İshal nəcisin normaldan daha yapışqan olmasıdır. Bağırsaq hərəkətlərinin pozulması nəticəsində, tualetə getmək istəyinin artması boş nəcislə müşayiət olunan şikayətlərdən biridir. Gündə üç dəfədən çox sulu nəcis ishal sayılır. Çox ağır ishal hallarında gündə 13-14 litrə qədər maye itirlə bilər. Sulu və ya boş nəcis təcili və davamlı olaraq tualetə getmək ehtiyacı, sidik tutmama, susuzluq, qusma, ürəkbulanma, qarında zəiflik və qaz da ishalın ən vacib əlamətlərindən sayılır.
Bir çox fərqli səbəb görə, meydana gələ bilən ishal daha çox ətraf mühit faktorları ilə inkişaf edir. İshalın səviyyələri vardır. Əgər yaranan ishal yüngüldürsə, xəstəliyi ev şəraitində təbii vasitə və üsullarla müalicə etmək olar. Yaz aylarında tez-tez rast gəlinən yaz ishalı daha çox 0-5 yaş qrupunda olan uşaqlarda müşahidə olunur. Diareya ana südü ilə qidalanan körpələrdə nəcisin 6-7 dəfə, ana südü ilə qidalanmayanlarda isə 3 dəfədən çox sulu nəcisin olması ilə müəyyən edilir. Tez-tez tualet halında nəcis sulu deyilsə, bu şikayət adətən ishal deyil.
İshal Əlamətləri Nələrdir?
Diareya simptomları xəstəliyin şiddətinə görə sıralanır. Əgər xəstə az miqdarda maye itirmişsə və susuzluq, ağız quruluğu, narahat edən əhval-ruhiyyə və sidik miqdarının azalması kimi əlamətlər görünə bilər. Lakin bədənin 10%- də maye itkisi varsa, bu zaman simptomlar daha şiddətli olur. Buna görə də ishalın ən çox müahidə olunan əlamətləri aşağıdakılardır:
- Maye defekasiya;
- Dərhal nəcis və sidik tutmama;
- Həddindən artıq defekasiya;
- Susuzluq;
- Ürəkbulanma və qusma;
- Yüksək hərarət;
- Zəiflik;
- Qarında ağrı və qaz və s.
Şikayətlər ishalın əlamətlərinə daxildir. Yaz aylarında baş verən bakteriyal infeksiyalar ümumiyyətlə qızdırma, qusma, bulantı və qarın ağrısı şikayətləri ilə özünü göstərir. Bu zaman isə bədəndə hərarət bəzən 39 dərəcədən yuxarı qalxa bilər. Bu dövrdə uşaqlar üçün ən təhlükəli vəziyyət ishal və qusmadır. Bununla yanaşı, qusma bədəndə ciddi maye itkisinə səbəb olur. Bu səbəbdən ailələrin uşaqlarında ishal və qusmanın şiddətinə diqqət yetirmələri çox vacibdir. Çünki ishal qusma ilə müşayiət olunduqda, uşağın kifayət qədər qidalana bilmədiyi və maye qəbul edə bilmədiyi üçün bədənində lazımi miqdarda maye balanslaşdırıla bilməz. Və bu zaman heç bir tədbir görülməzsə, bədəndən həddindən artıq maye itkisi ilə kəskin böyrək çatışmazlığı səbəb ola biləcək ciddi xəstəliklər meydana gələ bilər. Bu səbəblə uşaqlara bol su və ayran, meyvə suyu kimi içkilər verilməlidir ki, itirilən maye yenidən geri qəbul edilsin.
İshalın Yaranma Səbəbi Nədir?
Hava temperaturunun tədricən artdığı zamanlarda, qidalarda bakteriyal infeksiyalar asanlıqla və tez çoxala bilirlər. Bu zaman qidaların saxlanma şəraitindən asılı olaraq, mikrobların və onların əmələ gətirdiyi toksinlərin artması müşahidə olunur. Bu infeksiya ehtiva edən qidaları istehlak edən uşaqlar tez-tez qastroenterit kimi tanınan ishalla qarşılaşırlar. Bunun üçün çöldə uzun müddət gözləyən qidalar istehlak edilməmişdən əvvəl yaxşıca təmizlənməli və yuyulmamlıdırlar. İshalın ən çox rast gəlinən səbəbləri aşağıdakılarıdır:
- Su və qida vasitəsilə keçən bağırsağın mikrob xəstəlikləri;
- Süd və süd məhsulları kimi qidalara qarşı dözümsüzlük;
- Parazitlər və müxtəlif mikroblar;
- Qida zəhərlənmələri;
- Həzm sisteminin xəstəliklər və s.
Bəs Xəstəliyə Nə Yaxşı Təsir Edir?
Bu sualı belə cavablandıra bilərik. İshal zamanı ümumi vəziyyəti yaxşı olan, ürəkbulanma və qusma halları olmayan xəstələrə 1 litr qaynadıldıqdan sonra soyudulmuş suda 1 xörək qaşığı şəkər, 1 çay qaşığı xörək duzu və 1 çay qaşığı soda qarışdırılmalıdır. Əldə olunan məhluisə gün ərzində tez-tez içilməldir. Daha ağır hallarda xəstə qidala bilmirsə, qızdırma və uzun müddət davam edən ishal (24 saatdan çox) varsa, xəstə dərhal xəstəxanaya getməli və xəstəxana şəraitində maye və elektrolit əlavəsi edilməlidir. Və bu zaman nəcis araşdırılacaq və ishal müalicəsi planlaşdırılacaqdır.
İshal zamanı isə düzgün qidalanmaq çox vacibdir. Bu dövrdə yağlı və lifli qidalardan istifadə edilməməlidir. İshal üçün nəyin faydalı olduğu sualına cavab olaraq demək olar ki, kartof və banan kalium itkisinin qarşısını almaq baxımından ən vacib və əhəmiyyətli qidalardandır. Xəstəlik üçün faydalı olan yeməklərə isə şorba, kartof püresi, makaron və düyü xəstələr üçün faydalı olacaqdır. İshalın müalicəsində ən vacib məqam isə ishal səbəbi ilə orqanizmin itirdiyi maye və duzların geri alınmasını təmin etmək, qidalanmanı qorumaq və əgər mümkünsə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.