Diz Ağrılarına Nə Yaxşı Təsir Edir? | Diz Ağrısı Üçün Nə Etməli?

diz agrisi ucun

Diz ağrısı, bir çox fərqli səbəblərdən asılı olaraq, demək olar ki, hamımızın yaşaya biləcəyi ağrılardan biridir. Çünki bu, osteoporoz və kalsifikasiya kimi uzun müddət davam edən xəstəliklərin yan təsiri kimi, ani xəsarətlər və qəzalar nəticəsində də baş verə bilər. Buna görə də, diz ağrılarını yaşamaq üçün xüsusi yaş və ya vaxt yoxdur. Əgər sizində hazırda dizlərinizdə ağrı varsa, yeriməkdə narahatlıq hiss edirsinizsə, dizləriniz zəifdirsə və ya ağrıdan ayağa qalxmaq belə istəmirsinizsə, sizin üçün təbii müalicə üsulları hazırladıq.

Ağrı zamanı bədəninizə dəstək olacaq, diz ağrılarına nə yaxşı təsir edir və ya diz ağrılarından necə qurtulmaq olar kimi suallarınızı cavablandıracaq təbii qidaları və üsulları məqaləmizdə paylaşdıq… Elə isə gəlin birlikdə diz ağrıları üçün nələrin yaxşı təsir göstəridiyini birlikdə öyrənək!

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Diz ağrıları nədən olur və diz ağrılarının səbəbi nədir?

diz agrisi

Diz ağrısına nəyin yaxşı təsir göstərdiyini öyrənməzdən əvvəl bilməli olduğunuz bir şey daha var: Diz ağrısına səbəb olan nədir? Bunlardan hansının dizlərinizin ağrıdığını həkiminizlə məsləhətləşərək öyrənə bilə və tibbi həll yollarını tapa bilərsiniz. Çünki buna diqqət etdiyiniz halda, diz ağrınız xroniki hal almır və ağrı daha ciddi bir xəstəliyə çevrilməmişdən qabaq qarşısını ala bilirsiniz. Ümumilikdə, diz ağrısının ən çox görülən səbəbləri bunlardır:

  • Artıq çəki və ya piylənmə
  • Vitamin və ya mineral çatışmazlığı
  • Hərəkətsizlik
  • Son dərəcə gərgin və tələbkar məşqlər
  • Menisküs
  • Revmatizm
  • Diz infeksiyaları
  • Ani yaralanmalar və ya burxulmalar
  • Əzələlərdə zəiflik
  • Hamiləlik

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Diz ağrısı necə keçər və diz ağrısına nə yaxşı təsir edir?

Ümumi şəkildə diz ağrısının ən çox görülən səbəblərini öyrəndiyimizə görə, indi diz ağrısına nə yaxşı təsir edir sualının cavablarına keçək. Ağrılarınızı azaltmaq, oynaqlarınızı, əzələlərinizi və sümüklərinizi gücləndirmək istəyirsinizsə, aşağıdakı bitki mənşəli və təbii üsullara nəzər sala bilərsiniz. Ancaq təbii ki, ən dəqiq və təsirli məlumatları yalnız həkiminizdən ala bilərsiniz.

Soyuq terapiya

Xüsusilə ani zərbə və ya yıxılma nəticəsində başlayan diz ağrısı varsa, ağrıyan nahiyəyə soyuq tətbiq edərək bu ağrıları azalda bilərsiniz. Bunun üçün dondurucudan çıxaracağınız bir neçə buz parçasını yerləşdirmək, torbaya qoymaq, təmiz bir parça ilə sarımaq və ağrıyan yerdə bir müddət saxlamaq kifayət edir.

Bamiyə toxumu

Bitki mənşəli məhsullar satılan mağazalardan asanlıqla əldə edə biləcəyiniz bamiyə toxumu sümük, əzələ və oynaqların sağlamlığına əhəmiyyətli şəkildə təsir edir. Dizlərdəki maye itkisi nəticəsində yaranan ağrıları minimuma endirdiyi deyilən bamiyə toxumunun bu xüsusiyyətindən faydalanmaq üçün etməniz lazım olan tək şeyin bamiyə toxumu çayı istehlak etmək olduğu bildirilir. 2 həftə nizamlı istifadə edildikdə diz ağrılarını aaradan qaldıran bu çayı qəbul etdikdən sonra ən az 1 həftə ara verməyi və sonra yenidən davam etməyi unutmayın.

Zəncəfil və zəncəfil yağı

Zəncəfil əslində təbii ağrı kəsici kimi tanınan maddələrdən biridir. Tərkibindəki antiinflamatuar və antioksidan xüsusiyyətləri sayəsində ağrıları azaldan zəncəfili müxtəlif yollarla qiymətləndirə bilərsiniz. Aptek və ya mağazalardan əldə edə biləcəyiniz zəncəfil yağını ağrıyan nahiyəyə səliqəli sürə, təzə üyüdülmüş zəncəfil çayını dəmləyib içə və ya bal, zeytun yağı kimi maddələrlə qarışdıraraq istehlak edə bilərsiniz. Təbii ki, yağ daha sürətli həll yoludur, lakin onu müntəzəm olaraq çay və ya pasta şəklində istehlak etmək də sağlamlığınıza daha qalıcı töhfə verəcəkdir.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.

Çinar yarpaqları

Bəli, bildiyiniz o gözəl ağaçın yarpaqlarından danışırıq və çinar yarpağı əslində sümüklərin möhkəmlənməsinə töhfə verən ən təbii üsullardan biridir. Xüsusilə də, əhənglənməyə və revmatizmə yaxşı olduğu bilinən çinar yarpağının təsirindən faydalanmaq üçün çay kimi dəmləyib bu tünd suyu ağrılı bölgələrə çəkib gözləyə bilərsiniz.

Suallaranızı bir başa Fəzail Həkim-ə yaza bilərsiz.