Skip to content

Kalsium Nədir? Hansı Qidalar Kalsiumla Zəngindir? Faydaları Nələrdir?

kalsium nədir

Kalsium bütün canlı orqanizmlər, o cümlədən insanlar üçün lazım olan vacib bir mineraldır. Bədəndə ən bol mineral olan kalsium sümük sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. İnsan orqanizmində 99%-ə qədər olan kalsium dişlərdə və sümüklərdə olur və bununla yanaşı, həmçinin dişlər və sümüklər kalsiumdan əmələ gəlir. Buna görə də, kalsium sümükləri və dişləri qoruyan bir mineraldır. Simvolu Ca olan kalsiumu bədən öz-özünə istehsal etməsə də, kalsium qidadan da alınır. Bədənin sümüklərini saxlamaq, əzələləri daraltmaq, qan damarlarını genişləndirmək, hormon və fermentlər ifraz etmək üçün kalsiuma ehtiyacı var. D vitamini orqanizmin kalsiumu mənimsəməsinə kömək edir. Əgər orqanizm qidadan kifayət qədər kalsium almırsa, onu sümüklərdən təmin edir; yığıldığından daha çox çəkirsə, sümük sıxlığı azalır və osteoporoz riski artır. Təbii olaraq, kalsium bir çox qidada olur və əlavələr də mövcuddur.

Bədənin Niyə Kalsiuma Ehtiyacı Var?

İnsan orqanizmində mövcud olan kalsiumun təxminən 99%-i sümüklərdə və dişlərdə olur. Kalsiumun bir çox funksiyası olsa da, ən vacib olanları sümüklərin böyüməsini, inkişafını və saxlanmasını təmin etmək üçün çox vacib rol oyanır. Buna görə də, uşaqlarda böyümə zamanı vacib bir mineral olan kalsium sümüklərin inkişafına kömək edir. Yaşlanma prosesində isə sümük sıxlığının itirilməsi baş verir. Kalsiumda bu prosesi yavaşlatmağa kömək edir. Xüsusilə də, qadınlar menopoz zamanı sümük sıxlığını böyük ölçüdə itirməyə başlayır. Bu vəziyyətdə osteoporozun inkişaf riski yüksək olduğu üçün, qadınlara kalsium qəbulu tövsiyə olunur.

Kalsium əzələlərə də müsbət təsir göstərir və əzələ daralmalarını tənzimləyir. Qanın laxtalanmasında mühüm rol oynayan kalsium ürək əzələsininin hərərkətini də qorumağa kömək edir. Ümumiyyətlə, kalsiumun nə üçün lazım olduğunu aşağıdakı kimi sıralamaq olar:

  • Sümük sağlamlığını və əzələ fəaliyyətini tənzimləyir;
  • Hamiləlik zamanı kifayət qədər kalsium yüksək təzyiq riskinin qarşını alır;
  • Xolesterola müsbət təsir göstərir;
  • Xərçəng riskini azaldır;
  • Maddələr mübadiləsini dəstəkləyir;
  • D vitamini ilə qəbul edildikdə iltihab əlamətlərini yaxşılaşdırır.

Kalsium Çatışmazlığı Nələrə Səbəb Olur?

Vitamin və mineral çatışmazlığı müxtəlif simptomlarla özünü göstərir. Kalsium çatışmazlığında görülən müxtəlif xəstəliklər mövcuddur. Bu cür çatışmazlıq uzun müddət yaranmağa başlayarsa, müxtəlif problemlərin yaranma riskini artırır. Bədəndə kalsium çatışmazlığının əlamətlərini və kalsium çatışmazlığından qaynaqlanan digər problemləri aşağıdakı kimi sıralamaq mümükündür:

  • Əzələlərdə sancı və zəiflik;
  • Kiçik təsirlərə baxmayaraq, sümüklərin tez zədələnməsi;
  • Əllərdə və ayaqlarda uyuşma hissi;
  • Dişlərin zəifləməsi və sümük inkişafının pozulması;
  • Yaddaş və qan təzyiqi problemləri;
  • Narahatlıq və ürək ritminin pozulması;
  • Ayaqlarda keyimə və s.

Əlamətlər ilə kalsium çatışmazlığı özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Kalsiumla Zəngin Qidalar Hansılardır?

Bir çox insan kalsiumu təbii yolla qəbul etmək istəyərkən, “Hansı qidalarda kalsium var?” sualına cavab axtarır. Bu sualın cavabı aşağıdakı qidalarla qısaca vermək olar:

Yumurta – vitamin və minerallarla yanaşı, tərkibindəki kalsium sümük sağlamlığının qorunmasına kömək edir. Gün ərzində qaynadılmış 1 ədəd təzə yumurta yemək, 50 mq kalsium təmin edir. Yumurta qabıqları da, kalsiumla zəngindir və onu toz halına salıb qida və içkilərə əlavə etmək olar.

Qatıq-süd-pendir – süd məhsullarında asanlıqla əmilən kalsium yüksək konsentrasiyaya malikdir. Süd məhsulları yaxşı protein mənbəyi olmaqla yanaşı, D və A vitaminləri və probiyotiklərlə də zəngindir.

İspanaq – kalsium baxımından ən zəngin tərəvəzlərdən biridir, lakin onun kiçik bir hissəsi orqanizm tərəfindən mənimsənilə bilir. Buna görə də, ispanaqdan maksimum fayda əldə etmək üçün onu bişmiş vəziyyətdə yemək əvəzinə, çiy halda salatlara əlavə etmək lazımdır.

Balıq – qızılbalıq və ton balığı kalsium qaynaqlarıdır. Balıqların tərkibində sümüklərinin sağlamlığını qorumaq və erkən yaşlanma ilə mübarizə aparrmaq üçün kalsiumun udulmasında rol oynayan omeqa-3 yağ turşularıda vardır.

Soğan – kalsiumla zəngin olan soğan sümük sıxlığını artırır və osteoporoz riskini və menopozun başlanmasının mənfi təsirlərini azaltmağa kömək edir. Tərkibində kükürd birləşdirici toxumaları gücləndirir.

Goley90 Yeni Giriş - takipcimx 1000 - buy tiktok views - deneme bonusu veren siteler - web postegro - deneme bonusu veren siteler - sahabet güncel - uçak oyunu bahis - buy tik tok followers - Twitch viewer bots - yeni casino siteleri - sms onay - Gastlylikit - Vbet Giriş - Betosfer