikayətləri davam edə bilər. Hamiləlik zamanı bel nahiyəsində olan şikayətlər nəzərə alınmalı və aşağı düşmə riskinə qarşı mütəxəssis həkimə müraciət edilməlidir.

Bundan əlavə, qadınlarda bel ağrılarının səbəbləri arasında

  • bel əzələlərinin zəifliyi,
  • qeyri-erqonomik şəkildə kompyuter qarşısında çox vaxt keçirmək,
  • hərəkətsizlik,
  • xüsusilə idmana və müntəzəm məşqlərə laqeyd yanaşmaq,
  • soyuq havaya məruz qalmaq, duruş pozğunluqlar,
  • pis qidalanma vərdişləri,
  • piylənmə və ya həddindən artıq artıq çəki problemləri var.

Həmçinin stress, qorxu və narahatlıq kimi mənfi psixoloji təcrübələr kimi bir çox səbəb bel ağrısı üçün risk faktorları arasındadır.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Bel ağrıları necə keçər?

Bel ağrılarının qarşısını almaq üçün müntəzəm şəkildə idman və məşq (xüsusilə də arxa əzələləri gücləndirmək üçün bel məşqləri), duruşun qorunması (xüsusilə ağır yük qaldırarkən), lazımi mineral və vitaminlərin qəbulu, sağlam qidalanma və sağlam çəkiyə nəzarət, hərəkətlilikdə həddindən artıq gərginlikdən qaçınmaq və düzgün hərəkət etmək lazımdır. Bundan əlavə, erqonomik kreslolardan istifadə etmək, iş şəraitini yaxşılaşdırmaq, stress və gərginliyin öhdəsindən gəlmək bacarığının əldə edilməsi, rahatlama və istirahət məşqləri də tövsiyə olunur.

Qadınlarda bel ağrısı hansı xəstəliklərin əlamətidir?

Qadınlarda müşahidə edilən bel ağrıları ümumi şəkildə qeyd etməli olsaq, bel yırtığı, revmatik xəstəliklər, lordoz, kifoz, skolyoz, şişlər, fibromiyalji, onkoloji və yoluxucu xəstəliklərin əlaməti ola bilər.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.