Ödəm Nədir və Necə Atılır? Ödəmə Səbəb Olan Xəstəliklər Hansılardır?

ödem xesteliyi

Ödəm toxumalarda həddindən artıq maye yığılması nəticəsində ayaqların, topuqların, qolların və əllərin şişməsi ilə xarakterizə olunan sağlamlıq problemidir. Kiçik bir sahəyə və ya bütün bədənə təsir edə bilər. Dərmanlar, hamiləlik, infeksiyalar və bir çox digər tibbi problemlər ödəmə səbəb ola bilər. Bu, mayenin kiçik qan damarlarından ətrafdakı toxumalara sızması zamanı baş verir. Bu əlavə maye yığılır və toxumaların şişməsinə səbəb olur. Ödəm bədənin demək olar ki, hər yerində görünə bilər.

Ödəm Niyə Yaranır?

Ödəm bədəndəki kiçik qan damarlarının (kapilyarların) maye sızması səbəbindən meydana gəlir. Ürək, qaraciyər və böyrək xəstəliklərində yaranan ödəm, orqanizmdə artıq mayeni saxlayan duzu çıxara bilməmə səbəbindən yaranır. Gündəlik həyatda isə ödəm yaranmasının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

  • Çox uzun müddət eyni vəziyyətdə oturmaq və ya yatmaq
  • Çox duzlu yemək yemək
  • Hormonol dəyişikliklər
  • Hamiləlik

Ödəm müəyyən dərmanların yan təsiri kimi də yarana bilər. Bu dərmanlardan bəziləri bunlardır:

  • Yüksək qan təzyiqi dərmanları
  • Nonstreoid antiinflamatuar dərmanlar
  • Steroidlər
  • Estrogenlər adlanan bir qrup diabet dərmanı və s.
ödəm xəstəliyi

Ödəmə Səbəb Olan Xəstəliklər Hansılardır?

Bəzi hallarda ödəm daha ciddi bir xəstəlik əlaməti ola bilir. Ürək çatışmazlığı, qaraciyər sirrozu, venoz çatışmazlıq və nefrotik sindrom adlanan böyrək xəstəlikləri ödəmə səbəb olan ən çox yayılmış sistem xəstəlikləridir. Müxtəlif xəstəliklər və hallar ödəmə səbəb ola bilər, o cümlədən:

Konjestif ürək çatışmazlığı: Konjestif ürək çatışmazlığı olan xəstələrdə mədəcik adlanan ürəyin aşağı hissələrinin biri və ya hər ikisi qanı effektiv şəkildə pompalamaq gücünü itirir. Bu zaman ayaqlarda və topuqlarda qan yığılır və bunun nəticəsində ödəm əmələ gəlir.

Qaraciyər sirrozu: Qaraciyər zədələnməsi səbəbindən qarın boşluğunda və ayaqlarda maye yığılması ola bilər.

Böyrək xəstəliyi: Böyrək xəstəliyi olanlarda sidiklə xaric edilə bilməyən qan dövranında əlavə maye və natrium ödəmə səbəb ola bilər. Böyrək xəstəliyinə bağlı ödəm adətən ayaq və göz ətrafında meydana gəlir.

Böyrək zədələnməsi: Böyrəklərdə glomeruli adlanan kiçik, filtrasiya edən qan damarlarının zədələnməsi nefrotik sindromun inkişafı ilə nəticələnə bilər. Nefrotik sindromda qanda zülalın aşağı səviyyədə olması toxumalarda mayenin yığılmasına və ödəmin yaranmasına səbəb ola bilər.

Limfa sisteminin zədələnməsi: Bədənin limfa sistemi toxumalardan artıq mayelərin təmizlənməsinə kömək edir. Bu sistem xərçəng əməliyyatı kimi bir səbəbdən zədələnirsə, bir bölgədəki mayeləri axan limfa düyünləri və limfa damarları düzgün işləməyə bilər və bunun nəticəsində ödəm meydana gələ bilər.

Bədəndən Ödəm Necə Atılır?

Yüngül ödəm adətən öz-özünə gedir. Daha şiddətli ödəm olması halında, sidikqovucu adlanan dərmanlarla müalicə edilə bilər ki, bu da sidik vasitəsi ilə bədəndə yığılmış artıq mayenin çıxarılmasına kömək edir. Lakin bu dərmanlar yan təsirlərə səbəb ola bildiyi üçün xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq istifadə edilməlidir. Bu dərmanlar qısa müddətli həll təklif etdiyindən dolayı, davamlı müalicə üçün ödəmə səbəb olan faktor müəyyən edilməli və aradan qaldırılmalıdır. Məsələn, dərman istifadəsi səbəbindən ödəm əmələ gəlmişsə, onları dayandırmaq və digər dərmanlara başlamaq lazım ola bilər.

Ödəmi azaltmaq və təkrarlanmaması üçün həkimə müraciət edərək, evdə bəzi məşqlər də edilə bilər. Bu məşqlərdən bəziləri ödəmdən təsirlənən ayaq və ya qol əzələlərini hərəkət etdirmək və istifadə etmək artıq mayenin ürəyə geri pompalanmasına kömək edə bilər. Bəzi hallarda isə möhləm, lakin ağrılı olmayan təzyiqlə təsirlənmiş nayihəni ürəyə doğru masaj etmək artıq mayenin hərəkətinə kömək edə bilər. Bununla yanaşı, duz mayenin tutulmasını artıraraq ödəmi gücləndirə bilər. Buna görə də, duz qəbulunun nəzarətdə və minimal səviyyədə olması ödəm atılmasında təsirli effektə malikdir.