Skip to content

Maqnezium Nədir? Maqnezium Çatışmazlığı Əlamətləri Hansılardır?

maqnezium

Maqnezium (Mg) insan orqanizmindəki 11 həyati mineraldan biridir. Kəmiyyət baxımından insanlarda olan minerallar arasında dördüncü yeri tutur. Kimyəvi cəhətdən bu qələvi torpaq metalları sinfindən bir elementdir. 1808-ci ildə Ser Humphrey Davy tərəfindən ilk dəfə kəşf edildiyi zaman onun bədənimizdəki əhəmiyyəti məlum deyildi. Son iyirmi ildə aparılan tədqiqatlar göstərdi ki, maqnezium həm hüceyrələrarası, həm də hüceyrədaxili əlaqədə çox mühüm rol oynayır.

Maqneziumun bu qədər vacib olmasının əsas səbəbi bədənimizdə 300-dən çox fermentin fəaliyyətində əsas rola sahib olmasıdır. Orqanizm bu vacib elementi özbaşına istehsal edə bilmədiyi üçün onu qida vasitəsilə, xaricdən qəbul etməlidir. Orta yaşlı bir insanda təxminən 24 qram maqnezium var. Bədənimizdəki maqnezium ehtiyatı daim yenilənməlidir. Yəni bu mineralın öz funksiyalarını yerinə yetirməsi üçün bədənə davamlı olaraq verilməlidir.

Maqneziumun Faydaları Nələrdir?

Maqnezium əsas funksiyasını onun 40%-nin olduğu qan və əzələ sistemlərində göstərir. Əzələlərin güclənməsində, zülal sintezində və ferment sisteminin fəaliyyətində hüceyrələrin böyüməsində və bərpasında mühüm rol oynayır. Həmçinin, maqnezium maddələr mübadiləsi üçün də bir çox faydası vardır. Ümumiyyətlə, maqneziumun insan bədəni üçün əsas faydalarını aşağıdakı kimi sıralamaq olar:

  • Hormonlar (insulin, tiroid hormonları, estrogen, testosteron, DHEA),
  • Sinir hüceyrələri arasında ötürülməni təmin edən neyrotransmitterlər (dopamin, katekolamin, serotonin, GABA) adlanan maddələr,
  • Mineralların və elekrolitlərin ötürülməsində,
  • Hüceyrə membranının elektrik potensialını dəyişdirərək bir çox hormonların qidaların və nöratransmitterlərin qəbulu və buraxılmasınının idarə edilməsində rol oynayır.

Bunlarla yanaşı, maqnezium orqanizmdə kalsium və kalium funksiyasını da artırır. Maqnezium bağırsaqlardan sorularaq bədənimizə daxil olur və böyrəklər vasitəsilə xaric edilir. Maqneziumun sorulması üçün bədəndə D vitamini və paratiroid hormonu kafi səviyyədə olmalıdır.

Maqnezium Çatışmazlığının Əlamətləri Nələrdir?

Bu mineralın çatışmazlığı tibbdə hipomaqnezemiya adlanır. Cəmiyyətdə hipomaqnezemiyanın tezliyi ilə bağlı dəqiq məlumat olmasa da, xəstəxanaya yerləşdirilən xəstələrdə aparılan test analizlərində 6.9-11%-də maqnezium səviyyəsinin aşağı olduğu aşkar edilmişdir. Maqnezium çatışmazlığının əlamət və simptomlarını aşağıdakı kimi sıralamaq olar:

  • Ürəkbulanma və qusma;
  • Yorğunluq və anoreksiya əlamətləri şiddətli maqnezium çatışmazlığı hesab edilə bilər.
  • Əzələ ağrıları və uyuşma;
  • Diqqətin azalması və psixi çaşqınlıq yarana bilir.

Səbəbi bilinməyən hipokalsemiya (qanda kalsium çatışmazlığı) və hipokalemiya (qanda kalsium çatışmazlığı) bədəndə maqnezium çatışmazlığının da əlaməti ola biləcəyi düşünülməlidir. Bu əlamət və simptomlar ilə maqnezium çatışmazlığı özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Maqnezium Çatışmazlığının Səbəbləri Nələrdir?

Əsrimiz ərzində maqnezium qəbulunda 50%-dən çox azalma olduğu təxmin edilmişdir. Qida emalı qidada maqneziumun azalmasına səbəb olur. Xüsusilə, uzun müddət bişirilən tərəvəzlərdə maqnezium nisbəti azalır. Bununla belə, bütün ekosistemdə maqneziumun miqdarının azalmasına səbəb olan müxtəlif amillər (turşu yağışları, süni gübrələrin və petisidlərin istifadəsi və s.) mövcuddur. Eyni şəkildə, sərt quyu suyunun içilməsində bol maqnezium olsa da, son illərdə insanların üstünlük verdiyi yumşaq içməli su da maqnezium baxımından daha kasıbdır. Maqnezium çatışmazlığı həm qida zəncirində maqnezium səviyyəsinin azalması, həm də qidalanma vərdişlərinin dəyişməsi səbəbindən bu gün nadir deyil.

Həddindən artıq tərləyən və ya sidikqovucu dərmanlar qəbul edən insanlarda maqnezium ifrazı daha yüksək olur. Stress, hamiləlik və ana südü ilə qidalanma kimi vəziyyətlərdə bədənin maqneziuma ehtiyacı artır. İrəli yaşla, xüsusilə mədə-bağırsaq xəstəlikləri olan insanlarda bağırsaqlardan udulmanın azalması səbəbindən maqnezium qəbulu azalır. Əgər bədən xaricdən bu mineralı kifayət qədər ala bilmirsə, sümüklərdə yığılan maqneziumu istehlak etməyə başlayır. Maqneziuma ehtiyac yaşa və həyat tərzinə görə dəyişir.

Maqnezium Hansı Qidalarda Var?

Təbiətdə maqnezium torpaqda və dəniz suyunda olur. Bitkilər torpaqda olan maqneziumdan istifadə edirlər. Maqnezium bədən tərəfindən asanlıqla sorulan bir maddədir və gündəlik maqnezium ehtiyacı sağlam və təbii qidalanma ilə asanlıqla qarşılana bilər. Qidalardakı maqnezium miqdarının təxminən 40-60%-i bədən tərəfindən asanlıqla mənimsənilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Alman Qidalanma İnstitutunun (DGE) məlumatına görə, insan orqanizminin gündə orta hesabla 280-350 mq maqneziuma ehtiyacı var. Xlorofilin əsas tərkib hissəsi olduğu üçün tünd yaşıl tərəvəzlər, taxıl məhsulları, balıq, badam, fındıq, yerfıstığı, qoz, soğan, pomidor, yerkökü, kərəviz, xurma, qara turp, günəbaxan, kakao, banan maqneziumla zəngindir. Bəzi tərəvəz və taxıllarda olan oksalat və fitat maqneziumu eləcə də, dəmiri bağlayaraq onun sorulmasını çətinləşdirir.

Maqnezium Çatışmazlığının Müalicəsi Necə Olmalıdır?

Bədən üçün vacib mineral olan maqnezium çatışmazlığı olduğunu düşünən insanlar əvvəlcə bir sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər. Maqnezium çatışmazlığının müalicəsində maqnezium preparatları və ya tərkibində maqnezium olan multivitaminlər istifadə olunur. Bununla belə, sağlam bir pəhriz ilə təbii olaraq qəbul edilən maqnezium da vacibdir. Maqnezium preparatları ümumiyyətlə maqnezium duzları şəklində mövcuddur. Müxtəlif maqnezium duzlarının orqanizm tərəfindən udulmasında və istifadəsində (bioavailability) fərqlər var. Buna görə də bir mütəxəssislə məsləhətləşmədən müalicəyə başlamaq olmaz.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - Betosfer